quranm◉

Səhifə 424

Range
from 33:44 to 33:50
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

33:44

تَحِيَّتُهُمۡ يَوۡمَ يَلۡقَوۡنَهُۥ سَلَٰمٞۚ وَأَعَدَّ لَهُمۡ أَجۡرٗا كَرِيمٗا ﴿44﴾

Möminlərin Ona qovu­şa­caqları gün xeyir-duaları “sa­lam” ola­caq­. Allah onlara ol­duq­ca gözəl mükafat ha­zır­la­mış­dır.

33:45

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِنَّآ أَرۡسَلۡنَٰكَ شَٰهِدٗا وَمُبَشِّرٗا وَنَذِيرٗا ﴿45﴾

Ey Peyğəmbər! Həqiqə­tən, Biz səni şahid, müjdəçi və xə­bər­dar edən olaraq göndər­dik.

33:46

وَدَاعِيًا إِلَى ٱللَّهِ بِإِذۡنِهِۦ وَسِرَاجٗا مُّنِيرٗا ﴿46﴾

Səni həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq ki­mi göndərdik.

33:47

وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ بِأَنَّ لَهُم مِّنَ ٱللَّهِ فَضۡلٗا كَبِيرٗا ﴿47﴾

Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır.

33:48

وَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَٱلۡمُنَٰفِقِينَ وَدَعۡ أَذَىٰهُمۡ وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا ﴿48﴾

Kafirlərə və münafiqlərə itaət et­mə. Onların əziyyət­lə­ri­nə fi­kir vermə və Allaha tə­vək­kül et. Allahın Qoruyan ol­ma­sı ki­fa­yət­dir.

33:49

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نَكَحۡتُمُ ٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ طَلَّقۡتُمُوهُنَّ مِن قَبۡلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمۡ عَلَيۡهِنَّ مِنۡ عِدَّةٖ تَعۡتَدُّونَهَاۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحٗا جَمِيلٗا ﴿49﴾

Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, son­ra da onlara toxunmazdan əvvəl talaqlarını ver­sə­niz, ar­tıq onlar üçün göz­ləmə müd­dəti­ni saymağa – onları yanınızda saxlama­ğa haq­qınız yoxdur. Be­lə olduğu təqdirdə on­lara talaq haqlarını verin və onları gözəl tərz­də sərbəst buraxın.

33:50

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِنَّآ أَحۡلَلۡنَا لَكَ أَزۡوَٰجَكَ ٱلَّـٰتِيٓ ءَاتَيۡتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتۡ يَمِينُكَ مِمَّآ أَفَآءَ ٱللَّهُ عَلَيۡكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّـٰتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَٰلَٰتِكَ ٱلَّـٰتِي هَاجَرۡنَ مَعَكَ وَٱمۡرَأَةٗ مُّؤۡمِنَةً إِن وَهَبَتۡ نَفۡسَهَا لِلنَّبِيِّ إِنۡ أَرَادَ ٱلنَّبِيُّ أَن يَسۡتَنكِحَهَا خَالِصَةٗ لَّكَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۗ قَدۡ عَلِمۡنَا مَا فَرَضۡنَا عَلَيۡهِمۡ فِيٓ أَزۡوَٰجِهِمۡ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ لِكَيۡلَا يَكُونَ عَلَيۡكَ حَرَجٞۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ﴿50﴾

Ey Peyğəmbər! Mehrlə­rini ver­di­yin zövcələrini, Alla­hın sə­nə bəxş et­dik­lərindən sa­hib olduğun cariyələri, sə­nin­lə birlikdə hic­rət etmiş əmin qız­la­rı­nı, bibilərinin qızlarını, da­yın qızlarını, xa­lalarının qızla­rını, habelə Peyğəmbər onunla ev­lənmək istədiyi təq­dirdə özü­nü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qa­dı­nı sənə halal etdik. Sonun­cusu digər mö­min­lərə deyil, yalnız sənə məx­­susdur. Onlara zövcələri və sa­hib olduqları cariyələr barə­sin­də nəyi vacib buyurdu­ğu­muzu bilirik. Belə etdik ki, sənə bir çə­tin­lik olmasın. Allah Ba­ğış­layandır, Rəhmlidir.