quranm◉

Səhifə 545

Range
from 58:22 to 59:3
Surahs covered
Tərcümə
4 Tərcümə

◉

58:22

لَّا تَجِدُ قَوۡمٗا يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ يُوَآدُّونَ مَنۡ حَآدَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَوۡ كَانُوٓاْ ءَابَآءَهُمۡ أَوۡ أَبۡنَآءَهُمۡ أَوۡ إِخۡوَٰنَهُمۡ أَوۡ عَشِيرَتَهُمۡۚ أُوْلَـٰٓئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ ٱلۡإِيمَٰنَ وَأَيَّدَهُم بِرُوحٖ مِّنۡهُۖ وَيُدۡخِلُهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ رَضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ أُوْلَـٰٓئِكَ حِزۡبُ ٱللَّهِۚ أَلَآ إِنَّ حِزۡبَ ٱللَّهِ هُمُ ٱلۡمُفۡلِحُونَ ﴿22﴾

Allaha və Axirət günü­nə iman gətirən elə bir camaat tapa bil­məz­sən ki, onlar Alla­ha və Onun Rəsuluna düş­mən olan­larla – öz ata­ları, oğulları, qar­daşları, qohum-əqrəbaları ol­sa­lar belə – dost­luq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tə­rə­fin­dən bir ruhla dəstəkləmişdir. Allah onları ağac­ları altından çay­lar axan cən­nətlərə daxil edə­cək­. Onlar orada əbədi qala­caq­­lar. Allah onlardan razıdır, on­lar da Allahdan razıdırlar. On­lar Alla­­hın firqəsidirlər. Həqi­qə­tən, məhz Alla­hın firqəsi ni­cat ta­pan­lar­dır.

59:1

سَبَّحَ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿1﴾

Göylərdə və yerdə olan­la­rın ha­mısı Allahın şəninə tə­rif­lər de­yir. O, Qüdrət­lidir, Hikmət sahibidir.

59:2

هُوَ ٱلَّذِيٓ أَخۡرَجَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مِن دِيَٰرِهِمۡ لِأَوَّلِ ٱلۡحَشۡرِۚ مَا ظَنَنتُمۡ أَن يَخۡرُجُواْۖ وَظَنُّوٓاْ أَنَّهُم مَّانِعَتُهُمۡ حُصُونُهُم مِّنَ ٱللَّهِ فَأَتَىٰهُمُ ٱللَّهُ مِنۡ حَيۡثُ لَمۡ يَحۡتَسِبُواْۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ ٱلرُّعۡبَۚ يُخۡرِبُونَ بُيُوتَهُم بِأَيۡدِيهِمۡ وَأَيۡدِي ٱلۡمُؤۡمِنِينَ فَٱعۡتَبِرُواْ يَـٰٓأُوْلِي ٱلۡأَبۡصَٰرِ ﴿2﴾

Kitab əhlindən kafir olan­ları ilk dəfə toplayıb öz diya­rından çı­xardan Odur. Siz on­ların çıxacaqlarını güman et­mir­diniz. Onlar isə elə gü­man edir­di­lər ki, qalaları onları Allah­dan qo­ru­ya­caq. Allah isə on­ları gözləmə­dik­ləri yer­dən haq­layıb qəlblərinə qorxu sal­dı. On­lar ev­lərini həm öz əl­ləri, həm də möminlərin əlləri ilə da­ğı­dırdılar. İbrət götürün, ey ağıl sahibləri!

59:3

وَلَوۡلَآ أَن كَتَبَ ٱللَّهُ عَلَيۡهِمُ ٱلۡجَلَآءَ لَعَذَّبَهُمۡ فِي ٱلدُّنۡيَاۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابُ ٱلنَّارِ ﴿3﴾

Əgər Allah onlara sürgün hökmü­nü yazmamış olsaydı, on­la­ra dün­yada başqa əzab ve­rərdi. Axirətdə isə onlar üçün od əzabı ha­zırlanmışdır.