quranm◉

Səhifə 484

Range
from 42:11 to 42:15
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

42:11

فَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَمِنَ ٱلۡأَنۡعَٰمِ أَزۡوَٰجٗا يَذۡرَؤُكُمۡ فِيهِۚ لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ﴿11﴾

Allah göyləri və yeri Ya­radandır. O sizin üçün özü­nüz­dən zöv­cələr, hey­vanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.

42:12

لَهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿12﴾

Göylərin və yerin açar­ları Ona məxsusdur. O, istədi­yinin ru­zisini bol edər, istədi­yininkini də azaldar. O, hər şeyi bilir.

42:13

شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحٗا وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ وَمَا وَصَّيۡنَا بِهِۦٓ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓۖ أَنۡ أَقِيمُواْ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُواْ فِيهِۚ كَبُرَ عَلَى ٱلۡمُشۡرِكِينَ مَا تَدۡعُوهُمۡ إِلَيۡهِۚ ٱللَّهُ يَجۡتَبِيٓ إِلَيۡهِ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَن يُنِيبُ ﴿13﴾

Allah Nuha tövsiyə et­di­yini, sə­nə vəhy etdiyimizi, İb­ra­hi­mə, Musa­ya və İsaya töv­si­yə etdiyimizi sizin üçün də din­də qa­nun etdi: “Dinə doğru-düz­gün etiqad edin və onda bölünüb firqə-fir­qə olma­yın!” Sənin dəvət etdiyin töv­hid müş­riklərə ağır gəldi. Allah istə­di­yi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yö­nəl­dər.

42:14

وَمَا تَفَرَّقُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى لَّقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُواْ ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِهِمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ ﴿14﴾

Onlara məhz elm gəl­dik­dən son­ra, öz aralarındakı pa­xıllıq uc­batından, ixtilafa düş­dülər. Əgər Rəbbindən, mü­əy­yən bir vax­ta­dək Söz verilmiş ol­ma­saydı, onların arasında ar­tıq hökm çı­xarıl­mış olardı. On­lardan sonra Kitaba varis olan­lar da onun barəsində an­laşıl­maz bir şübhə içindədirlər.

42:15

فَلِذَٰلِكَ فَٱدۡعُۖ وَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡۖ وَقُلۡ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَٰبٖۖ وَأُمِرۡتُ لِأَعۡدِلَ بَيۡنَكُمُۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمۡۖ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡۖ لَا حُجَّةَ بَيۡنَنَا وَبَيۡنَكُمُۖ ٱللَّهُ يَجۡمَعُ بَيۡنَنَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ ﴿15﴾

Buna görə də sən tövhidə dəvət et və sənə əmr olun­du­ğu ki­mi düz yolla get. Onların nəf­s­lərinin istəyinə uyma və de: “Mən Alla­hın nazil etdiyi Ki­ta­ba iman gətirdim. Mənə sizin aranızda əda­lətli olmaq əmr edilmişdir. Allah bizim də Rəb­bimiz, sizin də Rəb­biniz­dir. Bi­zim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aid­dir. Bizim­lə sizin aranızda müba­hisə edi­ləcək bir şey yoxdur. Allah ha­mımızı bir yerə top­layacaq. Dönüş də yalnız Onadır”.