quranm◉

Səhifə 475

Range
from 40:67 to 40:77
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

40:67

هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ يُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡ ثُمَّ لِتَكُونُواْ شُيُوخٗاۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبۡلُۖ وَلِتَبۡلُغُوٓاْ أَجَلٗا مُّسَمّٗى وَلَعَلَّكُمۡ تَعۡقِلُونَ ﴿67﴾

Sizi torpaqdan, sonra nüt­fədən, sonra laxtalanmış qan­dan ya­ra­dan, son­ra sizi, bö­yü­yüb yetkinlik yaşına çatası­nız, daha son­ra da qocalasınız de­yə uşaq olaraq ana bətnin­dən çı­xardan Odur. Hər­çənd ki, içə­ri­nizdə qocalmamışdan əv­vəl ölən­lər də vardır. Bu ona görədir ki, müəy­yən olunmuş vaxta yeti­şəsiniz və bəlkə, dü­şü­nüb da­şınasınız.

40:68

هُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُۖ فَإِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ﴿68﴾

Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını is­tə­dik­də ona ancaq: “Ol”– de­yir, o da olur.

40:69

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ أَنَّىٰ يُصۡرَفُونَ ﴿69﴾

Allahın ayələri barə­sin­də müba­hisə edənləri görmür­sən­mi? Onlar necə də haqqa qar­şı dönük çıxırlar!

40:70

ٱلَّذِينَ كَذَّبُواْ بِٱلۡكِتَٰبِ وَبِمَآ أَرۡسَلۡنَا بِهِۦ رُسُلَنَاۖ فَسَوۡفَ يَعۡلَمُونَ ﴿70﴾

Onlar Kitabı və elçiləri­mizə gön­dərdiklərimizi yalan say­dı­lar. Onlar tezliklə bilə­cək­lər;

40:71

إِذِ ٱلۡأَغۡلَٰلُ فِيٓ أَعۡنَٰقِهِمۡ وَٱلسَّلَٰسِلُ يُسۡحَبُونَ ﴿71﴾

o zaman ki, boyunla­rın­da dəmir halqalar və zəncirlər ol­du­ğu halda sü­rüklənəcəklər –

40:72

فِي ٱلۡحَمِيمِ ثُمَّ فِي ٱلنَّارِ يُسۡجَرُونَ ﴿72﴾

qaynar suya tərəf; sonra odda yandırılacaqlar.

40:73

ثُمَّ قِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تُشۡرِكُونَ ﴿73﴾

Sonra da onlara deyilə­cək: “Haradadır şərik qoş­duq­la­rı­nız –

40:74

مِن دُونِ ٱللَّهِۖ قَالُواْ ضَلُّواْ عَنَّا بَل لَّمۡ نَكُن نَّدۡعُواْ مِن قَبۡلُ شَيۡـٔٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ ٱلۡكَٰفِرِينَ ﴿74﴾

Allahdan başqa ibadət et­diklə­ri­niz?” Onlar deyəcək­lər: “On­lar bizi qo­yub qaçdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət et­mir­dik!” Allah kafir­ləri belə­cə azğınlığa salar.

40:75

ذَٰلِكُم بِمَا كُنتُمۡ تَفۡرَحُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَبِمَا كُنتُمۡ تَمۡرَحُونَ ﴿75﴾

“Bu, sizin yer üzündə na­haq yerə sevinməyinizə və qür­rə­lən­məyi­nizə gö­rədir!

40:76

ٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ ﴿76﴾

İçində əbədi qalacağınız Cəhən­nəmin qapı­larına girin!” Tə­kəb­bürlü­lə­rin yeri necə də pisdir!

40:77

فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۚ فَإِمَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِلَيۡنَا يُرۡجَعُونَ ﴿77﴾

Səbir et! Həqiqətən, Alla­hın vədi haqdır. Ya onlara vəd et­di­yimi­zin bir qis­mini sənə gös­tərəcək, ya da daha öncə sənin ca­nı­nı alacağıq. Onlar axırda Bi­zə qaytarılacaqlar.