quranm◉

Səhifə 478

Range
from 41:12 to 41:20
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

41:12

فَقَضَىٰهُنَّ سَبۡعَ سَمَٰوَاتٖ فِي يَوۡمَيۡنِ وَأَوۡحَىٰ فِي كُلِّ سَمَآءٍ أَمۡرَهَاۚ وَزَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِمَصَٰبِيحَ وَحِفۡظٗاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ ﴿12﴾

O, iki gündə onları yed­di göy kimi yaratdı və hər gö­yə onun özünə məx­sus vəzifə tap­şırdı. Biz dünya sə­masını qən­dillərlə bə­zə­dik və onu mühafi­zə­­mizə götürdük. Bu, Qüdrətli və Bilən Allahın əzə­li hökmü­dür.

41:13

فَإِنۡ أَعۡرَضُواْ فَقُلۡ أَنذَرۡتُكُمۡ صَٰعِقَةٗ مِّثۡلَ صَٰعِقَةِ عَادٖ وَثَمُودَ ﴿13﴾

Əgər üz döndərsələr, de: “Mən sizi Ad və Səmudu sa­ran il­dı­rıma bən­zər bir ildı­rı­mın sarsıda biləcə­yin­dən xə­bərdar edirəm”.

41:14

إِذۡ جَآءَتۡهُمُ ٱلرُّسُلُ مِنۢ بَيۡنِ أَيۡدِيهِمۡ وَمِنۡ خَلۡفِهِمۡ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَۖ قَالُواْ لَوۡ شَآءَ رَبُّنَا لَأَنزَلَ مَلَـٰٓئِكَةٗ فَإِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ ﴿14﴾

Onlara önlərindən və ar­xala­rın­dan: “Yalnız Allaha iba­dət edin!”– deyə əmr edən elçi­lər gəlmişdi. Onlar isə: “Əgər Rəb­bimiz is­təsəydi, mələklər en­di­rərdi. Biz sizinlə göndəri­lən­lə­rə inan­mı­rıq!”– demişdi­lər.

41:15

فَأَمَّا عَادٞ فَٱسۡتَكۡبَرُواْ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَقَالُواْ مَنۡ أَشَدُّ مِنَّا قُوَّةًۖ أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ ٱلَّذِي خَلَقَهُمۡ هُوَ أَشَدُّ مِنۡهُمۡ قُوَّةٗۖ وَكَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ ﴿15﴾

Ad xalqına gəlincə, on­lar yer üzün­də haqsızcasına tə­kəb­bür gös­tərib: “Bizdən daha qüv­vətli kim ola bilər?”– dedi­lər. Məgər on­ları yaradan Alla­hın onlardan daha qüvvətli ol­du­ğunu gör­mür­dü­lər­mi? Onlar ayələrimizi, sadə­cə, inkar edir­dilər.

41:16

فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا صَرۡصَرٗا فِيٓ أَيَّامٖ نَّحِسَاتٖ لِّنُذِيقَهُمۡ عَذَابَ ٱلۡخِزۡيِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَخۡزَىٰۖ وَهُمۡ لَا يُنصَرُونَ ﴿16﴾

Biz onlara dünya həya­tında rüs­vay­çılıq əzabını dad­dırmaq üçün uğur­suz gün­lər­də üstlərinə çox soyuq bir kü­lək göndərdik. Axi­rət əzabı isə daha rüs­vay­edicidir. Onlara kö­mək də edilməz.

41:17

وَأَمَّا ثَمُودُ فَهَدَيۡنَٰهُمۡ فَٱسۡتَحَبُّواْ ٱلۡعَمَىٰ عَلَى ٱلۡهُدَىٰ فَأَخَذَتۡهُمۡ صَٰعِقَةُ ٱلۡعَذَابِ ٱلۡهُونِ بِمَا كَانُواْ يَكۡسِبُونَ ﴿17﴾

Səmud xalqına gəldikdə isə, Biz on­lara doğru yol gös­tərdik, onlar isə korluğu doğ­ru yoldan üstün tutdular və onları qa­zan­dıq­la­rı günahlar üzün­dən alçaldıcı əzab ildırı­mı yaxa­ladı.

41:18

وَنَجَّيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ ﴿18﴾

İman gətirib Allahdan qor­xanları isə xilas etdik.

41:19

وَيَوۡمَ يُحۡشَرُ أَعۡدَآءُ ٱللَّهِ إِلَى ٱلنَّارِ فَهُمۡ يُوزَعُونَ ﴿19﴾

Allaha düşmən kəsilənlər Cəhən­nə­mə sürüklənib topla­na­caq­la­rı günə qə­dər bir yerdə saxlanacaqlar.

41:20

حَتَّىٰٓ إِذَا مَا جَآءُوهَا شَهِدَ عَلَيۡهِمۡ سَمۡعُهُمۡ وَأَبۡصَٰرُهُمۡ وَجُلُودُهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴿20﴾

Nəhayət, onlar oraya gəl­dikləri za­man qulaqları, göz­lə­ri və də­riləri et­dik­ləri əməllər ba­rəsində onların əley­hinə şa­hid­lik edə­cək­dir.