quranm◉

Səhifə 407

Range
from 30:25 to 30:32
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

30:25

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَن تَقُومَ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ بِأَمۡرِهِۦۚ ثُمَّ إِذَا دَعَاكُمۡ دَعۡوَةٗ مِّنَ ٱلۡأَرۡضِ إِذَآ أَنتُمۡ تَخۡرُجُونَ ﴿25﴾

Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qal­ması da Onun dəlil­lə­rindən­dir. Sonra da sizi bir dəfə çağı­ran kimi dər­hal qəbirləriniz­dən qal­xıb çıxacaq­sınız.

30:26

وَلَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ كُلّٞ لَّهُۥ قَٰنِتُونَ ﴿26﴾

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona tə­zim edir.

30:27

وَهُوَ ٱلَّذِي يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهۡوَنُ عَلَيۡهِۚ وَلَهُ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿27﴾

Məxluqatı ilk dəfə yox­dan yara­dan, sonra onu bir daha tək­rar­layan Odur. Bu da Onun üçün çox asandır. Göy­lərdə və yer­də olan ən uca si­fətlər Ona məx­sus­dur. O, Qüd­rətlidir, Hikmət sahibidir.

30:28

ضَرَبَ لَكُم مَّثَلٗا مِّنۡ أَنفُسِكُمۡۖ هَل لَّكُم مِّن مَّا مَلَكَتۡ أَيۡمَٰنُكُم مِّن شُرَكَآءَ فِي مَا رَزَقۡنَٰكُمۡ فَأَنتُمۡ فِيهِ سَوَآءٞ تَخَافُونَهُمۡ كَخِيفَتِكُمۡ أَنفُسَكُمۡۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡقِلُونَ ﴿28﴾

O sizə özünüzdən bir məsəl çək­di; sahib olduğunuz kölələr içə­ri­sində sizə verdiyi­miz nemətlərdə sizinlə bə­ra­bər eyni hüquqa ma­lik olan, özü­nüz­dən çəkindiyiniz kimi, on­lardan da çə­kin­di­yi­niz şərik­lə­riniz varmı? Biz ayə­ləri düşü­nüb daşınan insanlar üçün be­­lə müfəs­səl izah edirik.

30:29

بَلِ ٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَهۡوَآءَهُم بِغَيۡرِ عِلۡمٖۖ فَمَن يَهۡدِي مَنۡ أَضَلَّ ٱللَّهُۖ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ ﴿29﴾

Lakin zülm edənlər heç bir elmə əsaslanmadan nəfs­lə­ri­nin istək­lə­rinə uy­dular. Alla­hın zəlalətə sal­dıqla­rı­nı kim doğru yo­la yönəldə bilər? On­la­ra yardım edənlər də olmaz.

30:30

فَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ حَنِيفٗاۚ فِطۡرَتَ ٱللَّهِ ٱلَّتِي فَطَرَ ٱلنَّاسَ عَلَيۡهَاۚ لَا تَبۡدِيلَ لِخَلۡقِ ٱللَّهِۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿30﴾

Sən bir hənif kimi üzü­nü dinə tə­rəf çe­vir! Allahın in­san­lara – xəlq etdiyi şüurlu məx­luq kimi verdiyi fitrət bu­dur. Allahın ya­rat­dığını heç cür də­yişdir­mək olmaz. Doğru din bu­dur, lakin in­san­la­rın çoxu bu­nu bilmir.

30:31

مُنِيبِينَ إِلَيۡهِ وَٱتَّقُوهُ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُشۡرِكِينَ ﴿31﴾

Tövbə edərək Ona üz tu­tun, On­dan qorxun, namaz qı­lın və şə­rik qo­şanlardan ol­ma­yın!

30:32

مِنَ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمۡ وَكَانُواْ شِيَعٗاۖ كُلُّ حِزۡبِۭ بِمَا لَدَيۡهِمۡ فَرِحُونَ ﴿32﴾

O kəslərdən ki, öz dini­ni bölüb firqələrə ayrıldılar. Hər firqə öz təri­qə­tini üstün bilib se­vinir.