quranm◉

Səhifə 410

Range
from 30:51 to 30:60
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

30:51

وَلَئِنۡ أَرۡسَلۡنَا رِيحٗا فَرَأَوۡهُ مُصۡفَرّٗا لَّظَلُّواْ مِنۢ بَعۡدِهِۦ يَكۡفُرُونَ ﴿51﴾

Əgər Biz bir külək gön­dərsək və onlar əkini saralmış gör­sə­lər, bundan sonra mütləq nankorluq etməyə başla­yarlar.

30:52

فَإِنَّكَ لَا تُسۡمِعُ ٱلۡمَوۡتَىٰ وَلَا تُسۡمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوۡاْ مُدۡبِرِينَ ﴿52﴾

Şübhəsiz ki, sən nə ölü­lə­rə haqqı, nə də üz çevirib ge­dən kar­lara çağırışı eşitdirə bil­məz­sən.

30:53

وَمَآ أَنتَ بِهَٰدِ ٱلۡعُمۡيِ عَن ضَلَٰلَتِهِمۡۖ إِن تُسۡمِعُ إِلَّا مَن يُؤۡمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسۡلِمُونَ ﴿53﴾

Sən korları da düşdük­ləri zəla­lət­dən çıxarıb düz yola sala bil­­məzsən. Sən haqqı yal­nız və yalnız müsəlman olub ayə­lərimizə iman gətirənlərə eşit­dirə bilərsən.

30:54

ٱللَّهُ ٱلَّذِي خَلَقَكُم مِّن ضَعۡفٖ ثُمَّ جَعَلَ مِنۢ بَعۡدِ ضَعۡفٖ قُوَّةٗ ثُمَّ جَعَلَ مِنۢ بَعۡدِ قُوَّةٖ ضَعۡفٗا وَشَيۡبَةٗۚ يَخۡلُقُ مَا يَشَآءُۚ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡقَدِيرُ ﴿54﴾

Sizi zəif bir şeydən ya­radan, zəif­likdən sonra sizə qüv­vət ve­­rən, qüv­vətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istə­diyini ya­radır. O, Biləndir, Qadirdir.

30:55

وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يُقۡسِمُ ٱلۡمُجۡرِمُونَ مَا لَبِثُواْ غَيۡرَ سَاعَةٖۚ كَذَٰلِكَ كَانُواْ يُؤۡفَكُونَ ﴿55﴾

O Saatın (Qiyamətin) gəldiyi gün gü­nahkar­lar dünyada bircə saat qal­dıq­la­rı­na and içəcəklər. On­lar dünyada da haqdan belə üz dön­də­rir­di­lər.

30:56

وَقَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ وَٱلۡإِيمَٰنَ لَقَدۡ لَبِثۡتُمۡ فِي كِتَٰبِ ٱللَّهِ إِلَىٰ يَوۡمِ ٱلۡبَعۡثِۖ فَهَٰذَا يَوۡمُ ٱلۡبَعۡثِ وَلَٰكِنَّكُمۡ كُنتُمۡ لَا تَعۡلَمُونَ ﴿56﴾

Bilik və iman nəsib edil­miş kim­sələr isə deyəcəklər: “Siz ora­da Allahın yazısı ilə di­rilmə gününə qədər qal­dı­nız. Bu gün, məhz dirilmə günü­dür, la­kin siz bunu bilmir­di­niz”.

30:57

فَيَوۡمَئِذٖ لَّا يَنفَعُ ٱلَّذِينَ ظَلَمُواْ مَعۡذِرَتُهُمۡ وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ ﴿57﴾

Həmin gün zalımlara bə­hanələri fayda verməyəcək və on­lar­dan töv­bə et­mələri tələb olunmayacaq.

30:58

وَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖۚ وَلَئِن جِئۡتَهُم بِـَٔايَةٖ لَّيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ أَنتُمۡ إِلَّا مُبۡطِلُونَ ﴿58﴾

Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onla­ra bir möcüzə gə­tirsən, kafir olanlar müt­ləq: “Siz an­caq yalan uyduranlar­sı­nız!”– deyəcəklər.

30:59

كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ ﴿59﴾

Allah haqqı bilməyən­lə­rin qəlbini belə möhürlə­yir.

30:60

فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۖ وَلَا يَسۡتَخِفَّنَّكَ ٱلَّذِينَ لَا يُوقِنُونَ ﴿60﴾

Sən səbirli ol! Həqiqə­tən də, Alla­hın vədi haqdır. Qoy axi­rə­tə yəqin­lik­lə inanma­yan­lar səni qeyri-ciddi olma­ğa – din­dən dön­mə­yə sövq etmə­sinlər.