quranm◉

Səhifə 452

Range
from 37:154 to 37:182
Surahs covered
Tərcümə
29 Tərcümə

◉

37:154

مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ ﴿154﴾

Sizə nə olub, bu necə müha­ki­mə­dir yürüdürsünüz?

37:155

أَفَلَا تَذَكَّرُونَ ﴿155﴾

Məgər düşünüb ibrət alma­ya­caqsınız?

37:156

أَمۡ لَكُمۡ سُلۡطَٰنٞ مُّبِينٞ ﴿156﴾

Yoxsa sizin aydın bir dəliliniz vardır?

37:157

فَأۡتُواْ بِكِتَٰبِكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿157﴾

Əgər doğru deyirsiniz­sə, kita­bı­nızı gətirin!

37:158

وَجَعَلُواْ بَيۡنَهُۥ وَبَيۡنَ ٱلۡجِنَّةِ نَسَبٗاۚ وَلَقَدۡ عَلِمَتِ ٱلۡجِنَّةُ إِنَّهُمۡ لَمُحۡضَرُونَ ﴿158﴾

Onlar Allahla cinlər ara­sında qohumluq olduğunu uy­dur­du­lar. Hə­qiqətən, cinlər on­ların Cəhənnəmə gə­ti­ri­ləcə­yini bi­lirlər.

37:159

سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ﴿159﴾

Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır.

37:160

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ﴿160﴾

Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.

37:161

فَإِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ ﴿161﴾

Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız

37:162

مَآ أَنتُمۡ عَلَيۡهِ بِفَٰتِنِينَ ﴿162﴾

heç kəsi Allaha qarşı yol­dan çı­xa­ra bilməzsiniz.

37:163

إِلَّا مَنۡ هُوَ صَالِ ٱلۡجَحِيمِ ﴿163﴾

Ancaq Cəhənnəmə gi­rə­cək kim­sə­dən başqa.

37:164

وَمَامِنَّآ إِلَّا لَهُۥ مَقَامٞ مَّعۡلُومٞ ﴿164﴾

Mələklər dedi: “Bizlər­dən hər kə­sin müəyyən bir yeri var­dır.

37:165

وَإِنَّا لَنَحۡنُ ٱلصَّآفُّونَ ﴿165﴾

Həqiqətən, biz səf-səf dururuq.

37:166

وَإِنَّا لَنَحۡنُ ٱلۡمُسَبِّحُونَ ﴿166﴾

Həqiqətən, biz Allahın şəninə tə­riflər deyirik”.

37:167

وَإِن كَانُواْ لَيَقُولُونَ ﴿167﴾

Müşriklər deyirdilər:

37:168

لَوۡ أَنَّ عِندَنَا ذِكۡرٗا مِّنَ ٱلۡأَوَّلِينَ ﴿168﴾

“Əgər bizdə də əvvəl­ki­lərdə olan zikrdən (o kitabdan) olsaydı,

37:169

لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ﴿169﴾

biz mütləq Allahın se­çil­miş sə­mimi qulları olardıq”.

37:170

فَكَفَرُواْ بِهِۦۖ فَسَوۡفَ يَعۡلَمُونَ ﴿170﴾

Lakin onlar onu inkar et­dilər. Onlar tezliklə bilə­cəklər.

37:171

وَلَقَدۡ سَبَقَتۡ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلۡمُرۡسَلِينَ ﴿171﴾

Bizim elçi göndərdi­yi­miz qul­la­rımız haqqında bu Sö­zü­müz əzəldən deyilmişdi:

37:172

إِنَّهُمۡ لَهُمُ ٱلۡمَنصُورُونَ ﴿172﴾

“Həqiqətən, onlara kö­mək gös­tə­riləcək.

37:173

وَإِنَّ جُندَنَا لَهُمُ ٱلۡغَٰلِبُونَ ﴿173﴾

Bizim ordumuz mütləq qalib gələcək”.

37:174

فَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ ﴿174﴾

Sən bir müddət onlar­dan üz çe­vir!

37:175

وَأَبۡصِرۡهُمۡ فَسَوۡفَ يُبۡصِرُونَ ﴿175﴾

Onlara bax! Onlar tez­liklə əzabı görəcəklər.

37:176

أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ ﴿176﴾

Onlar əzabımızın tez­lik­lə gəl­mə­sinimi istəyirlər?

37:177

فَإِذَا نَزَلَ بِسَاحَتِهِمۡ فَسَآءَ صَبَاحُ ٱلۡمُنذَرِينَ ﴿177﴾

Əzab onların yurdları­na endiyi zaman qorxudulan­la­rın sa­ba­hı necə də pis olacaq!

37:178

وَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ ﴿178﴾

Sən bir müddət onlar­dan üz çe­vir!

37:179

وَأَبۡصِرۡ فَسَوۡفَ يُبۡصِرُونَ ﴿179﴾

Onlara bax! Onlar tez­liklə əzabı görəcəklər.

37:180

سُبۡحَٰنَ رَبِّكَ رَبِّ ٱلۡعِزَّةِ عَمَّا يَصِفُونَ ﴿180﴾

Qüdrət sahibi olan Rəb­bin pak­dır, müşriklərin Ona aid et­dik­ləri sifət­lərdən uzaqdır.

37:181

وَسَلَٰمٌ عَلَى ٱلۡمُرۡسَلِينَ ﴿181﴾

Elçilərə salam olsun!

37:182

وَٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿182﴾

Aləmlərin Rəbbi olan Allaha həmd olsun!