quranm◉

Səhifə 548

Range
from 59:17 to 59:24
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

59:17

فَكَانَ عَٰقِبَتَهُمَآ أَنَّهُمَا فِي ٱلنَّارِ خَٰلِدَيۡنِ فِيهَاۚ وَذَٰلِكَ جَزَـٰٓؤُاْ ٱلظَّـٰلِمِينَ ﴿17﴾

Onların hər ikisinin aqi­bəti atəş içində əbədi qalmaq­dır. Za­lım­la­rın cəzası budur.

59:18

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَلۡتَنظُرۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ لِغَدٖۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ﴿18﴾

Ey iman gətirənlər! Allah­dan qor­xun! Hər kəs sabahı üçün nə et­di­yinə baxsın. Allah­dan qorxun! Həqi­qə­tən, Allah nə et­dik­lə­ri­nizdən xəbər­dar­dır.

59:19

وَلَا تَكُونُواْ كَٱلَّذِينَ نَسُواْ ٱللَّهَ فَأَنسَىٰهُمۡ أَنفُسَهُمۡۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ ﴿19﴾

Allahı unudan, buna gö­rə də Alla­hın onları özlərinə unut­dur­duğu kəslər kimi ol­mayın! Onlar fasiqlərdir.

59:20

لَا يَسۡتَوِيٓ أَصۡحَٰبُ ٱلنَّارِ وَأَصۡحَٰبُ ٱلۡجَنَّةِۚ أَصۡحَٰبُ ٱلۡجَنَّةِ هُمُ ٱلۡفَآئِزُونَ ﴿20﴾

Cəhənnəm əhli ilə Cən­nət əhli eyni deyillər. Cənnət əhli uğur qaza­nan­lardır.

59:21

لَوۡ أَنزَلۡنَا هَٰذَا ٱلۡقُرۡءَانَ عَلَىٰ جَبَلٖ لَّرَأَيۡتَهُۥ خَٰشِعٗا مُّتَصَدِّعٗا مِّنۡ خَشۡيَةِ ٱللَّهِۚ وَتِلۡكَ ٱلۡأَمۡثَٰلُ نَضۡرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَفَكَّرُونَ ﴿21﴾

Əgər Biz bu Quranı da­ğa nazil etsəydik, sən onun Alla­hın qor­xusun­dan boyun əyib parça-parça olduğunu gö­rər­din. Biz bu mi­salları insanlar üçün çəkirik ki, bəlkə, fikir­lə­şələr.

59:22

هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَۖ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِۖ هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ ﴿22﴾

O, Özündən başqa heç bir mə­bud olmayan, qeybi və aşkarı Bi­lən Allah­dır. O, Mər­hə­mətlidir, Rəhmlidir.

59:23

هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡمَلِكُ ٱلۡقُدُّوسُ ٱلسَّلَٰمُ ٱلۡمُؤۡمِنُ ٱلۡمُهَيۡمِنُ ٱلۡعَزِيزُ ٱلۡجَبَّارُ ٱلۡمُتَكَبِّرُۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يُشۡرِكُونَ ﴿23﴾

O, Özündən başqa heç bir mə­bud olmayan, Hökm­ran, Mü­qəd­dəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşa­hidə edən, Qüdrətli, Qa­dir, Məğrur Allah­dır. Allah onların Ona şərik qoş­duq­la­rından uca­dır.

59:24

هُوَ ٱللَّهُ ٱلۡخَٰلِقُ ٱلۡبَارِئُ ٱلۡمُصَوِّرُۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰۚ يُسَبِّحُ لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿24﴾

O, Xaliq, yoxdan Yara­dan, Surət­verən Allahdır. Ən gözəl ad­lar yalnız Ona məx­sus­dur. Göylərdə və yerdə olan­la­rın hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Hikmət sahibidir.