quranm◉

Səhifə 52

Range
from 3:16 to 3:22
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

3:16

ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ إِنَّنَآ ءَامَنَّا فَٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ ٱلنَّارِ ﴿16﴾

O kəslər ki, deyir­lər: “Ey Rəbbi­miz! Həqi­qətən, biz iman gə­tir­dik, bi­zim günah­larımızı ba­ğışla və bi­zi Od əzabından qo­ru!”

3:17

ٱلصَّـٰبِرِينَ وَٱلصَّـٰدِقِينَ وَٱلۡقَٰنِتِينَ وَٱلۡمُنفِقِينَ وَٱلۡمُسۡتَغۡفِرِينَ بِٱلۡأَسۡحَارِ ﴿17﴾

Onlar səbir edən, dürüst olan, müti olan, ma­lın­dan Allah yo­lun­da xərc­ləyən və sübh çağına yaxın Allahdan ba­ğışlanma dilə­yən kimsə­lərdir.

3:18

شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلۡمَلَـٰٓئِكَةُ وَأُوْلُواْ ٱلۡعِلۡمِ قَآئِمَۢا بِٱلۡقِسۡطِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿18﴾

Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa iba­dətə la­yiq olan məbud yoxdur. Mələklər və elm sahibləri də, buna şahid­lik et­mişlər. On­­dan başqa iba­dətə layiq olan mə­­bud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir.

3:19

إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلۡإِسۡلَٰمُۗ وَمَا ٱخۡتَلَفَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۗ وَمَن يَكۡفُرۡ بِـَٔايَٰتِ ٱللَّهِ فَإِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ ﴿19﴾

Həqiqətən, Allah yanın­da haqq din, İslam­dır! Kitab verilən­lər ancaq öz­lərinə elm gəl­­dikdən sonra ara­la­rın­dakı ədavət üzün­dən ixtilafa düş­dülər. Kim Alla­hın ayələrinə küfr edərsə, bil­sin ki, Allah tez haqq-hesab çəkəndir.

3:20

فَإِنۡ حَآجُّوكَ فَقُلۡ أَسۡلَمۡتُ وَجۡهِيَ لِلَّهِ وَمَنِ ٱتَّبَعَنِۗ وَقُل لِّلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡأُمِّيِّـۧنَ ءَأَسۡلَمۡتُمۡۚ فَإِنۡ أَسۡلَمُواْ فَقَدِ ٱهۡتَدَواْۖ وَّإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُۗ وَٱللَّهُ بَصِيرُۢ بِٱلۡعِبَادِ ﴿20﴾

Əgər onlar səninlə mü­ba­­hi­sə edər­lərsə, de: “Mən özü­mü Allaha təslim etdim. Mənə tabe olanlar da, həmçinin.” Ki­tab veri­lən­lə­rə və savadsızlara de: “Siz də, təslim oldu­nuz­mu?” Əgər təs­lim ol­salar, doğ­ru yola yönəlmiş olar­lar. Yox əgər üz döndərsə­lər, bil ki, sənin öh­də­nə düşən ancaq haqqı təbliğ et­məkdir. Allah qullarını görəndir.

3:21

إِنَّ ٱلَّذِينَ يَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقۡتُلُونَ ٱلنَّبِيِّـۧنَ بِغَيۡرِ حَقّٖ وَيَقۡتُلُونَ ٱلَّذِينَ يَأۡمُرُونَ بِٱلۡقِسۡطِ مِنَ ٱلنَّاسِ فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٍ ﴿21﴾

Allahın ayələrinə küfr edən­ləri, peyğəmbər­ləri haq­sız yerə öl­dürənləri və ədalətə ça­ğı­ran in­sanları qətlə yetirənləri ağrılı-acılı bir əzabla müjdələ!

3:22

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ ﴿22﴾

Onlar dün­ya­da da, axirətdə də, əməlləri puç olan kimsələr­dir. Onların yardımçıları da olmaz.