quranm◉

Səhifə 408

Range
from 30:33 to 30:41
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

30:33

وَإِذَا مَسَّ ٱلنَّاسَ ضُرّٞ دَعَوۡاْ رَبَّهُم مُّنِيبِينَ إِلَيۡهِ ثُمَّ إِذَآ أَذَاقَهُم مِّنۡهُ رَحۡمَةً إِذَا فَرِيقٞ مِّنۡهُم بِرَبِّهِمۡ يُشۡرِكُونَ ﴿33﴾

İnsanların başına bir bə­la gəldiyi zaman Rəbbinə üz tu­tub Ona yalvarır­lar. Sonra O, Özündən onlara bir mər­hə­mət daddıran ki­mi, onlardan bir dəs­tə Rəbbinə şərik qoşur.

30:34

لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ ﴿34﴾

Bu ona görədir ki, Bizim onlara verdiyimiz nemətlərə nan­kor­luq etsin­lər. Hələlik əy­lənin! Tezliklə biləcək­si­niz.

30:35

أَمۡ أَنزَلۡنَا عَلَيۡهِمۡ سُلۡطَٰنٗا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُواْ بِهِۦ يُشۡرِكُونَ ﴿35﴾

Məgər Biz onlara müş­rik olma­la­rını söyləyən bir dəlil gön­dər­mişik?

30:36

وَإِذَآ أَذَقۡنَا ٱلنَّاسَ رَحۡمَةٗ فَرِحُواْ بِهَاۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ إِذَا هُمۡ يَقۡنَطُونَ ﴿36﴾

İnsanlara mərhəmət gös­tərdikdə ona sevinərlər. Öz əl­ləri ilə et­dikləri günahlara gö­rə onlara bir bəla üz ver­dikdə isə dərhal ümid­lərini üzərlər.

30:37

أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿37﴾

Məgər onlar görmürlər­mi ki, Allah istədiyinin ruzi­si­ni bol edir, istə­di­yi­nin­kini də azal­dır? Həqiqətən, bunda iman gətirən adam­lar üçün ibrətlər var­dır.

30:38

فَـَٔاتِ ذَا ٱلۡقُرۡبَىٰ حَقَّهُۥ وَٱلۡمِسۡكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِۚ ذَٰلِكَ خَيۡرٞ لِّلَّذِينَ يُرِيدُونَ وَجۡهَ ٱللَّهِۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ﴿38﴾

Qohum-əqrəbaya, yox­su­la və mü­safirə onlara çata­caq haq­qı­nı ver! Alla­hın Üzü­nü dilə­yənlər (ixlaslı olanlar) üçün bu daha xe­yir­li­dir. Uğur qa­zananlar da məhz onlar­dır.

30:39

وَمَآ ءَاتَيۡتُم مِّن رِّبٗا لِّيَرۡبُوَاْ فِيٓ أَمۡوَٰلِ ٱلنَّاسِ فَلَا يَرۡبُواْ عِندَ ٱللَّهِۖ وَمَآ ءَاتَيۡتُم مِّن زَكَوٰةٖ تُرِيدُونَ وَجۡهَ ٱللَّهِ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُضۡعِفُونَ ﴿39﴾

İnsanların var-dövləti sa­yəsində, artırmaq məqsədilə sə­ləm­lə ver­diyiniz mal Allah ya­nında artmaz. Allahın Üzü­­nü diləyərək (ixlasla) ver­diyi­niz zəkata gə­lincə, bilin ki, bunu edənlər mal­larının bərə­kə­ti­ni qat-qat artı­ran­lardır.

30:40

ٱللَّهُ ٱلَّذِي خَلَقَكُمۡ ثُمَّ رَزَقَكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡۖ هَلۡ مِن شُرَكَآئِكُم مَّن يَفۡعَلُ مِن ذَٰلِكُم مِّن شَيۡءٖۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ﴿40﴾

Sizi yaradan, sonra sizə ruzi ve­rən, sonra sizi öldürən, son­ra da sizi di­rildəcək məhz Allahdır. Şərikləriniz içə­ri­sin­də bun­lar­dan, heç olmasa, birini edə bilən varmı? O, pak­dır və müşrik­lə­rin Ona şərik qoş­duq­la­rın­dan ucadır.

30:41

ظَهَرَ ٱلۡفَسَادُ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ بِمَا كَسَبَتۡ أَيۡدِي ٱلنَّاسِ لِيُذِيقَهُم بَعۡضَ ٱلَّذِي عَمِلُواْ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿41﴾

İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar.