quranm◉

Səhifə 54

Range
from 3:30 to 3:37
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

3:30

يَوۡمَ تَجِدُ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ مِنۡ خَيۡرٖ مُّحۡضَرٗا وَمَا عَمِلَتۡ مِن سُوٓءٖ تَوَدُّ لَوۡ أَنَّ بَيۡنَهَا وَبَيۡنَهُۥٓ أَمَدَۢا بَعِيدٗاۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفۡسَهُۥۗ وَٱللَّهُ رَءُوفُۢ بِٱلۡعِبَادِ ﴿30﴾

Hər kəs etdiyi yaxşı və pis əməllərini qarşı­sın­da ha­zır görə­cəyi gün, özü ilə pis əməl­lə­rinin arasında çox bö­yük mə­safə ol­ma­sını arzulaya­caq­dır. Allah sizi Özündən çə­kin­dirir (Öz əzabı ilə qorxudur). Allah qulla­rına qarşı çox şəfqət­­lidir.

3:31

قُلۡ إِن كُنتُمۡ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِي يُحۡبِبۡكُمُ ٱللَّهُ وَيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ﴿31﴾

De: “Əgər siz Allahı se­vir­sinizsə, mənim ardımca gə­lin ki, Allah da, sizi sevsin və günah­la­rı­nızı bağışlasın. Allah çox bağışla­yandır, rəhmlidir.”

3:32

قُلۡ أَطِيعُواْ ٱللَّهَ وَٱلرَّسُولَۖ فَإِن تَوَلَّوۡاْ فَإِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡكَٰفِرِينَ ﴿32﴾

De: “Allaha və Onun göndər­di­yi Rəsula itaət edin!” Əgər üz dön­dərsə­lər, bilsinlər ki, Allah, həqiqətən də, ka­firləri sevməz.

3:33

إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰٓ ءَادَمَ وَنُوحٗا وَءَالَ إِبۡرَٰهِيمَ وَءَالَ عِمۡرَٰنَ عَلَى ٱلۡعَٰلَمِينَ ﴿33﴾

Doğrusu, Allah Adəmi, Nuhu, İb­ra­­him nəs­lini və İm­ran ailəsini seçib aləm­lər­dən üstün et­di.

3:34

ذُرِّيَّةَۢ بَعۡضُهَا مِنۢ بَعۡضٖۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿34﴾

Onlar biri digərindən olan hənif bir nəsil idilər. Allah hər şeyi eşidən­dir, hər şeyi biləndir.

3:35

إِذۡ قَالَتِ ٱمۡرَأَتُ عِمۡرَٰنَ رَبِّ إِنِّي نَذَرۡتُ لَكَ مَا فِي بَطۡنِي مُحَرَّرٗا فَتَقَبَّلۡ مِنِّيٓۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿35﴾

Bir zaman İmranın zövcəsi demiş­di: “Ey Rəbbim! Mən bət­nim­dəkini Sə­nə xidmətçi bir qul olmaq üçün nəzir etdim. Bu nəziri mən­dən qə­bul et! Hə­qiqətən, Sən Eşidən­sən, Bi­lən­sən.”

3:36

فَلَمَّا وَضَعَتۡهَا قَالَتۡ رَبِّ إِنِّي وَضَعۡتُهَآ أُنثَىٰ وَٱللَّهُ أَعۡلَمُ بِمَا وَضَعَتۡ وَلَيۡسَ ٱلذَّكَرُ كَٱلۡأُنثَىٰۖ وَإِنِّي سَمَّيۡتُهَا مَرۡيَمَ وَإِنِّيٓ أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ ٱلشَّيۡطَٰنِ ٱلرَّجِيمِ ﴿36﴾

Nəhayət, bari-həmlini yerə qoyduğu zaman de­di: “Ey Rəb­bim! Mə­n qı­z doğdum” – halbuki, Allah onun nə doğ­duğunu yax­şı bi­lirdi, – “axı oğlan qız kimi de­yildir. Mən onun adını Mər­yəm qoy­dum, onu və onun nəs­lini lənətlənmiş şey­tandan qo­rumağı Sə­nə həvalə edi­rəm.”

3:37

فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٖ وَأَنۢبَتَهَا نَبَاتًا حَسَنٗا وَكَفَّلَهَا زَكَرِيَّاۖ كُلَّمَا دَخَلَ عَلَيۡهَا زَكَرِيَّا ٱلۡمِحۡرَابَ وَجَدَ عِندَهَا رِزۡقٗاۖ قَالَ يَٰمَرۡيَمُ أَنَّىٰ لَكِ هَٰذَاۖ قَالَتۡ هُوَ مِنۡ عِندِ ٱللَّهِۖ إِنَّ ٱللَّهَ يَرۡزُقُ مَن يَشَآءُ بِغَيۡرِ حِسَابٍ ﴿37﴾

Rəbbi Məryəmi gözəl tərzdə qə­bul et­di, onu gözəl bir bitki kimi yetişdirdi və ona baxmağı Zəkə­riy­yaya tapşırdı. Zəkə­riyya hər dəfə Məryəmin yanına mehraba daxil ol­duqda, onun ya­nında ruzi oldu­ğu­nu görərdi. Nəhayət, o: “Ey Mər­yəm! Bu, sə­nin üçün haradan­dır?”– deyə soruşduqda, Mər­yəm de­di: “Bu, Allah tərəfin­dən­dir! Şübhəsiz ki, Allah is­tədiyi kim­sə­yə hesab­sız ruzi verir.”