quranm◉

Səhifə 439

Range
from 35:39 to 35:44
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

35:39

هُوَ ٱلَّذِي جَعَلَكُمۡ خَلَـٰٓئِفَ فِي ٱلۡأَرۡضِۚ فَمَن كَفَرَ فَعَلَيۡهِ كُفۡرُهُۥۖ وَلَا يَزِيدُ ٱلۡكَٰفِرِينَ كُفۡرُهُمۡ عِندَ رَبِّهِمۡ إِلَّا مَقۡتٗاۖ وَلَا يَزِيدُ ٱلۡكَٰفِرِينَ كُفۡرُهُمۡ إِلَّا خَسَارٗا ﴿39﴾

Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz əley­hi­nə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara bəslənən qə­zə­bi artırar. Kafir­lə­rin küfrü onlara ziyandan başqa bir şey ar­tır­maz.

35:40

قُلۡ أَرَءَيۡتُمۡ شُرَكَآءَكُمُ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٞ فِي ٱلسَّمَٰوَٰتِ أَمۡ ءَاتَيۡنَٰهُمۡ كِتَٰبٗا فَهُمۡ عَلَىٰ بَيِّنَتٖ مِّنۡهُۚ بَلۡ إِن يَعِدُ ٱلظَّـٰلِمُونَ بَعۡضُهُم بَعۡضًا إِلَّا غُرُورًا ﴿40﴾

De: “Allahdan başqa yal­vardığınız şəriklər haqda dü­şün­dü­nüz­mü? Bir mə­nə gös­tə­rin görüm, onlar yer üzündə nəyi ya­ra­dıb­lar? Yoxsa onların göy­lərin yaradılmasında şərik­liyi var?” Ya­xud on­lara bir ki­tab vermişik, onlar da on­dakı dəlilə istinad edirlər? Xeyr! Za­lım­lar bir-birinə ancaq yalan vəd ve­rirlər.

35:41

إِنَّ ٱللَّهَ يُمۡسِكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ أَن تَزُولَاۚ وَلَئِن زَالَتَآ إِنۡ أَمۡسَكَهُمَا مِنۡ أَحَدٖ مِّنۢ بَعۡدِهِۦٓۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورٗا ﴿41﴾

Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub sax­layır. Əgər tərpənsə­lər, Ondan başqa onları heç kəs tutub sax­la­ya bilməz. Həqi­qə­tən də, O, Həlimdir, Bağışla­yandır.

35:42

وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِن جَآءَهُمۡ نَذِيرٞ لَّيَكُونُنَّ أَهۡدَىٰ مِنۡ إِحۡدَى ٱلۡأُمَمِۖ فَلَمَّا جَآءَهُمۡ نَذِيرٞ مَّا زَادَهُمۡ إِلَّا نُفُورًا ﴿42﴾

Onlar Allaha çox möh­kəm and içdilər ki, özlərinə qorxudan bir pey­ğəm­bər gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda ola­caq­lar. Onlara qor­xu­dan peyğəmbər gəldikdə isə bu, onların an­caq nifrətini artırdı.

35:43

ٱسۡتِكۡبَارٗا فِي ٱلۡأَرۡضِ وَمَكۡرَ ٱلسَّيِّيِٕۚ وَلَا يَحِيقُ ٱلۡمَكۡرُ ٱلسَّيِّئُ إِلَّا بِأَهۡلِهِۦۚ فَهَلۡ يَنظُرُونَ إِلَّا سُنَّتَ ٱلۡأَوَّلِينَۚ فَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَبۡدِيلٗاۖ وَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَحۡوِيلًا ﴿43﴾

Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələ­rinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yara­maz hiylələr isə ancaq öz sa­hib­lə­rini qap­layar. Onlar əv­vəl­kilərin baş­la­rı­na gə­lən aqibət­dən başqasınımı göz­lə­yirlər? Sən Allahın qayda-qa­nu­nu­na heç bir əvəz tapa bil­məzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməz­sən.

35:44

أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَكَانُوٓاْ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗۚ وَمَا كَانَ ٱللَّهُ لِيُعۡجِزَهُۥ مِن شَيۡءٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِۚ إِنَّهُۥ كَانَ عَلِيمٗا قَدِيرٗا ﴿44﴾

Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəl­ki­lə­rin aqibə­ti­nin necə oldu­ğu­nu görmürlərmi? On­lar ki bun­lardan da­ha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola bi­ləcək heç bir şey yoxdur. Həqi­qə­tən, O, hər şeyi bi­ləndir, hər şeyə Qa­dir­dir.