quranm◉

Səhifə 42

Range
from 2:253 to 2:256
Surahs covered
Tərcümə
4 Tərcümə

◉

2:253

تِلۡكَ ٱلرُّسُلُ فَضَّلۡنَا بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖۘ مِّنۡهُم مَّن كَلَّمَ ٱللَّهُۖ وَرَفَعَ بَعۡضَهُمۡ دَرَجَٰتٖۚ وَءَاتَيۡنَا عِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱلۡبَيِّنَٰتِ وَأَيَّدۡنَٰهُ بِرُوحِ ٱلۡقُدُسِۗ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلَ ٱلَّذِينَ مِنۢ بَعۡدِهِم مِّنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ وَلَٰكِنِ ٱخۡتَلَفُواْ فَمِنۡهُم مَّنۡ ءَامَنَ وَمِنۡهُم مَّن كَفَرَۚ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلُواْ وَلَٰكِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ ﴿253﴾

Biz o elçilərin bəzisini di­gərlə­rindən üstün etdik. Allah on­lar­dan bəzisi ilə danış­mış, bə­zisini isə dərəcələrlə yük­səltmişdir. Biz Məryəm oğlu İsaya açıq-ay­dın möcüzələr ver­dik və onu mü­qəd­dəs Ruh Cəb­rail ilə qüvvətlən­dir­dik. Əgər Allah istəsəydi, on­lar­dan son­ra gə­lən­lər özlərinə açıq-aydın dəlil­lər gəl­dikdən sonra bir-bi­ri­ləri ilə vuruşmaz­dılar. La­kin onlar ixti­laf et­dilər. Onlar­dan ki­mi­si iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah istə­səy­di, onlar bir-biriləri ilə vu­ruş­maz­­dılar. La­kin Allah istə­di­yini edər.

2:254

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَنفِقُواْ مِمَّا رَزَقۡنَٰكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا بَيۡعٞ فِيهِ وَلَا خُلَّةٞ وَلَا شَفَٰعَةٞۗ وَٱلۡكَٰفِرُونَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿254﴾

Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin ol­mayacağı gün gəlməmişdən ön­cə, sizə verdiyimiz ru­zidən Allah yo­lunda xərcləyin! Kafir­lər, əlbəttə ki, za­lımdırlar.

2:255

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُۚ لَا تَأۡخُذُهُۥ سِنَةٞ وَلَا نَوۡمٞۚ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ مَن ذَا ٱلَّذِي يَشۡفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذۡنِهِۦۚ يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۖ وَلَا يُحِيطُونَ بِشَيۡءٖ مِّنۡ عِلۡمِهِۦٓ إِلَّا بِمَا شَآءَۚ وَسِعَ كُرۡسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۖ وَلَا يَـُٔودُهُۥ حِفۡظُهُمَاۚ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ ﴿255﴾

Allah Özündən başqa haqq məbud olmayandır, əbə­­di Yaşa­yandır, bü­tün ya­rat­dıqlarının Qəy­yumudur. Onu nə mürgü, nə də yu­xu tu­tar. Göy­lərdə və yer­də nə varsa, Ona məx­susdur. Allahın iz­ni ol­madan Onun yanında kim şəfaət edə bi­lər? O, qulla­rının gə­ləcə­yini və keç­mi­şi­ni bi­lir. Onlar Allahın el­min­dən Onun is­tə­di­yin­dən başqa heç bir şey qav­raya bil­məzlər. Onun Kür­süsü göy­lə­ri və ye­ri əhatə edir. Bun­la­rı qo­ruyub sax­la­maq Ona ağır gəlmir. O, Uca­dır, Əzəmətlidir.

2:256

لَآ إِكۡرَاهَ فِي ٱلدِّينِۖ قَد تَّبَيَّنَ ٱلرُّشۡدُ مِنَ ٱلۡغَيِّۚ فَمَن يَكۡفُرۡ بِٱلطَّـٰغُوتِ وَيُؤۡمِنۢ بِٱللَّهِ فَقَدِ ٱسۡتَمۡسَكَ بِٱلۡعُرۡوَةِ ٱلۡوُثۡقَىٰ لَا ٱنفِصَامَ لَهَاۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿256﴾

Dində məcburiyyət yox­dur. Ar­tıq doğru yol azğınlıq­dan ay­dın fərqlə­nir. Hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapış­mış olar. Allah hər şeyi eşi­dəndir, hər şeyi bi­ləndir.