quranm◉

Səhifə 441

Range
from 36:13 to 36:27
Surahs covered
Tərcümə
15 Tərcümə

◉

36:13

وَٱضۡرِبۡ لَهُم مَّثَلًا أَصۡحَٰبَ ٱلۡقَرۡيَةِ إِذۡ جَآءَهَا ٱلۡمُرۡسَلُونَ ﴿13﴾

Sən onlara o zaman el­çi­lər gəl­miş şəhər sakinlərini mi­sal çək.

36:14

إِذۡ أَرۡسَلۡنَآ إِلَيۡهِمُ ٱثۡنَيۡنِ فَكَذَّبُوهُمَا فَعَزَّزۡنَا بِثَالِثٖ فَقَالُوٓاْ إِنَّآ إِلَيۡكُم مُّرۡسَلُونَ ﴿14﴾

O zaman onlara iki nə­fər elçi gön­dərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüv­vət­lən­dir­dik. Bu elçilər: “Həqi­qətən, biz sizə göndərilmiş el­çilərik”– dedilər.

36:15

قَالُواْ مَآ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَمَآ أَنزَلَ ٱلرَّحۡمَٰنُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا تَكۡذِبُونَ ﴿15﴾

Onlar dedilər: “Siz də bi­zim kimi sadəcə bir insan­sınız. Mər­həmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz an­caq yalan da­nışır­sınız”.

36:16

قَالُواْ رَبُّنَا يَعۡلَمُ إِنَّآ إِلَيۡكُمۡ لَمُرۡسَلُونَ ﴿16﴾

Elçilər dedilər: “Rəbbi­miz bilir ki, biz, həqiqətən də, sizə gön­dərilmiş elçi­lərik.

36:17

وَمَا عَلَيۡنَآ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ﴿17﴾

Bizim vəzifəmiz ancaq vəhy olu­nanı aşkar təbliğ et­mək­dir”.

36:18

قَالُوٓاْ إِنَّا تَطَيَّرۡنَا بِكُمۡۖ لَئِن لَّمۡ تَنتَهُواْ لَنَرۡجُمَنَّكُمۡ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٞ ﴿18﴾

Onlar dedilər: “Biz siz­də bəd əla­mət gördük. Əgər dəvə­ti­ni­zə son qoy­masanız, sizi müt­ləq daşqalaq edəcəyik və biz­dən sizə müt­ləq ağrılı-acılı bir əzab toxunacaqdır”.

36:19

قَالُواْ طَـٰٓئِرُكُم مَّعَكُمۡ أَئِن ذُكِّرۡتُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ مُّسۡرِفُونَ ﴿19﴾

Elçilər dedilər: “Sizin uğur­suzlu­ğunuz öz ucbatı­nız­dandır. Mə­gər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayır­sı­nız? Doğrusu, siz həd­di aşmış bir mil­lətsiniz”.

36:20

وَجَآءَ مِنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ رَجُلٞ يَسۡعَىٰ قَالَ يَٰقَوۡمِ ٱتَّبِعُواْ ٱلۡمُرۡسَلِينَ ﴿20﴾

Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay ca­ma­at! Elçilərin ardınca gedin!

36:21

ٱتَّبِعُواْ مَن لَّا يَسۡـَٔلُكُمۡ أَجۡرٗا وَهُم مُّهۡتَدُونَ ﴿21﴾

Sizdən heç bir mükafat is­təmə­yən, özləri də doğru yol­da olan şəxslərin ar­dınca gedin!

36:22

وَمَالِيَ لَآ أَعۡبُدُ ٱلَّذِي فَطَرَنِي وَإِلَيۡهِ تُرۡجَعُونَ ﴿22﴾

Mənə nə olub ki, məni ya­radana və hüzuruna qay­ta­rı­­la­ca­ğı­nız Allaha iba­dət etmə­yim?

36:23

ءَأَتَّخِذُ مِن دُونِهِۦٓ ءَالِهَةً إِن يُرِدۡنِ ٱلرَّحۡمَٰنُ بِضُرّٖ لَّا تُغۡنِ عَنِّي شَفَٰعَتُهُمۡ شَيۡـٔٗا وَلَا يُنقِذُونِ ﴿23﴾

Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mər­həmətli Allah mə­nə bir zərər ye­tirmək istəsə, on­la­rın şə­faəti mə­nə heç bir fay­da ver­məz və on­lar məni xilas edə bilməzlər.

36:24

إِنِّيٓ إِذٗا لَّفِي ضَلَٰلٖ مُّبِينٍ ﴿24﴾

Bax onda mən açıq-ay­dın azğın­lığa düşmüş olaram.

36:25

إِنِّيٓ ءَامَنتُ بِرَبِّكُمۡ فَٱسۡمَعُونِ ﴿25﴾

Həqiqətən, mən sizin Rəb­binizə iman gətirdim. Mənə qu­laq asın!”

36:26

قِيلَ ٱدۡخُلِ ٱلۡجَنَّةَۖ قَالَ يَٰلَيۡتَ قَوۡمِي يَعۡلَمُونَ ﴿26﴾

Şəhərin sakinləri bu ki­şini öldürdük­dən sonra ona: “Cən­nə­tə da­xil ol!”– de­yildi. O dedi: “Kaş qövmüm biləydi ki,

36:27

بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ ٱلۡمُكۡرَمِينَ ﴿27﴾

Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.