quranm◉

Səhifə 501

Range
from 45:23 to 45:32
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

45:23

أَفَرَءَيۡتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ وَأَضَلَّهُ ٱللَّهُ عَلَىٰ عِلۡمٖ وَخَتَمَ عَلَىٰ سَمۡعِهِۦ وَقَلۡبِهِۦ وَجَعَلَ عَلَىٰ بَصَرِهِۦ غِشَٰوَةٗ فَمَن يَهۡدِيهِ مِنۢ بَعۡدِ ٱللَّهِۚ أَفَلَا تَذَكَّرُونَ ﴿23﴾

Nəfsinin istəyini ilahi­ləş­dirən şəx­si gördünmü? Allah əzəli el­mi sayə­sində onu azğın­lığa saldı, qulağı­nı və qəlbini möhürlədi, gö­zünə də pərdə çəkdi. Allah­dan başqa kim onu doğru yola yö­nəl­də bilər? Mə­gər düşünüb anla­mırsınız?

45:24

وَقَالُواْ مَا هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا نَمُوتُ وَنَحۡيَا وَمَا يُهۡلِكُنَآ إِلَّا ٱلدَّهۡرُۚ وَمَا لَهُم بِذَٰلِكَ مِنۡ عِلۡمٍۖ إِنۡ هُمۡ إِلَّا يَظُنُّونَ ﴿24﴾

Onlar dedilər: “Həyat an­caq bi­zim dünya həyatımız­dır. Ki­mi­­miz ölür, ki­mi­miz də do­ğu­lur. Bizi öldürən ancaq za­man­dır”. Bu haq­da onların heç bir bili­yi yoxdur. Onlar an­caq zən­nə qapılır­lar.

45:25

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ مَّا كَانَ حُجَّتَهُمۡ إِلَّآ أَن قَالُواْ ٱئۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿25﴾

Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onla­rın də­li­li: “Əgər doğru deyirsi­nizsə, atalarımızı dirildib gəti­rin!”– de­mək­­dən başqa bir şey de­yi.

45:26

قُلِ ٱللَّهُ يُحۡيِيكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يَجۡمَعُكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿26﴾

De: “Allah sizə həyat ve­rir, sonra öldürür, sonra da si­zi gə­lə­cə­yinə heç bir şəkk-şübhə olmayan Qiyamət günü di­ril­dib bir yerə top­laya­caq­”. La­kin in­sanların çoxu bunu bil­mir.

45:27

وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يَوۡمَئِذٖ يَخۡسَرُ ٱلۡمُبۡطِلُونَ ﴿27﴾

Göylərin və yerin hök­m­ranlığı ancaq Allaha məx­sus­dur. O Sa­atın (Qiyamətin) gə­ləcəyi gün – məhz o gün yalan danı­şan­lar ziyana uğ­ra­ya­caq­lar.

45:28

وَتَرَىٰ كُلَّ أُمَّةٖ جَاثِيَةٗۚ كُلُّ أُمَّةٖ تُدۡعَىٰٓ إِلَىٰ كِتَٰبِهَا ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿28﴾

Sən həmin gün bütün mil­lətləri diz çökmüş görəcək­sən. Hər millət öz əməl kita­bına tə­rəf çağırılacaq. “Bu gün si­zə etdiyiniz əməl­lərin əvəzi veri­ləcək­!

45:29

هَٰذَا كِتَٰبُنَا يَنطِقُ عَلَيۡكُم بِٱلۡحَقِّۚ إِنَّا كُنَّا نَسۡتَنسِخُ مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿29﴾

Bu, Bizim sizin əley­hi­ni­zə həqi­qə­ti söyləyən kitabı­mız­dır. Şübhəsiz ki, Biz sizin et­di­yiniz əməlləri yazdırmışıq!”

45:30

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَيُدۡخِلُهُمۡ رَبُّهُمۡ فِي رَحۡمَتِهِۦۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡمُبِينُ ﴿30﴾

İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz mər­həmətinə qovuş­dura­caq. Bu, açıq-aşkar müvəf­­fə­qiyyətdir.

45:31

وَأَمَّا ٱلَّذِينَ كَفَرُوٓاْ أَفَلَمۡ تَكُنۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَٱسۡتَكۡبَرۡتُمۡ وَكُنتُمۡ قَوۡمٗا مُّجۡرِمِينَ ﴿31﴾

Kafir olanlara gəldikdə isə, onlara deyiləcək: “Məgər ayələ­rim sizə oxun­murdumu? Siz isə təkəbbür göstə­rir­di­niz və gü­nah­kar adamlar idiniz.

45:32

وَإِذَا قِيلَ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَٱلسَّاعَةُ لَا رَيۡبَ فِيهَا قُلۡتُم مَّا نَدۡرِي مَا ٱلسَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنّٗا وَمَا نَحۡنُ بِمُسۡتَيۡقِنِينَ ﴿32﴾

Sizə: “Allahın vədi haq­dır və o Saata (Qiyamətin qopacağına) heç bir şəkk-şüb­hə yox­dur!”– de­yildiyi za­man: “Biz o Saatın nə oldu­ğu­nu bil­mirik! Onun an­caq bir zənn ol­du­ğunu güman edirik. Biz buna əmin de­yilik!”– de­yir­di­niz”.