quranm◉

Səhifə 477

Range
from 41:1 to 41:11
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

41:1

حمٓ ﴿1﴾

Ha. Mim.

41:2

تَنزِيلٞ مِّنَ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ﴿2﴾

Bu, Mərhəmətli və Rəhm­li Allah tə­rə­findən nazil edil­miş,

41:3

كِتَٰبٞ فُصِّلَتۡ ءَايَٰتُهُۥ قُرۡءَانًا عَرَبِيّٗا لِّقَوۡمٖ يَعۡلَمُونَ ﴿3﴾

ayələri Quran olaraq ərəb­cə müfəs­səl izah edilmiş, an­la­ya bi­lən camaat üçün nəzərdə tu­tulmuş bir Kitabdır.

41:4

بَشِيرٗا وَنَذِيرٗا فَأَعۡرَضَ أَكۡثَرُهُمۡ فَهُمۡ لَا يَسۡمَعُونَ ﴿4﴾

O, həm müjdə verən, həm də xə­bər­dar edəndir. Lakin on­la­rın çoxu üz çe­virib söz eşit­məzlər.

41:5

وَقَالُواْ قُلُوبُنَا فِيٓ أَكِنَّةٖ مِّمَّا تَدۡعُونَآ إِلَيۡهِ وَفِيٓ ءَاذَانِنَا وَقۡرٞ وَمِنۢ بَيۡنِنَا وَبَيۡنِكَ حِجَابٞ فَٱعۡمَلۡ إِنَّنَا عَٰمِلُونَ ﴿5﴾

Onlar deyirlər: “Sənin bi­zi dəvət et­di­yinə qarşı qəlbi­miz qa­pa­lı­dır, qulaq­la­rımızda tıxac var, bizimlə sənin ara­na pər­də çə­kil­miş­dir. Sən işində ol, biz də öz işimizdə olacağıq!”

41:6

قُلۡ إِنَّمَآ أَنَا۠ بَشَرٞ مِّثۡلُكُمۡ يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞ فَٱسۡتَقِيمُوٓاْ إِلَيۡهِ وَٱسۡتَغۡفِرُوهُۗ وَوَيۡلٞ لِّلۡمُشۡرِكِينَ ﴿6﴾

De: “Mən də sizin kimi bir insa­nam. Mənə vəhy olunur ki, si­zin mə­bu­dunuz Tək olan İlah­dır. Ona tərəf doğ­ru yol tutun və On­dan bağış­lan­mağı­nızı di­ləyin. Vay müşriklərin halına!

41:7

ٱلَّذِينَ لَا يُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ ﴿7﴾

O kəslərin ki, zəkat ver­mir və axi­rəti inkar edirlər.

41:8

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونٖ ﴿8﴾

İman gətirib yaxşı əməl işlə­yən­lə­ri tükənməz nemətlər göz­lə­yir”.

41:9

قُلۡ أَئِنَّكُمۡ لَتَكۡفُرُونَ بِٱلَّذِي خَلَقَ ٱلۡأَرۡضَ فِي يَوۡمَيۡنِ وَتَجۡعَلُونَ لَهُۥٓ أَندَادٗاۚ ذَٰلِكَ رَبُّ ٱلۡعَٰلَمِينَ ﴿9﴾

De: “Doğrudanmı siz ye­ri iki gün­də yaradana küfr edir və büt­ləri Ona tay tu­tur­su­nuz? Axı O, aləmlərin Rəb­bi­dir.

41:10

وَجَعَلَ فِيهَا رَوَٰسِيَ مِن فَوۡقِهَا وَبَٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقۡوَٰتَهَا فِيٓ أَرۡبَعَةِ أَيَّامٖ سَوَآءٗ لِّلسَّآئِلِينَ ﴿10﴾

O, yerin üstündə möh­kəm duran dağlar yerləşdirdi, onu bə­rəkətli etdi və ruzi is­tə­yənlər üçün orada yer əhlinin ruzisini tam dörd gündə yer­bə­yer etdi.

41:11

ثُمَّ ٱسۡتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِيَ دُخَانٞ فَقَالَ لَهَا وَلِلۡأَرۡضِ ٱئۡتِيَا طَوۡعًا أَوۡ كَرۡهٗا قَالَتَآ أَتَيۡنَا طَآئِعِينَ ﴿11﴾

Sonra O, tüstü halında olan göyə tə­rəf yönəlib ona və yerə: “Kö­nüllü su­rət­də və ya məcburi olaraq gəlin əm­ri­mə bo­yun əyin!”– dedi. Onlar: “Kö­nül­lü ola­raq gəldik!”– dedilər.