quranm◉

Səhifə 409

Range
from 30:42 to 30:50
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

30:42

قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلُۚ كَانَ أَكۡثَرُهُم مُّشۡرِكِينَ ﴿42﴾

De: “Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ların çoxu Allaha şərik qoşan­lar idi”.

30:43

فَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ ٱلۡقَيِّمِ مِن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِۖ يَوۡمَئِذٖ يَصَّدَّعُونَ ﴿43﴾

Qarşısıalınmaz gün Allah tərə­fin­dən göndərilməmişdən əv­vəl üzünü gerçək dinə tərəf tut! O gün onlar iki dəstəyə bö­lü­nə­cək­lər.

30:44

مَن كَفَرَ فَعَلَيۡهِ كُفۡرُهُۥۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا فَلِأَنفُسِهِمۡ يَمۡهَدُونَ ﴿44﴾

Kim küfr edərsə, küfrü öz əley­hi­nə olar. Yaxşı iş gö­rənlər isə öz­ləri üçün Cənnətdə yer hazırlamış olarlar.

30:45

لِيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ مِن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡكَٰفِرِينَ ﴿45﴾

Bu ona görədir ki, Allah iman gəti­rib yaxşı işlər görən­lərə Öz lüt­fündən mükafat ver­sin. Şübhəsiz ki, O, ka­fir­lə­ri sev­mir.

30:46

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَن يُرۡسِلَ ٱلرِّيَاحَ مُبَشِّرَٰتٖ وَلِيُذِيقَكُم مِّن رَّحۡمَتِهِۦ وَلِتَجۡرِيَ ٱلۡفُلۡكُ بِأَمۡرِهِۦ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿46﴾

Sizə Öz mərhəmətindən daddır­sın, əmri ilə gəmilər üz­sün, Onun lüt­fünü arayasınız və sizə verdiyi nemətlərə şükür edəsiniz de­yə küləkləri müj­dəçi göndərməsi də Onun də­lillərindəndir.

30:47

وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ رُسُلًا إِلَىٰ قَوۡمِهِمۡ فَجَآءُوهُم بِٱلۡبَيِّنَٰتِ فَٱنتَقَمۡنَا مِنَ ٱلَّذِينَ أَجۡرَمُواْۖ وَكَانَ حَقًّا عَلَيۡنَا نَصۡرُ ٱلۡمُؤۡمِنِينَ ﴿47﴾

Biz səndən əvvəl də on­ların qöv­münə elçilər göndər­mişdik. El­çi­lər on­lara açıq-ay­dın dəlillər gətirmişdilər. Biz günahkarlardan in­ti­qam aldıq. Mö­min­lərə yardım etmək Bi­zim borcumuz idi.

30:48

ٱللَّهُ ٱلَّذِي يُرۡسِلُ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابٗا فَيَبۡسُطُهُۥ فِي ٱلسَّمَآءِ كَيۡفَ يَشَآءُ وَيَجۡعَلُهُۥ كِسَفٗا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَٰلِهِۦۖ فَإِذَآ أَصَابَ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ ﴿48﴾

Buludları qaldıran kü­lək­ləri Allah­dır göndərən. Allah sə­ma­da onları is­tə­diyi kimi ya­yıb topa-topa edir. Sən on­lar­dan yağış tö­kül­düyünü gö­rür­sən. Allah onu qullarından istə­diyi kim­sə­lə­rə en­di­rən kimi on­lar sevinirlər.

30:49

وَإِن كَانُواْ مِن قَبۡلِ أَن يُنَزَّلَ عَلَيۡهِم مِّن قَبۡلِهِۦ لَمُبۡلِسِينَ ﴿49﴾

Halbuki o yağış onların üzərinə yağdırılmazdan əvvəl ümid­siz idilər.

30:50

فَٱنظُرۡ إِلَىٰٓ ءَاثَٰرِ رَحۡمَتِ ٱللَّهِ كَيۡفَ يُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ ذَٰلِكَ لَمُحۡيِ ٱلۡمَوۡتَىٰۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿50﴾

Sən Allahın mərhəməti­nin izləri­nə bax ki, yeri öldük­dən son­ra necə di­rildir. Şüb­hə­siz ki, O, ölüləri də mütləq di­ril­dəcək. O, hər şeyə qa­dir­dir.