وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ ﴿1﴾وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ
And olsun batmaqda olan ulduza!
وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ ﴿1﴾وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ
And olsun batmaqda olan ulduza!
مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ ﴿2﴾مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ
Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır.
وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ ﴿3﴾وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ
O, öz istəyi ilə danışmır.
إِنۡ هُوَ إِلَّا وَحۡيٞ يُوحَىٰ ﴿4﴾إِنۡ هُوَ إِلَّا وَحۡيٞ يُوحَىٰ
Bu, ona təlqin edilən bir vəhydir.
عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ ﴿5﴾عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ
Bunu ona çox qüvvətli olan öyrətdi –
ذُو مِرَّةٖ فَٱسۡتَوَىٰ ﴿6﴾ذُو مِرَّةٖ فَٱسۡتَوَىٰ
gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü.
وَهُوَ بِٱلۡأُفُقِ ٱلۡأَعۡلَىٰ ﴿7﴾وَهُوَ بِٱلۡأُفُقِ ٱلۡأَعۡلَىٰ
O, ən uca üfüqdə idi.
ثُمَّ دَنَا فَتَدَلَّىٰ ﴿8﴾ثُمَّ دَنَا فَتَدَلَّىٰ
Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi.
فَكَانَ قَابَ قَوۡسَيۡنِ أَوۡ أَدۡنَىٰ ﴿9﴾فَكَانَ قَابَ قَوۡسَيۡنِ أَوۡ أَدۡنَىٰ
O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi.
فَأَوۡحَىٰٓ إِلَىٰ عَبۡدِهِۦ مَآ أَوۡحَىٰ ﴿10﴾فَأَوۡحَىٰٓ إِلَىٰ عَبۡدِهِۦ مَآ أَوۡحَىٰ
Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi.
مَا كَذَبَ ٱلۡفُؤَادُ مَا رَأَىٰٓ ﴿11﴾مَا كَذَبَ ٱلۡفُؤَادُ مَا رَأَىٰٓ
Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı.
أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ ﴿12﴾أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ
İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?
وَلَقَدۡ رَءَاهُ نَزۡلَةً أُخۡرَىٰ ﴿13﴾وَلَقَدۡ رَءَاهُ نَزۡلَةً أُخۡرَىٰ
Onu bir daha öz sürətində enərkən gördü –
عِندَ سِدۡرَةِ ٱلۡمُنتَهَىٰ ﴿14﴾عِندَ سِدۡرَةِ ٱلۡمُنتَهَىٰ
son həddəki Sidr ağacının yanında.
عِندَهَا جَنَّةُ ٱلۡمَأۡوَىٰٓ ﴿15﴾عِندَهَا جَنَّةُ ٱلۡمَأۡوَىٰٓ
Məva bağı da onun yanındadır.
إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ ﴿16﴾إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ
O zaman Sidr ağacını bürüyən bürümüşdü.
مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ ﴿17﴾مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ
Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı.
لَقَدۡ رَأَىٰ مِنۡ ءَايَٰتِ رَبِّهِ ٱلۡكُبۡرَىٰٓ ﴿18﴾لَقَدۡ رَأَىٰ مِنۡ ءَايَٰتِ رَبِّهِ ٱلۡكُبۡرَىٰٓ
O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü.
أَفَرَءَيۡتُمُ ٱللَّـٰتَ وَٱلۡعُزَّىٰ ﴿19﴾أَفَرَءَيۡتُمُ ٱللَّـٰتَ وَٱلۡعُزَّىٰ
Siz tapındığınız Lat və Uzzanı gördünüzmü?
وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلۡأُخۡرَىٰٓ ﴿20﴾وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلۡأُخۡرَىٰٓ
Həmçinin üçüncü olan Mənatı da?
أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلۡأُنثَىٰ ﴿21﴾أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلۡأُنثَىٰ
Məgər oğlanlar sizin, qızlar Allahındırmı?
تِلۡكَ إِذٗا قِسۡمَةٞ ضِيزَىٰٓ ﴿22﴾تِلۡكَ إِذٗا قِسۡمَةٞ ضِيزَىٰٓ
Onda bu ədalətsiz bölgü olardı!
إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ ﴿23﴾إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ
Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyil. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir.
أَمۡ لِلۡإِنسَٰنِ مَا تَمَنَّىٰ ﴿24﴾أَمۡ لِلۡإِنسَٰنِ مَا تَمَنَّىٰ
Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır?
فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ ﴿25﴾فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ
Axirət də, dünya da Allahındır.
وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ ﴿26﴾۞وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ
Göylərdə neçə-neçə mələk var ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz.