quranm◉

Səhifə 500

Range
from 45:14 to 45:22
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

45:14

قُل لِّلَّذِينَ ءَامَنُواْ يَغۡفِرُواْ لِلَّذِينَ لَا يَرۡجُونَ أَيَّامَ ٱللَّهِ لِيَجۡزِيَ قَوۡمَۢا بِمَا كَانُواْ يَكۡسِبُونَ ﴿14﴾

İman gətirənlərə de ki, Allah, qa­zandıqları günahlara görə hər hansı bir tayfanın cə­zasını versin deyə, Allahın əzab günlərini göz­ləməyən­ləri ba­ğış­la­sın­lar.

45:15

مَنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۖ ثُمَّ إِلَىٰ رَبِّكُمۡ تُرۡجَعُونَ ﴿15﴾

Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zə­rə­ri öz əleyhinə olar. Son­ra siz Rəbbi­nizə qaytarılacaqsınız.

45:16

وَلَقَدۡ ءَاتَيۡنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱلۡكِتَٰبَ وَٱلۡحُكۡمَ وَٱلنُّبُوَّةَ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلۡنَٰهُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ ﴿16﴾

Biz İsrail oğullarına Ki­tab, hökm­ranlıq və peyğəm­bər­lik bəxş etmiş, on­lara pak ne­mətlərdən ruzi vermiş və on­la­rı aləmlərdən üs­tün etmiş­dik.

45:17

وَءَاتَيۡنَٰهُم بَيِّنَٰتٖ مِّنَ ٱلۡأَمۡرِۖ فَمَا ٱخۡتَلَفُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ﴿17﴾

Onlara dinə dair aydın dəlillər vermişdik. Amma elm on­la­ra gəldik­dən sonra ara­la­rın­dakı paxıllıq üzün­dən ix­ti­la­fa düş­dü­lər. Şübhəsiz ki, sə­nin Rəb­bin ixtilafa düşdükləri mə­sələ­lər ba­rə­sin­də Qiyamət gü­nü onların arasında hökm ve­rə­cək.

45:18

ثُمَّ جَعَلۡنَٰكَ عَلَىٰ شَرِيعَةٖ مِّنَ ٱلۡأَمۡرِ فَٱتَّبِعۡهَا وَلَا تَتَّبِعۡ أَهۡوَآءَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ ﴿18﴾

Sonra sənə də dində şə­riət yolu göstərdik. Sən ona ta­be ol və haqqı bil­məyənlərin is­təklərinə tabe olma!

45:19

إِنَّهُمۡ لَن يُغۡنُواْ عَنكَ مِنَ ٱللَّهِ شَيۡـٔٗاۚ وَإِنَّ ٱلظَّـٰلِمِينَ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۖ وَٱللَّهُ وَلِيُّ ٱلۡمُتَّقِينَ ﴿19﴾

Çünki onlar səni heç bir vəchlə Allahdan qurtara bil­məz­lər. Şüb­həsiz ki, zalımlar bir-bi­rinin himayədarı­dır­lar, Allah isə müt­tə­qilərin Himayə­da­rı­dır.

45:20

هَٰذَا بَصَـٰٓئِرُ لِلنَّاسِ وَهُدٗى وَرَحۡمَةٞ لِّقَوۡمٖ يُوقِنُونَ ﴿20﴾

Bu Quran insanlar üçün açıq-ay­dın bir dəlil, qəti ina­nanlar üçün isə doğru yol gös­təricisi və mər­hə­mətdir.

45:21

أَمۡ حَسِبَ ٱلَّذِينَ ٱجۡتَرَحُواْ ٱلسَّيِّـَٔاتِ أَن نَّجۡعَلَهُمۡ كَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ سَوَآءٗ مَّحۡيَاهُمۡ وَمَمَاتُهُمۡۚ سَآءَ مَا يَحۡكُمُونَ ﴿21﴾

Yoxsa günah qazananlar onları, həyatda olduğu kimi, ölüm­­lə­­rindən son­ra da iman gə­tirib yaxşı işlər gö­rən­lərlə eyni tuta­ca­ğı­mı­zı güman edir­lər? Nə pis mühakimə yürü­dür­lər!

45:22

وَخَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّ وَلِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ﴿22﴾

Allah göyləri və yeri əda­lətlə ya­ratmışdır ki, hər kəs qa­zan­dı­ğının əvə­zini alsın. Belə ki, onlara heç bir haq­sız­lıq edil­mə­yə­cək.