quranm◉

Səhifə 530

Range
from 54:28 to 54:49
Surahs covered
Tərcümə
22 Tərcümə

◉

54:28

وَنَبِّئۡهُمۡ أَنَّ ٱلۡمَآءَ قِسۡمَةُۢ بَيۡنَهُمۡۖ كُلُّ شِرۡبٖ مُّحۡتَضَرٞ ﴿28﴾

Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bö­lüş­dü­rül­müş­dür. Hər biri su iç­məyə öz növbəsində gəl­sin!”

54:29

فَنَادَوۡاْ صَاحِبَهُمۡ فَتَعَاطَىٰ فَعَقَرَ ﴿29﴾

Onlar öz yoldaşlarını ça­ğırdılar. O da dəvəni tutub diz və­tə­rini kəsdi.

54:30

فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ ﴿30﴾

Görəydin Mənim əzabım və qor­xutmağım necə oldu!

54:31

إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ صَيۡحَةٗ وَٰحِدَةٗ فَكَانُواْ كَهَشِيمِ ٱلۡمُحۡتَظِرِ ﴿31﴾

Həqiqətən, Biz onlara bir­cə tük­ür­pədici səs göndər­dik və on­lar mal-qara ağılında isti­fadə edilən quru saman ki­mi ol­dular.

54:32

وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ ﴿32﴾

Biz Quranı yada salmaq üçün asan­laşdırdıq. Amma heç bir ya­da sa­lan varmı?

54:33

كَذَّبَتۡ قَوۡمُ لُوطِۭ بِٱلنُّذُرِ ﴿33﴾

Lut qövmü də qorxudan peyğəmbərləri ya­lan saydı.

54:34

إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٖۖ نَّجَّيۡنَٰهُم بِسَحَرٖ ﴿34﴾

Biz onların üstünə qa­sır­ğa ilə birgə daşlar göndər­dik. Yalnız Lu­tun ailəsini sübh çağı xilas etdik –

54:35

نِّعۡمَةٗ مِّنۡ عِندِنَاۚ كَذَٰلِكَ نَجۡزِي مَن شَكَرَ ﴿35﴾

Özümüzdən bir mər­hə­mət ola­raq! Biz şükür edən­ləri belə mü­ka­fat­landırırıq.

54:36

وَلَقَدۡ أَنذَرَهُم بَطۡشَتَنَا فَتَمَارَوۡاْ بِٱلنُّذُرِ ﴿36﴾

Lut onları Bizim əza­bı­mızla hə­dələdi, onlar isə bu xə­bər­dar­lıq­la­ra şüb­hə ilə yanaş­dılar.

54:37

وَلَقَدۡ رَٰوَدُوهُ عَن ضَيۡفِهِۦ فَطَمَسۡنَآ أَعۡيُنَهُمۡ فَذُوقُواْ عَذَابِي وَنُذُرِ ﴿37﴾

Onlar Lutdan qonaqla­rı­nı israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əza­bımı və təhdidlərimi dadın!”

54:38

وَلَقَدۡ صَبَّحَهُم بُكۡرَةً عَذَابٞ مُّسۡتَقِرّٞ ﴿38﴾

Sübh tezdən onlara ya­xalarından əl çəkməyəcək bir əzab gəl­di.

54:39

فَذُوقُواْ عَذَابِي وَنُذُرِ ﴿39﴾

Elə isə əzabımı və təh­did­lərimi dadın!

54:40

وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ ﴿40﴾

Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı?

54:41

وَلَقَدۡ جَآءَ ءَالَ فِرۡعَوۡنَ ٱلنُّذُرُ ﴿41﴾

Xəbərdarlıqlar Firon nəs­linə də göndərildi.

54:42

كَذَّبُواْ بِـَٔايَٰتِنَا كُلِّهَا فَأَخَذۡنَٰهُمۡ أَخۡذَ عَزِيزٖ مُّقۡتَدِرٍ ﴿42﴾

Onlar dəlillərimizin ha­mısını ya­lan saydılar. Biz də onları qüv­vət və qüdrətimizə layiq şəkildə əzabla ya­xa­ladıq.

54:43

أَكُفَّارُكُمۡ خَيۡرٞ مِّنۡ أُوْلَـٰٓئِكُمۡ أَمۡ لَكُم بَرَآءَةٞ فِي ٱلزُّبُرِ ﴿43﴾

Sizin kafirləriniz onlar­dan yaxşı­dırmı? Yoxsa Kitab­larda si­zə toxu­nul­mazlıq vəd edilmişdir?

54:44

أَمۡ يَقُولُونَ نَحۡنُ جَمِيعٞ مُّنتَصِرٞ ﴿44﴾

Yoxsa onlar: “Biz qalib gə­ləcək bir dəstəyik!”– deyirlər?

54:45

سَيُهۡزَمُ ٱلۡجَمۡعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ ﴿45﴾

Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaça­caq.

54:46

بَلِ ٱلسَّاعَةُ مَوۡعِدُهُمۡ وَٱلسَّاعَةُ أَدۡهَىٰ وَأَمَرُّ ﴿46﴾

Xeyr! Onlara vəd edil­miş vaxt o Saatdır (Qiyamətdir). O Saat isə daha ağır, daha acı­dır.

54:47

إِنَّ ٱلۡمُجۡرِمِينَ فِي ضَلَٰلٖ وَسُعُرٖ ﴿47﴾

Şübhəsiz ki, günahkar­lar azğınlıq və əzab-əziyyət için­də­dir­lər.

54:48

يَوۡمَ يُسۡحَبُونَ فِي ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمۡ ذُوقُواْ مَسَّ سَقَرَ ﴿48﴾

O gün onlar üzüstə Cə­hənnəmə sürüklənəcək və on­la­ra: “Cə­hənnəmin təmasını da­dın!”– deyilə­cək.

54:49

إِنَّا كُلَّ شَيۡءٍ خَلَقۡنَٰهُ بِقَدَرٖ ﴿49﴾

Biz, həqiqətən də, hər şe­yi qədə­rincə yaratdıq.