quranm◉

Səhifə 547

Range
from 59:10 to 59:16
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

59:10

وَٱلَّذِينَ جَآءُو مِنۢ بَعۡدِهِمۡ يَقُولُونَ رَبَّنَا ٱغۡفِرۡ لَنَا وَلِإِخۡوَٰنِنَا ٱلَّذِينَ سَبَقُونَا بِٱلۡإِيمَٰنِ وَلَا تَجۡعَلۡ فِي قُلُوبِنَا غِلّٗا لِّلَّذِينَ ءَامَنُواْ رَبَّنَآ إِنَّكَ رَءُوفٞ رَّحِيمٌ ﴿10﴾

Səhabələrdən sonra gə­lən­lər de­yir­lər: “Ey Rəbbimiz! Bi­zi və biz­dən əv­vəl iman gətir­miş qardaşlarımızı bağışla. Bi­zim qəl­bi­miz­də iman gəti­rən­lərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəb­bi­­miz! Hə­qi­qə­tən, Sən olduqca şəf­qətlisən, rəhm­lisən!”

59:11

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ نَافَقُواْ يَقُولُونَ لِإِخۡوَٰنِهِمُ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَئِنۡ أُخۡرِجۡتُمۡ لَنَخۡرُجَنَّ مَعَكُمۡ وَلَا نُطِيعُ فِيكُمۡ أَحَدًا أَبَدٗا وَإِن قُوتِلۡتُمۡ لَنَنصُرَنَّكُمۡ وَٱللَّهُ يَشۡهَدُ إِنَّهُمۡ لَكَٰذِبُونَ ﴿11﴾

Münafiqlərin, Kitab əh­lindən ka­fir olan qardaşlarına: “Əgər siz yur­du­nuzdan qovul­sanız, biz də sizinlə bir­likdə çı­xıb gedəcək və si­zə qarşı heç vaxt heç kəsə tabe olmaya­ca­ğıq. Əgər mü­səl­man­lar sizə qar­şı vuruşsalar, müt­ləq sizə kö­mək edəcəyik!”– de­dik­lə­ri­ni görmədinmi? Allah onların ya­lançı ol­duğuna şahiddir.

59:12

لَئِنۡ أُخۡرِجُواْ لَا يَخۡرُجُونَ مَعَهُمۡ وَلَئِن قُوتِلُواْ لَا يَنصُرُونَهُمۡ وَلَئِن نَّصَرُوهُمۡ لَيُوَلُّنَّ ٱلۡأَدۡبَٰرَ ثُمَّ لَا يُنصَرُونَ ﴿12﴾

Əgər onlar yurdlarından qovul­salar, münafiqlər onlarla birlik­də çıxıb get­məz, müsəl­manlar onlara qarşı vu­ruşsalar, onlara kö­mək­lik göstərməzlər. Əgər onlara yardım etmiş ol­salar, geri dö­nüb qaçar, sonra da onlara heç bir kömək edilməz.

59:13

لَأَنتُمۡ أَشَدُّ رَهۡبَةٗ فِي صُدُورِهِم مِّنَ ٱللَّهِۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَفۡقَهُونَ ﴿13﴾

Doğrusu, onlar ürəklə­rində Allah­dan çox sizdən qor­xurlar. Çün­ki onlar anla­mayan adamlardır.

59:14

لَا يُقَٰتِلُونَكُمۡ جَمِيعًا إِلَّا فِي قُرٗى مُّحَصَّنَةٍ أَوۡ مِن وَرَآءِ جُدُرِۭۚ بَأۡسُهُم بَيۡنَهُمۡ شَدِيدٞۚ تَحۡسَبُهُمۡ جَمِيعٗا وَقُلُوبُهُمۡ شَتَّىٰۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَعۡقِلُونَ ﴿14﴾

Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şə­hər­lər­də və ya divar arxasın­dan vuruşarlar. Onların öz ara­larındakı düş­mənçilik isə çox kəs­kindir. Sən onların həmrəy olduğunu gü­man edirsən, hal­buki onların qəlb­ləri dağınıq­dır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır.

59:15

كَمَثَلِ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ قَرِيبٗاۖ ذَاقُواْ وَبَالَ أَمۡرِهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿15﴾

Onlar özlərindən bir az əvvəl əməl­lərinin cəzasını dad­mış, öz­ləri üçün də ağrılı-acılı bir əzab hazırlanmış kim­sələrə bən­zə­yir­lər.

59:16

كَمَثَلِ ٱلشَّيۡطَٰنِ إِذۡ قَالَ لِلۡإِنسَٰنِ ٱكۡفُرۡ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيٓءٞ مِّنكَ إِنِّيٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلۡعَٰلَمِينَ ﴿16﴾

Münafiqlər şeytana bən­zəyirlər. Şeytan insana: “Kafir ol!”– de­yir. İnsan kafir olan ki­mi: “Mən səndən uzağam. Mən aləmlərin Rəb­bi olan Allah­dan qorxuram!”– deyir.