quranm◉

Səhifə 479

Range
from 41:21 to 41:29
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

41:21

وَقَالُواْ لِجُلُودِهِمۡ لِمَ شَهِدتُّمۡ عَلَيۡنَاۖ قَالُوٓاْ أَنطَقَنَا ٱللَّهُ ٱلَّذِيٓ أَنطَقَ كُلَّ شَيۡءٖۚ وَهُوَ خَلَقَكُمۡ أَوَّلَ مَرَّةٖ وَإِلَيۡهِ تُرۡجَعُونَ ﴿21﴾

Onlar öz dərilərinə: “Nə üçün əley­himizə şahidlik edir­si­niz?”– deyə­cək­lər. Dəriləri de­yəcək: “Hər şeyi da­nışdıran Allah bi­zi da­nışdırdı. Sizi ilk dəfə O ya­ratmışdır və siz axır­da Ona qay­ta­rı­la­caq­sınız”.

41:22

وَمَا كُنتُمۡ تَسۡتَتِرُونَ أَن يَشۡهَدَ عَلَيۡكُمۡ سَمۡعُكُمۡ وَلَآ أَبۡصَٰرُكُمۡ وَلَا جُلُودُكُمۡ وَلَٰكِن ظَنَنتُمۡ أَنَّ ٱللَّهَ لَا يَعۡلَمُ كَثِيرٗا مِّمَّا تَعۡمَلُونَ ﴿22﴾

Siz qulaqlarınızın, göz­lə­rinizin və dərilərinizin əley­hi­nizə şa­hid olma­sın­dan çəki­nib gizlənmirdiniz. Əksinə, elə zənn edirdi­niz ki, Allah sizin etdi­yi­niz əməllərin çoxunu bil­mir.

41:23

وَذَٰلِكُمۡ ظَنُّكُمُ ٱلَّذِي ظَنَنتُم بِرَبِّكُمۡ أَرۡدَىٰكُمۡ فَأَصۡبَحۡتُم مِّنَ ٱلۡخَٰسِرِينَ ﴿23﴾

Sizin öz Rəbbiniz barə­sində bu zən­niniz sizi məhv et­di və siz ziyan çə­kən­lərdən ol­dunuz.

41:24

فَإِن يَصۡبِرُواْ فَٱلنَّارُ مَثۡوٗى لَّهُمۡۖ وَإِن يَسۡتَعۡتِبُواْ فَمَا هُم مِّنَ ٱلۡمُعۡتَبِينَ ﴿24﴾

Əzaba dözsələr də, on­la­rın yeri od­dur. Onlar mərhə­mət di­lə­sə­lər də, on­lara mərhə­mət göstərilməz.

41:25

وَقَيَّضۡنَا لَهُمۡ قُرَنَآءَ فَزَيَّنُواْ لَهُم مَّا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَحَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِۖ إِنَّهُمۡ كَانُواْ خَٰسِرِينَ ﴿25﴾

Biz onlara fasiq dostlar qoşduq və bu dostlar onlara ön­də­ki­lə­ri­ni və ar­xa­dakılarını gö­zəl göstərdilər (dünyanı sev­di­rib, axirəti unut­durdular). On­lar­dan əvvəl gəlib-getmiş cin­lər­dən və insan­lar­dan olan üm­mət­lər barəsindəki Söz on­lar ba­rə­sində də gerçək ol­du. Hə­qi­qə­tən də, onlar ziyana uğra­dılar.

41:26

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَا تَسۡمَعُواْ لِهَٰذَا ٱلۡقُرۡءَانِ وَٱلۡغَوۡاْ فِيهِ لَعَلَّكُمۡ تَغۡلِبُونَ ﴿26﴾

Kafirlər: “Bu Qurana qu­laq as­ma­yın, o oxunarkən hay-küy sa­lın. Bəlkə, qa­lib gələsi­niz”– dedilər.

41:27

فَلَنُذِيقَنَّ ٱلَّذِينَ كَفَرُواْ عَذَابٗا شَدِيدٗا وَلَنَجۡزِيَنَّهُمۡ أَسۡوَأَ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ ﴿27﴾

Biz kafirlərə mütləq şid­dətli bir əzab daddıracaq və onları et­dikləri əməl­lə­rin ən pi­si ilə cəzalandıracağıq.

41:28

ذَٰلِكَ جَزَآءُ أَعۡدَآءِ ٱللَّهِ ٱلنَّارُۖ لَهُمۡ فِيهَا دَارُ ٱلۡخُلۡدِ جَزَآءَۢ بِمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ ﴿28﴾

Budur Allahın düşmən­lə­rinin cə­zası – Od! Ayələri­mi­zi in­kar etmələri üzün­dən ora­da onları, cəza yeri kimi, əbədi yurd göz­lə­yir.

41:29

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ رَبَّنَآ أَرِنَا ٱلَّذَيۡنِ أَضَلَّانَا مِنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ نَجۡعَلۡهُمَا تَحۡتَ أَقۡدَامِنَا لِيَكُونَا مِنَ ٱلۡأَسۡفَلِينَ ﴿29﴾

Kafirlər deyəcəklər: “Ey Rəb­bi­miz! Cinlərdən və insan­lar­dan bizi tov­layıb yoldan çı­xardanları bizə göstər ki, biz onları tap­da­ğımız altına salıb yerlə yeksan edək”.