quranm◉

Səhifə 412

Range
from 31:12 to 31:19
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

31:12

وَلَقَدۡ ءَاتَيۡنَا لُقۡمَٰنَ ٱلۡحِكۡمَةَ أَنِ ٱشۡكُرۡ لِلَّهِۚ وَمَن يَشۡكُرۡ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ حَمِيدٞ ﴿12﴾

Biz Loğmana hikmət ver­dik: “Allaha şükür et! Kim şü­kür et­sə, özü üçün şükür et­miş olar. Kim nankor ol­sa, bil­sin ki, Allah onun şükrünə möhtac de­yil, Tərifəlayiqdir”.

31:13

وَإِذۡ قَالَ لُقۡمَٰنُ لِٱبۡنِهِۦ وَهُوَ يَعِظُهُۥ يَٰبُنَيَّ لَا تُشۡرِكۡ بِٱللَّهِۖ إِنَّ ٱلشِّرۡكَ لَظُلۡمٌ عَظِيمٞ ﴿13﴾

Bir zaman Loğman öz oğluna nə­sihət edərək demiş­di: “Oğ­lum! Allaha şərik qoş­ma. Həqiqətən, Allaha şərik qoş­maq böyük zülm­dür!”

31:14

وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ حَمَلَتۡهُ أُمُّهُۥ وَهۡنًا عَلَىٰ وَهۡنٖ وَفِصَٰلُهُۥ فِي عَامَيۡنِ أَنِ ٱشۡكُرۡ لِي وَلِوَٰلِدَيۡكَ إِلَيَّ ٱلۡمَصِيرُ ﴿14﴾

Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-gü­nə zəiflədiyinə baxmayaraq da­şımışdır. Onun süd­dən kəsil­məsi isə iki il ərzində olur. Mənə və vali­deyn­lə­ri­nə şükür et! Axır dönüş Mənədir.

31:15

وَإِن جَٰهَدَاكَ عَلَىٰٓ أَن تُشۡرِكَ بِي مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٞ فَلَا تُطِعۡهُمَاۖ وَصَاحِبۡهُمَا فِي ٱلدُّنۡيَا مَعۡرُوفٗاۖ وَٱتَّبِعۡ سَبِيلَ مَنۡ أَنَابَ إِلَيَّۚ ثُمَّ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿15﴾

Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün sə­ni məcbur etməyə cəhd gös­tər­sələr, onlara güzəş­tə get­mə! Dün­ya­da onlarla gözəl dav­ran. Mənə üz tutanların yolu ilə get! Son­ra isə dö­nü­şünüz Mə­nə olacaq, Mən də nə etdik­lə­riniz barədə sizə xə­bər ve­rəcə­yəm.

31:16

يَٰبُنَيَّ إِنَّهَآ إِن تَكُ مِثۡقَالَ حَبَّةٖ مِّنۡ خَرۡدَلٖ فَتَكُن فِي صَخۡرَةٍ أَوۡ فِي ٱلسَّمَٰوَٰتِ أَوۡ فِي ٱلۡأَرۡضِ يَأۡتِ بِهَا ٱللَّهُۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٞ ﴿16﴾

Loğman dedi: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlı­ğın­da olsa da, bir qaya­nın içində, yaxud göylərdə və ya yerin di­bin­də olsa da, Allah onu aş­kar edər. Həqiqətən, Allah Lətifdir, Xə­bər­dardır.

31:17

يَٰبُنَيَّ أَقِمِ ٱلصَّلَوٰةَ وَأۡمُرۡ بِٱلۡمَعۡرُوفِ وَٱنۡهَ عَنِ ٱلۡمُنكَرِ وَٱصۡبِرۡ عَلَىٰ مَآ أَصَابَكَۖ إِنَّ ذَٰلِكَ مِنۡ عَزۡمِ ٱلۡأُمُورِ ﴿17﴾

Oğlum! Namaz qıl, yax­şı işlər gör­məyi əmr et, pis iş­lə­ri qa­da­ğan elə. Ba­şına gə­lən çə­tinliklərə səbir et. Həqi­qə­tən, bu, əzm tə­ləb edən əməl­lər­dən­dir.

31:18

وَلَا تُصَعِّرۡ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمۡشِ فِي ٱلۡأَرۡضِ مَرَحًاۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ مُخۡتَالٖ فَخُورٖ ﴿18﴾

İnsanlardan təkəbbürlə üz çevir­mə, yer üzündə lovğa-lovğa gə­zib dolanma. Hə­qiqətən, Allah heç bir özündən razını, özü­nü öyəni sevmir.

31:19

وَٱقۡصِدۡ فِي مَشۡيِكَ وَٱغۡضُضۡ مِن صَوۡتِكَۚ إِنَّ أَنكَرَ ٱلۡأَصۡوَٰتِ لَصَوۡتُ ٱلۡحَمِيرِ ﴿19﴾

Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çir­kin səs uzun­qulaq səsidir”.