quranm◉

Səhifə 41

Range
from 2:249 to 2:252
Surahs covered
Tərcümə
4 Tərcümə

◉

2:249

فَلَمَّا فَصَلَ طَالُوتُ بِٱلۡجُنُودِ قَالَ إِنَّ ٱللَّهَ مُبۡتَلِيكُم بِنَهَرٖ فَمَن شَرِبَ مِنۡهُ فَلَيۡسَ مِنِّي وَمَن لَّمۡ يَطۡعَمۡهُ فَإِنَّهُۥ مِنِّيٓ إِلَّا مَنِ ٱغۡتَرَفَ غُرۡفَةَۢ بِيَدِهِۦۚ فَشَرِبُواْ مِنۡهُ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ فَلَمَّا جَاوَزَهُۥ هُوَ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ قَالُواْ لَا طَاقَةَ لَنَا ٱلۡيَوۡمَ بِجَالُوتَ وَجُنُودِهِۦۚ قَالَ ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُواْ ٱللَّهِ كَم مِّن فِئَةٖ قَلِيلَةٍ غَلَبَتۡ فِئَةٗ كَثِيرَةَۢ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّـٰبِرِينَ ﴿249﴾

Talut əsgərlə­rlə birlikdə dö­yüşə yola düşdükdə onlara de­di: “Allah sizi bir çayla sınağa çəkəcək. Kim on­dan iç­sə, o mən­dən deyildir. Əli ilə bir ovuc götürüb dadanlar istisna olmaqla kim on­dan içməsə, o məndən­dir.” Onla­rın az bir qis­mi is­tis­na ol­maqla ha­mı­sı ondan su iç­di. Talut və onunla birlikdə olan mö­min­lər çayı keç­dikdən son­ra bəziləri de­dilər: “Bu gün bizim Caluta və onun əs­gərlərinə qarşı vuruşmağa gü­cü­müz yoxdur.” Allah­la qar­şılaşa­caq­ları­nı yəqin bi­lən­lər isə de­di­lər: “Neçə-neçə az saylı dəs­tə olub ki, Allahın izni ilə çox saylı dəs­təyə­ qalib gəlib!” Allah sə­bir edən­lərlə­dir.

2:250

وَلَمَّا بَرَزُواْ لِجَالُوتَ وَجُنُودِهِۦ قَالُواْ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَثَبِّتۡ أَقۡدَامَنَا وَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ﴿250﴾

Onlar Calutun və onun qoşunu­nun qarşısına çıxdıqda, de­dilər: “Ey Rəbbimiz! Bizə bollu səbir ver, qədəmləri­mi­zi möhkəm­lət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”

2:251

فَهَزَمُوهُم بِإِذۡنِ ٱللَّهِ وَقَتَلَ دَاوُۥدُ جَالُوتَ وَءَاتَىٰهُ ٱللَّهُ ٱلۡمُلۡكَ وَٱلۡحِكۡمَةَ وَعَلَّمَهُۥ مِمَّا يَشَآءُۗ وَلَوۡلَا دَفۡعُ ٱللَّهِ ٱلنَّاسَ بَعۡضَهُم بِبَعۡضٖ لَّفَسَدَتِ ٱلۡأَرۡضُ وَلَٰكِنَّ ٱللَّهَ ذُو فَضۡلٍ عَلَى ٱلۡعَٰلَمِينَ ﴿251﴾

Möminlər Allahın izni ilə onları məğlub etdilər. Da­vud da Calutu öl­dürdü. Allah ona hökm­ranlıq və hik­mət ver­di, ona istə­di­yini öyrətdi. Əgər Allah in­san­ların bəzilə­rini di­gərləri ilə dəf et­məsəydi, yer üzü fəsada uğ­ra­yardı. Lakin Allah aləmlərə qarşı lütfkardır.

2:252

تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۚ وَإِنَّكَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ﴿252﴾

Bunlar Allahın ayələri­dir. Biz onları sənə haqq ola­raq oxu­yuruq. Şüb­həsiz ki, sən göndəri­lən elçilərdən­sən.