quranm◉

Səhifə 476

Range
from 40:78 to 40:85
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

40:78

وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ مِنۡهُم مَّن قَصَصۡنَا عَلَيۡكَ وَمِنۡهُم مَّن لَّمۡ نَقۡصُصۡ عَلَيۡكَۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأۡتِيَ بِـَٔايَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ فَإِذَا جَآءَ أَمۡرُ ٱللَّهِ قُضِيَ بِٱلۡحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلۡمُبۡطِلُونَ ﴿78﴾

Biz səndən əvvəl də el­çi­lər gön­dər­mişdik. Onlardan bə­ziləri haq­qında sənə danış­mış, bəziləri haqqında isə da­nış­ma­mışıq. Heç bir elçi Alla­hın izni olmadan hər hansı bir ayə gə­tirə bil­məzdi. Alla­hın əmri gəl­dikdə isə əda­lətlə hökm veri­lər və yalan da­nı­şan­lar orada ziyana uğrayarlar.

40:79

ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَنۡعَٰمَ لِتَرۡكَبُواْ مِنۡهَا وَمِنۡهَا تَأۡكُلُونَ ﴿79﴾

Bəzilərini minəsiniz, bə­zilərin­dən də yeyəsiniz deyə, hey­van­ları sizin üçün yaradan Allahdır.

40:80

وَلَكُمۡ فِيهَا مَنَٰفِعُ وَلِتَبۡلُغُواْ عَلَيۡهَا حَاجَةٗ فِي صُدُورِكُمۡ وَعَلَيۡهَا وَعَلَى ٱلۡفُلۡكِ تُحۡمَلُونَ ﴿80﴾

Siz onlardan başqa mən­fəətlər də əldə edirsiniz. Siz on­ları mi­nərək ürə­yi­nizdən ke­çən yerlərə gedib çatırsınız. Siz həm on­la­rın üstündə, həm də gə­mi­lərdə daşınırsınız.

40:81

وَيُرِيكُمۡ ءَايَٰتِهِۦ فَأَيَّ ءَايَٰتِ ٱللَّهِ تُنكِرُونَ ﴿81﴾

Allah sizə Öz möcü­zə­lə­rini göstə­rir. Allahın hansı də­lillə­rini in­kar edə bi­lər­si­niz?

40:82

أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَكۡثَرَ مِنۡهُمۡ وَأَشَدَّ قُوَّةٗ وَءَاثَارٗا فِي ٱلۡأَرۡضِ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ﴿82﴾

Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əv­vəl­ki­lərin aqi­bətinin necə ol­du­ğunu görmə­di­lərmi? Onlar bun­lardan say­ca daha çox, daha qüv­vətli idilər və yer üzündə daha çox iz qoy­muşdular. Mü­vəffəq olduqları on­lara bir fay­da vermədi.

40:83

فَلَمَّا جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَرِحُواْ بِمَا عِندَهُم مِّنَ ٱلۡعِلۡمِ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿83﴾

Elçiləri onlara açıq-ay­dın ayələr gətirdikdə, ancaq özlə­rin­də­ki biliyə se­vindilər və be­ləliklə də, onları istehza etdik­ləri şey əzab­la çulğaladı.

40:84

فَلَمَّا رَأَوۡاْ بَأۡسَنَا قَالُوٓاْ ءَامَنَّا بِٱللَّهِ وَحۡدَهُۥ وَكَفَرۡنَا بِمَا كُنَّا بِهِۦ مُشۡرِكِينَ ﴿84﴾

Onlar əzabımızı dad­dıq­da: “Biz tək Allaha iman gə­tir­dik və Ona şərik qoşduqla­rı­mı­zı inkar etdik!”– dedilər.

40:85

فَلَمۡ يَكُ يَنفَعُهُمۡ إِيمَٰنُهُمۡ لَمَّا رَأَوۡاْ بَأۡسَنَاۖ سُنَّتَ ٱللَّهِ ٱلَّتِي قَدۡ خَلَتۡ فِي عِبَادِهِۦۖ وَخَسِرَ هُنَالِكَ ٱلۡكَٰفِرُونَ ﴿85﴾

Lakin o zaman əzabı­mı­zı gördük­də iman gətirmələri on­lara heç bir fay­da vermədi. Bu, Allahın Öz qulları ba­rəsində əzəldən bə­ri qüvvədə olan qa­nu­nudur. Onda kafirlər ziyana uğra­dı­lar.