quranm◉

Səhifə 53

Range
from 3:23 to 3:29
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

3:23

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُواْ نَصِيبٗا مِّنَ ٱلۡكِتَٰبِ يُدۡعَوۡنَ إِلَىٰ كِتَٰبِ ٱللَّهِ لِيَحۡكُمَ بَيۡنَهُمۡ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٞ مِّنۡهُمۡ وَهُم مُّعۡرِضُونَ ﴿23﴾

Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? On­­lar, aralarında hökm etməsi üçün Allahın Kitabına də­vət olu­nur­lar. Sonra onlardan bir dəs­tə üz çe­vi­rib geri dön­ür.

3:24

ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامٗا مَّعۡدُودَٰتٖۖ وَغَرَّهُمۡ فِي دِينِهِم مَّا كَانُواْ يَفۡتَرُونَ ﴿24﴾

Bu, onların: “Od bizə an­caq bir neçə gün toxunar!”– de­mə­lə­rinə görə­dir. Onları uy­dur­duqları şeylər öz din­lərin­də al­da­dıb yoldan çıxartmışdır.

3:25

فَكَيۡفَ إِذَا جَمَعۡنَٰهُمۡ لِيَوۡمٖ لَّا رَيۡبَ فِيهِ وَوُفِّيَتۡ كُلُّ نَفۡسٖ مَّا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ﴿25﴾

Baş verəcəyinə şübhə edil­məyən bir gündə onları top­la­dığı­mız və hər kə­sə qazandı­ğı­nın əvəzi ödəniləcəyi, öz­lə­rinə də, heç bir haqsızlıq edil­məyə­cəyi zaman onların halı necə olacaq?

3:26

قُلِ ٱللَّهُمَّ مَٰلِكَ ٱلۡمُلۡكِ تُؤۡتِي ٱلۡمُلۡكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلۡمُلۡكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُۖ بِيَدِكَ ٱلۡخَيۡرُۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿26﴾

De: “Ey mülkün sahibi olan Alla­hım! Sən mülkü istədiyin kəsə ve­rir, istə­diyindən də, onu geri alırsan; istədiyin kim­səni ucaldır, istədiyini də, al­çaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Hə­qi­qə­tən, Sən hər şeyə qadirsən.

3:27

تُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَتُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِۖ وَتُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَتُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّۖ وَتَرۡزُقُ مَن تَشَآءُ بِغَيۡرِ حِسَابٖ ﴿27﴾

Sən gecəni gündüzə qatır, gün­düzü isə gecəyə qatır­san. Ölü­­dən diri çı­xarır, di­ri­dən isə ölü çıxarırsan. Sən is­tə­diyin kəsə he­sab­sız ruzi ve­rir­sən.”

3:28

لَّا يَتَّخِذِ ٱلۡمُؤۡمِنُونَ ٱلۡكَٰفِرِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۖ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ فَلَيۡسَ مِنَ ٱللَّهِ فِي شَيۡءٍ إِلَّآ أَن تَتَّقُواْ مِنۡهُمۡ تُقَىٰةٗۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفۡسَهُۥۗ وَإِلَى ٱللَّهِ ٱلۡمَصِيرُ ﴿28﴾

Möminlər möminləri qo­yub ka­firləri dost tutmasın­lar! Bu­nu edən kəs bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yox­dur. An­caq kafirlərdən gə­lə biləcək təh­lükədən çəkinməyiniz istisnadır. Allah si­zi Özün­dən çə­kin­dirir (Öz əzabı ilə qorxudur). Dönüş də ancaq Allaha­dır.

3:29

قُلۡ إِن تُخۡفُواْ مَا فِي صُدُورِكُمۡ أَوۡ تُبۡدُوهُ يَعۡلَمۡهُ ٱللَّهُۗ وَيَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿29﴾

De: “Kökslərinizdə ola­nı giz­lətsə­niz də, üzə çı­xar­sa­nız da, Allah onu bilir. O, göy­lərdə və yerdə olanları da bi­lir. Allah hər şe­yə qadirdir.”