quranm◉

Səhifə 520

Range
from 50:36 to 51:6
Surahs covered
Tərcümə
16 Tərcümə

◉

50:36

وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هُمۡ أَشَدُّ مِنۡهُم بَطۡشٗا فَنَقَّبُواْ فِي ٱلۡبِلَٰدِ هَلۡ مِن مَّحِيصٍ ﴿36﴾

Biz onlardan əvvəl özlə­rindən daha qüvvətli neçə-ne­çə nəsli məhv etdik. Onlar di­yarbədiyar gəzib dola­şır­dı­lar. Məgər əzab­dan qaçıb qurtara bil­dilərmi?”

50:37

إِنَّ فِي ذَٰلِكَ لَذِكۡرَىٰ لِمَن كَانَ لَهُۥ قَلۡبٌ أَوۡ أَلۡقَى ٱلسَّمۡعَ وَهُوَ شَهِيدٞ ﴿37﴾

Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qu­laq asan kimsə üçün ibrət var.

50:38

وَلَقَدۡ خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ وَمَا مَسَّنَا مِن لُّغُوبٖ ﴿38﴾

Biz göyləri, yeri və on­la­rın ara­sın­da olanları altı gün­də ya­rat­dıq və Bizə heç bir yor­ğun­luq üz vermədi.

50:39

فَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ قَبۡلَ طُلُوعِ ٱلشَّمۡسِ وَقَبۡلَ ٱلۡغُرُوبِ ﴿39﴾

Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əv­vəl və batma­mış­dan əvvəl Rəb­bini həmd ilə təriflə!

50:40

وَمِنَ ٱلَّيۡلِ فَسَبِّحۡهُ وَأَدۡبَٰرَ ٱلسُّجُودِ ﴿40﴾

Gecənin bir vaxtında və səc­də­lər­dən sonra Onun şə­ni­nə tə­rif­lər de!

50:41

وَٱسۡتَمِعۡ يَوۡمَ يُنَادِ ٱلۡمُنَادِ مِن مَّكَانٖ قَرِيبٖ ﴿41﴾

Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən ça­ğı­ra­caq.

50:42

يَوۡمَ يَسۡمَعُونَ ٱلصَّيۡحَةَ بِٱلۡحَقِّۚ ذَٰلِكَ يَوۡمُ ٱلۡخُرُوجِ ﴿42﴾

O gün onlar bu səsi ger­çəkdən eşidəcəklər. Bu, qəbir­lərdən çıx­ma günü­dür.

50:43

إِنَّا نَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَإِلَيۡنَا ٱلۡمَصِيرُ ﴿43﴾

Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bi­zədir.

50:44

يَوۡمَ تَشَقَّقُ ٱلۡأَرۡضُ عَنۡهُمۡ سِرَاعٗاۚ ذَٰلِكَ حَشۡرٌ عَلَيۡنَا يَسِيرٞ ﴿44﴾

O gün yer onlardan ötrü ya­rı­la­caq, onlar sürətlə carçıya doğ­ru çıxa­caq­lar. Beləcə, on­la­rı bir yerə yığmaq Bi­zim üçün asandır.

50:45

نَّحۡنُ أَعۡلَمُ بِمَا يَقُولُونَۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِجَبَّارٖۖ فَذَكِّرۡ بِٱلۡقُرۡءَانِ مَن يَخَافُ وَعِيدِ ﴿45﴾

Biz onların nə dediklə­rini yaxşı bi­lirik. Sən onları məc­bur edən deyilsən. Sən Mənim təhdidimdən qorxan­lara Quranla öyüd-nəsihət ver!

51:1

وَٱلذَّـٰرِيَٰتِ ذَرۡوٗا ﴿1﴾

And olsun toz-torpağı ət­ra­fa sə­pə­ləyənlərə!

51:2

فَٱلۡحَٰمِلَٰتِ وِقۡرٗا ﴿2﴾

And olsun yağmur yükü daşıyan­lara!

51:3

فَٱلۡجَٰرِيَٰتِ يُسۡرٗا ﴿3﴾

And olsun asanlıqla üzüb gedən­lərə!

51:4

فَٱلۡمُقَسِّمَٰتِ أَمۡرًا ﴿4﴾

And olsun işləri paylaş­dı­ranlara!

51:5

إِنَّمَا تُوعَدُونَ لَصَادِقٞ ﴿5﴾

Sizə vəd olunanlar həqi­qət­dir.

51:6

وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٞ ﴿6﴾

Haqq-hesab da, mütləq çə­­ki­lə­cək­dir.