quranm◉

Səhifə 406

Range
from 30:16 to 30:24
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

30:16

وَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا وَلِقَآيِٕ ٱلۡأٓخِرَةِ فَأُوْلَـٰٓئِكَ فِي ٱلۡعَذَابِ مُحۡضَرُونَ ﴿16﴾

Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını yalan sa­yan­lar isə əzaba giriftar edi­lə­cəklər.

30:17

فَسُبۡحَٰنَ ٱللَّهِ حِينَ تُمۡسُونَ وَحِينَ تُصۡبِحُونَ ﴿17﴾

Odur ki, siz axşama yetişəndə və səhərə çıxanda Alla­hın şə­ni­nə çoxlu tə­rif söy­ləyin.

30:18

وَلَهُ ٱلۡحَمۡدُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَعَشِيّٗا وَحِينَ تُظۡهِرُونَ ﴿18﴾

Göylərdə və yerdə həmd Ona məx­susdur. Axşam çağın­da da, günor­ta­ya yetişəndə də Onun şəninə təriflər deyin!

30:19

يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَيُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ وَكَذَٰلِكَ تُخۡرَجُونَ ﴿19﴾

O, ölüdən diri, diridən də ölü çı­xardır; yeri ölümün­dən son­ra dirildir. Siz də qə­bir­ləri­nizdən belə dirildilib çı­xar­dıla­caqsınız.

30:20

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ إِذَآ أَنتُم بَشَرٞ تَنتَشِرُونَ ﴿20﴾

Allahın sizi torpaqdan xəlq et­mə­si, Onun dəlillərin­dəndir. Son­ra da siz bir insan kimi yer üzünə yayıldınız.

30:21

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا لِّتَسۡكُنُوٓاْ إِلَيۡهَا وَجَعَلَ بَيۡنَكُم مَّوَدَّةٗ وَرَحۡمَةًۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ﴿21﴾

Ünsiyyətdə rahatlıq ta­pasınız de­yə, sizin üçün özü­nüzdən zöv­cələr ya­ratması, ara­nıza məhəbbət və mərhə­mət salması da Onun dəlillə­rin­dən­dir. Həqiqətən, bunda düşü­nən­lər üçün ib­rə­ta­miz dəlillər vardır.

30:22

وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفُ أَلۡسِنَتِكُمۡ وَأَلۡوَٰنِكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡعَٰلِمِينَ ﴿22﴾

Göylərin və yerin yara­dılışı, dil­lə­rinizin və rəngləri­nizin müx­tə­lifliyi də Onun də­lillərindəndir. Həqiqətən, bun­da bilənlər üçün ibrətamiz də­lillər vardır!

30:23

وَمِنۡ ءَايَٰتِهِۦ مَنَامُكُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ وَٱبۡتِغَآؤُكُم مِّن فَضۡلِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَسۡمَعُونَ ﴿23﴾

Gecə və gündüz yatıb din­cəlmə­yiniz, Onun lütfünü ax­tar­ma­ğınız da Onun dəlil­lərindəndir. Həqiqətən, bun­da eşidən kəs­lər üçün ibrətamiz dəlillər var­dır.

30:24

وَمِنۡ ءَايَٰتِهِۦ يُرِيكُمُ ٱلۡبَرۡقَ خَوۡفٗا وَطَمَعٗا وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَيُحۡيِۦ بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ﴿24﴾

Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə gös­tər­mə­si, göydən su endirib ye­ri ölümündən sonra onun­la di­rilt­məsi də Onun dəlillərin­dən­dir. Həqiqətən, bunda başa dü­şən adamlar üçün ibrətamiz də­lillər vardır.