quranm◉

Səhifə 442

Range
from 36:28 to 36:40
Surahs covered
Tərcümə
13 Tərcümə

◉

36:28

وَمَآ أَنزَلۡنَا عَلَىٰ قَوۡمِهِۦ مِنۢ بَعۡدِهِۦ مِن جُندٖ مِّنَ ٱلسَّمَآءِ وَمَا كُنَّا مُنزِلِينَ ﴿28﴾

Biz ondan sonra xalqı­nın üstünə göydən heç bir qoşun göndər­mədik və heç göndərən də deyildik.

36:29

إِن كَانَتۡ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ فَإِذَا هُمۡ خَٰمِدُونَ ﴿29﴾

Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar bir­dən sö­­nüb get­di­lər.

36:30

يَٰحَسۡرَةً عَلَى ٱلۡعِبَادِۚ مَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿30﴾

Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona is­­tehza et­məsinlər.

36:31

أَلَمۡ يَرَوۡاْ كَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّنَ ٱلۡقُرُونِ أَنَّهُمۡ إِلَيۡهِمۡ لَا يَرۡجِعُونَ ﴿31﴾

Məgər onlar özlərindən əvvəl ne­çə-neçə nəsilləri məhv et­di­yi­mizi və on­ların bir daha geriyə – bunların ya­nı­na qayıt­madığını gör­mürlərmi?

36:32

وَإِن كُلّٞ لَّمَّا جَمِيعٞ لَّدَيۡنَا مُحۡضَرُونَ ﴿32﴾

Hamısı bir yerdə Bizim hüzuru­muza gətiriləcəklər.

36:33

وَءَايَةٞ لَّهُمُ ٱلۡأَرۡضُ ٱلۡمَيۡتَةُ أَحۡيَيۡنَٰهَا وَأَخۡرَجۡنَا مِنۡهَا حَبّٗا فَمِنۡهُ يَأۡكُلُونَ ﴿33﴾

Ölü torpaq onlar üçün bir də­lil­dir. Biz onu yağışla dirildir, ora­dan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.

36:34

وَجَعَلۡنَا فِيهَا جَنَّـٰتٖ مِّن نَّخِيلٖ وَأَعۡنَٰبٖ وَفَجَّرۡنَا فِيهَا مِنَ ٱلۡعُيُونِ ﴿34﴾

Biz orada xurma bağları və üzüm­lüklər yaratdıq, bulaq­lar qay­na­dıb çı­xartdıq ki,

36:35

لِيَأۡكُلُواْ مِن ثَمَرِهِۦ وَمَا عَمِلَتۡهُ أَيۡدِيهِمۡۚ أَفَلَا يَشۡكُرُونَ ﴿35﴾

onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən ye­sin­lər. Bəs onlar şükür etmə­yə­cəklərmi?

36:36

سُبۡحَٰنَ ٱلَّذِي خَلَقَ ٱلۡأَزۡوَٰجَ كُلَّهَا مِمَّا تُنۢبِتُ ٱلۡأَرۡضُ وَمِنۡ أَنفُسِهِمۡ وَمِمَّا لَا يَعۡلَمُونَ ﴿36﴾

Yerin bitirdiklərindən, in­sanların öz­lərindən və bilmə­dik­lə­rin­dən bütün cüt­ləri ya­ra­dan Allah pakdır, müqəd­dəs­dir.

36:37

وَءَايَةٞ لَّهُمُ ٱلَّيۡلُ نَسۡلَخُ مِنۡهُ ٱلنَّهَارَ فَإِذَا هُم مُّظۡلِمُونَ ﴿37﴾

Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayı­rıb çı­xaran kimi onlar zül­mət içində qalırlar.

36:38

وَٱلشَّمۡسُ تَجۡرِي لِمُسۡتَقَرّٖ لَّهَاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ ﴿38﴾

Günəş də özünün qaldı­ğı yerə axıb gedir. Bu, Qüdrət­li, Bi­lən Allahın əzəli hökmüdür.

36:39

وَٱلۡقَمَرَ قَدَّرۡنَٰهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَٱلۡعُرۡجُونِ ٱلۡقَدِيمِ ﴿39﴾

Ay üçün də mənzillər mü­əyyən etmişik. Nəhayət, o təd­ricən dö­nüb xur­ma ağacının qu­rumuş budağı kimi əyri olur.

36:40

لَا ٱلشَّمۡسُ يَنۢبَغِي لَهَآ أَن تُدۡرِكَ ٱلۡقَمَرَ وَلَا ٱلَّيۡلُ سَابِقُ ٱلنَّهَارِۚ وَكُلّٞ فِي فَلَكٖ يَسۡبَحُونَ ﴿40﴾

Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. On­ların hər biri öz orbiti ilə üzüb gedir.