quranm◉

Səhifə 404

Range
from 29:64 to 30:5
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

29:64

وَمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَهۡوٞ وَلَعِبٞۚ وَإِنَّ ٱلدَّارَ ٱلۡأٓخِرَةَ لَهِيَ ٱلۡحَيَوَانُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ﴿64﴾

Bu dünya həyatı əylən­cə və oyundan başqa bir şey deyil. Axi­rət yurdu isə əsl həyatdır. Kaş ki, bi­ləydi­lər!

29:65

فَإِذَا رَكِبُواْ فِي ٱلۡفُلۡكِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ إِذَا هُمۡ يُشۡرِكُونَ ﴿65﴾

Onlar gəmiyə mindik­lə­ri zaman, dini yalnız Allaha məx­sus edə­rək, Ona yalvarır­lar. Allah onları xilas edib qu­ruya çıxaran ki­mi, yenə də Ona şərik qo­şurlar.

29:66

لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡ وَلِيَتَمَتَّعُواْۚ فَسَوۡفَ يَعۡلَمُونَ ﴿66﴾

Bu ona görədir ki, Bizim onlara ver­diyimiz nemətlərə nan­kor­luq etsin­lər və hələlik əy­lənsinlər. Amma tezliklə bi­lə­cəklər.

29:67

أَوَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا حَرَمًا ءَامِنٗا وَيُتَخَطَّفُ ٱلنَّاسُ مِنۡ حَوۡلِهِمۡۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَةِ ٱللَّهِ يَكۡفُرُونَ ﴿67﴾

Məgər onlar, ətrafların­da­kı in­san­lar yaxalandıqları hal­da, Mək­kəni on­lar üçün mü­qəd­dəs, təhlükəsiz bir yer et­di­yi­mizi gör­mür­lərmi? Onlar ba­tilə inanıb Allahın ne­mətini in­karmı edirlər?

29:68

وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ ﴿68﴾

Allaha qarşı yalan uy­du­ran və yaxud özünə haqq gəl­dikdə onu yalan sayan kəs­dən daha zalım kim ola bilər? Cə­hənnəmdə ka­firlər üçün yermi yox­dur?

29:69

وَٱلَّذِينَ جَٰهَدُواْ فِينَا لَنَهۡدِيَنَّهُمۡ سُبُلَنَاۚ وَإِنَّ ٱللَّهَ لَمَعَ ٱلۡمُحۡسِنِينَ ﴿69﴾

Uğrumuzda cihad edən­ləri müt­ləq Öz yolumuza yö­nəldə­cə­yik. Şüb­həsiz ki, Allah saleh əməl sahib­lə­ri­lədir.

30:1

الٓمٓ ﴿1﴾

Əlif. Ləm. Mim.

30:2

غُلِبَتِ ٱلرُّومُ ﴿2﴾

Rumlular məğlub edildi­lər;

30:3

فِيٓ أَدۡنَى ٱلۡأَرۡضِ وَهُم مِّنۢ بَعۡدِ غَلَبِهِمۡ سَيَغۡلِبُونَ ﴿3﴾

ən aşağı və ya ən yaxın bir yer­də. Lakin onlar öz məğ­lu­biyyət­lə­rin­dən sonra qələbə ça­lacaqlar;

30:4

فِي بِضۡعِ سِنِينَۗ لِلَّهِ ٱلۡأَمۡرُ مِن قَبۡلُ وَمِنۢ بَعۡدُۚ وَيَوۡمَئِذٖ يَفۡرَحُ ٱلۡمُؤۡمِنُونَ ﴿4﴾

bir neçə il ərzində. Əv­vəl də, son­ra da hökm Alla­hındır. O gün mömin­lər se­vi­nəcəklər;

30:5

بِنَصۡرِ ٱللَّهِۚ يَنصُرُ مَن يَشَآءُۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿5﴾

Allahın köməyi ilə. O, is­tədiyinə kömək edir. O, Qüd­rətlidir, Rəhm­lidir.