quranm◉

Səhifə 471

Range
from 40:34 to 40:40
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

40:34

وَلَقَدۡ جَآءَكُمۡ يُوسُفُ مِن قَبۡلُ بِٱلۡبَيِّنَٰتِ فَمَا زِلۡتُمۡ فِي شَكّٖ مِّمَّا جَآءَكُم بِهِۦۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلۡتُمۡ لَن يَبۡعَثَ ٱللَّهُ مِنۢ بَعۡدِهِۦ رَسُولٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَنۡ هُوَ مُسۡرِفٞ مُّرۡتَابٌ ﴿34﴾

Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətir­dik­lə­rinə şəkk et­məkdə davam edirdiniz. Nə­­hayət, o, və­fat et­dik­də dedi­niz: “Allah ondan sonra elçi gön­dər­məyəcək!” Allah həd­di aşan, şübhə edən kimsəni beləcə az­ğınlığa salar.

40:35

ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡۖ كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلۡبِ مُتَكَبِّرٖ جَبَّارٖ ﴿35﴾

Özlərinə bir dəlil gəlmə­dən Alla­hın ayələri barəsində mü­ba­hisə edənlər həm Allah yanında, həm də iman gə­ti­rən­lərin ya­nın­da ancaq böyük bir nifrət artırır. Allah hər bir tə­kəbbürlü zülm­karın qəlbini be­lə möhürləyir.

40:36

وَقَالَ فِرۡعَوۡنُ يَٰهَٰمَٰنُ ٱبۡنِ لِي صَرۡحٗا لَّعَلِّيٓ أَبۡلُغُ ٱلۡأَسۡبَٰبَ ﴿36﴾

Firon dedi: “Ey Haman! Mənim üçün uca bir qüllə tik ki, bəl­kə yollara –

40:37

أَسۡبَٰبَ ٱلسَّمَٰوَٰتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُۥ كَٰذِبٗاۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرۡعَوۡنَ سُوٓءُ عَمَلِهِۦ وَصُدَّ عَنِ ٱلسَّبِيلِۚ وَمَا كَيۡدُ فِرۡعَوۡنَ إِلَّا فِي تَبَابٖ ﴿37﴾

göylərin yollarına çatım və Mu­sanın İlahını gö­rüm. Həqiqə­tən, mən Musanı yalançı sa­yı­ram!” Firona pis əməli belə­cə gö­zəl göstərildi və o, yol­dan çı­xarıldı. Fironun hiyləsi uğur­suz oldu.

40:38

وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ ٱتَّبِعُونِ أَهۡدِكُمۡ سَبِيلَ ٱلرَّشَادِ ﴿38﴾

O mömin kişi dedi: “Ey qöv­müm! Mənim ardımca gə­lin, si­zi doğru yola çıxardım.

40:39

يَٰقَوۡمِ إِنَّمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا مَتَٰعٞ وَإِنَّ ٱلۡأٓخِرَةَ هِيَ دَارُ ٱلۡقَرَارِ ﴿39﴾

Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, axi­rət isə qərar tutacağınız yurd­dur.

40:40

مَنۡ عَمِلَ سَيِّئَةٗ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَاۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَـٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ يُرۡزَقُونَ فِيهَا بِغَيۡرِ حِسَابٖ ﴿40﴾

Kim pis bir iş tutsa, o an­caq işi­nin həddi qədər cəza alar. Mö­min olmaqla bərabər, yaxşı iş görən kişilər və qa­dın­lar Cən­nə­tə daxil olub orada hesabsız ruziyə nail olarlar.