quranm◉

Səhifə 458

Range
from 38:84 to 39:5
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

38:84

قَالَ فَٱلۡحَقُّ وَٱلۡحَقَّ أَقُولُ ﴿84﴾

Allah dedi: “Budur haqq! Mən yal­nız haqqı deyirəm!

38:85

لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنۡهُمۡ أَجۡمَعِينَ ﴿85﴾

Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dol­­dura­ca­ğam!”

38:86

قُلۡ مَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٖ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُتَكَلِّفِينَ ﴿86﴾

De: “Mən buna görə siz­dən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uy­durmağa çalışmıram.

38:87

إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ ﴿87﴾

Bu Quran aləmlərə an­caq xatır­latmadır.

38:88

وَلَتَعۡلَمُنَّ نَبَأَهُۥ بَعۡدَ حِينِۭ ﴿88﴾

Siz onun verdiyi xəbəri bir müddətdən sonra mütləq bilə­cək­si­niz!”

39:1

تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ ﴿1﴾

Bu Kitab Qüdrətli və Müd­rik Allah­dan nazil edilmişdir.

39:2

إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ ﴿2﴾

Biz Kitabı sənə bir həqi­qət kimi nazil etmişik. Sən də, dinin yal­nız Alla­ha məxsus ol­duğuna iman gətirərək Ona iba­dət et!

39:3

أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ ﴿3﴾

Doğrusu, əsl din ancaq Allaha məx­susdur. Allahı qo­yub baş­qa­la­rını özlə­rinə dost tutan­lar: “Biz, onlara an­caq bi­zi Allaha daha çox yaxın­laş­dır­sınlar deyə ibadət edirik”– de­yirlər. Əl­bəttə ki, Allah zid­diy­yətə düşdükləri şeylər barə­sin­də onların arasında Öz hök­münü ve­rəcək­dir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğ­ru yo­la yönəlt­məz.

39:4

لَّوۡ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدٗا لَّٱصۡطَفَىٰ مِمَّا يَخۡلُقُ مَا يَشَآءُۚ سُبۡحَٰنَهُۥۖ هُوَ ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ ﴿4﴾

Allah övlad götürmək fik­rində ol­saydı, xəlq etdiklərin­dən hər hansı bi­ri­ni seçərdi. O, pak­dır, müqəd­dəs­dir. O, Tək olan, hər şe­yə Qalib gələn Allah­dır.

39:5

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۖ يُكَوِّرُ ٱلَّيۡلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيۡلِۖ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمًّىۗ أَلَا هُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفَّـٰرُ ﴿5﴾

O, göyləri və yeri haqq olaraq yaratmışdır. O, ge­cə­ni gün­düzə bürü­yür, gün­düzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxta­dək hərəkət edir. O, Qüdrət­lidir, Bağışlayandır.