quranm◉

Surə Ash-Shuraa 42:14

وَمَا تَفَرَّقُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى لَّقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُواْ ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِهِمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ ﴿١٤﴾

◉

Tərcümə

Onlara məhz elm gəl­dik­dən son­ra, öz aralarındakı pa­xıllıq uc­batından, ixtilafa düş­dülər. Əgər Rəbbindən, mü­əy­yən bir vax­ta­dək Söz verilmiş ol­ma­saydı, onların arasında ar­tıq hökm çı­xarıl­mış olardı. On­lardan sonra Kitaba varis olan­lar da onun barəsində an­laşıl­maz bir şübhə içindədirlər.
— Alikhan Musayev
Onlar yalnız özlərinə (tövhid haqqında) elm gəldikdən sonra aralarındakı ədavət (həsəd) üzündən ayrılığa düşdülər. Əgər (cəzanın) müəyyən bir vaxtadək (qiyamət gününə qədər tə’xirə salınması barədə) öncə Rəbbindən bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi (hamısı elə dünyada əzaba düçar edilər, bununla da iş, yə’qin ki bitmiş olardı). Onlardan sonra kitaba varis olanlar da (yəhudilər, xaçpərəstlər və ya özlərinə Qur’an göndərilmiş müşriklər də) onun (Qur’nın, peyğəmbər əleyhissəlamın) barəsində dərin (başqalarını da şübhəyə salan) bir şəkk içindədirlər.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞