quranm◉

Surə Fatir 35:43

ٱسۡتِكۡبَارٗا فِي ٱلۡأَرۡضِ وَمَكۡرَ ٱلسَّيِّيِٕۚ وَلَا يَحِيقُ ٱلۡمَكۡرُ ٱلسَّيِّئُ إِلَّا بِأَهۡلِهِۦۚ فَهَلۡ يَنظُرُونَ إِلَّا سُنَّتَ ٱلۡأَوَّلِينَۚ فَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَبۡدِيلٗاۖ وَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَحۡوِيلًا ﴿٤٣﴾

◉

Tərcümə

Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələ­rinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yara­maz hiylələr isə ancaq öz sa­hib­lə­rini qap­layar. Onlar əv­vəl­kilərin baş­la­rı­na gə­lən aqibət­dən başqasınımı göz­lə­yirlər? Sən Allahın qayda-qa­nu­nu­na heç bir əvəz tapa bil­məzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməz­sən.
— Alikhan Musayev
(Bu isə onların) yer üzündə təkəbbür göstərmələri (iman gətirməyi özlərinə sığışdırmamaları) və pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli hiylə) ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları müsibətlərimi (həmin müsibətlərin onların öz başlarına da gəlməsinimi) gözləyirlər? (ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞