quranm◉

Səhifə 483

Range
from 42:1 to 42:10
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

42:1

حمٓ ﴿1﴾

Ha. Mim.

42:2

عٓسٓقٓ ﴿2﴾

Ayn. Sin. Qaf.

42:3

كَذَٰلِكَ يُوحِيٓ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿3﴾

Qüdrətli və Müdrik olan Allah sə­nə və səndən əvvəl­ki­lərə be­lə vəhy edir.

42:4

لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ ﴿4﴾

Göylərdə və yerdə nə var­sa, Ona məxsusdur. O, Uca­dır, Ulu­dur.

42:5

تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِن فَوۡقِهِنَّۚ وَٱلۡمَلَـٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيَسۡتَغۡفِرُونَ لِمَن فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ﴿5﴾

Sanki göylərin bir-birinin üstün­dən çatlayıb yarılmasına az qa­lır. Mə­ləklər də Rəbbinə həmd ilə təriflər de­yir və yer­dəkilər üçün bağışlanma dilə­yirlər. Həqiqətən, Allah Bağış­layandır, Rəhm­lidir.

42:6

وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيۡهِمۡ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٖ ﴿6﴾

Allahdan başqası ilə dost­luq edən­lərə Allah Özü nəza­rət edir. Sən on­la­rın mühafizə­çisi deyilsən.

42:7

وَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ قُرۡءَانًا عَرَبِيّٗا لِّتُنذِرَ أُمَّ ٱلۡقُرَىٰ وَمَنۡ حَوۡلَهَا وَتُنذِرَ يَوۡمَ ٱلۡجَمۡعِ لَا رَيۡبَ فِيهِۚ فَرِيقٞ فِي ٱلۡجَنَّةِ وَفَرِيقٞ فِي ٱلسَّعِيرِ ﴿7﴾

Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası Məkkə əhli­ni və onun ət­ra­fındakıları xəbərdar edə­sən, üstəlik, ba­rə­sin­də heç bir şübhə do­ğur­mayan məhşər gününü yad­ları­na sala­san. İn­san­ların bir qismi Cənnətdə, digər qismi isə Od­da olacaq.

42:8

وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَهُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّـٰلِمُونَ مَا لَهُم مِّن وَلِيّٖ وَلَا نَصِيرٍ ﴿8﴾

Əgər Allah istəsəydi, on­ları vahid bir ümmət edərdi. Lakin O, istə­diyini Öz mər­hə­mətinə qovuşdurur. Zalım­la­rın isə nə bir hi­mayəçisi olar, nə də bir yardımçısı.

42:9

أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۖ فَٱللَّهُ هُوَ ٱلۡوَلِيُّ وَهُوَ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿9﴾

Onlar özlərinə Allahdan başqa hi­mayəçilər götürdülər. Hal­bu­ki, Hi­mayədar ancaq Allahdır. O, ölüləri di­rildir. O, hər şeyə qa­dirdir.

42:10

وَمَا ٱخۡتَلَفۡتُمۡ فِيهِ مِن شَيۡءٖ فَحُكۡمُهُۥٓ إِلَى ٱللَّهِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبِّي عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ أُنِيبُ ﴿10﴾

İxtilafa düşdüyünüz şey­lər barə­sində hökm vermək an­caq Alla­ha aid­dir. Bu, mənim Rəbbim olan Allahdır. Mən yal­nız Ona tə­vəkkül edir və yal­nız Ona üz tuturam.