quranm◉

Səhifə 411

Range
from 31:1 to 31:11
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

31:1

الٓمٓ ﴿1﴾

Əlif. Ləm. Mim.

31:2

تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡحَكِيمِ ﴿2﴾

Bu, hikmətli Kitabın ayə­ləridir.

31:3

هُدٗى وَرَحۡمَةٗ لِّلۡمُحۡسِنِينَ ﴿3﴾

Xeyirxah əməl sahibləri­nə doğru yol göstəricisi və rəh­mət­dir.

31:4

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ ﴿4﴾

O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiy­yət­lə ina­nırlar.

31:5

أُوْلَـٰٓئِكَ عَلَىٰ هُدٗى مِّن رَّبِّهِمۡۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ﴿5﴾

Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar ni­cat tapan­lar­dır.

31:6

وَمِنَ ٱلنَّاسِ مَن يَشۡتَرِي لَهۡوَ ٱلۡحَدِيثِ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَيَتَّخِذَهَا هُزُوًاۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ ﴿6﴾

İnsanlar arasında eləsi də var ki, heç bir biliyi olma­dan baş­qa­­larını Allah yolun­dan sapdırmaq və Allahın ayə­lə­ri­ni lağa qoy­maq üçün boş-boş söz­ləri sa­tın alır. Məhz onları alçaldıcı bir əzab göz­ləyir.

31:7

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا وَلَّىٰ مُسۡتَكۡبِرٗا كَأَن لَّمۡ يَسۡمَعۡهَا كَأَنَّ فِيٓ أُذُنَيۡهِ وَقۡرٗاۖ فَبَشِّرۡهُ بِعَذَابٍ أَلِيمٍ ﴿7﴾

Ayələrimiz onlara oxun­duğu za­man sanki ona eşit­mirmiş, qu­laqla­rında tıxac var­mış kimi təkəbbürlə üz çevi­rər. Sən be­lə­lə­ri­ni ağrılı-acılı bir əzab­la müjdələ.

31:8

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُمۡ جَنَّـٰتُ ٱلنَّعِيمِ ﴿8﴾

İman gətirib yaxşı işlər gö­rənlər üçün Nəim cən­nətləri ha­zır­lan­mış­dır.

31:9

خَٰلِدِينَ فِيهَاۖ وَعۡدَ ٱللَّهِ حَقّٗاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿9﴾

Onlar orada əbədi qala­caqlar. Alla­hın vədi haqdır. O, Qüd­rət­lidir, Hikmət sahibidir.

31:10

خَلَقَ ٱلسَّمَٰوَٰتِ بِغَيۡرِ عَمَدٖ تَرَوۡنَهَاۖ وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٖۚ وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجٖ كَرِيمٍ ﴿10﴾

O, göyləri görə biləcə­yi­niz bir di­rək olmadan yara­dıb sax­la­mış, yer sizi sil­kələ­məsin deyə, orada möhkəm dağ­lar qurmuş və ora cürbəcür hey­vanlar yaymışdır. Biz göy­dən yağmur yağdı­rıb ora­da cür­bə­cür gözəl bitkilər bitir­dik.

31:11

هَٰذَا خَلۡقُ ٱللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ ٱلَّذِينَ مِن دُونِهِۦۚ بَلِ ٱلظَّـٰلِمُونَ فِي ضَلَٰلٖ مُّبِينٖ ﴿11﴾

Bunlar Allahın yaratdıq­larıdır. İndi siz mənə göstərin gö­rüm, On­dan başqaları nə ya­radıblar? Xeyr! Zalımlar açıq-aydın az­ğınlıq için­dədirlər.