quranm◉

Səhifə 549

Range
from 60:1 to 60:5
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

60:1

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ عَدُوِّي وَعَدُوَّكُمۡ أَوۡلِيَآءَ تُلۡقُونَ إِلَيۡهِم بِٱلۡمَوَدَّةِ وَقَدۡ كَفَرُواْ بِمَا جَآءَكُم مِّنَ ٱلۡحَقِّ يُخۡرِجُونَ ٱلرَّسُولَ وَإِيَّاكُمۡ أَن تُؤۡمِنُواْ بِٱللَّهِ رَبِّكُمۡ إِن كُنتُمۡ خَرَجۡتُمۡ جِهَٰدٗا فِي سَبِيلِي وَٱبۡتِغَآءَ مَرۡضَاتِيۚ تُسِرُّونَ إِلَيۡهِم بِٱلۡمَوَدَّةِ وَأَنَا۠ أَعۡلَمُ بِمَآ أَخۡفَيۡتُمۡ وَمَآ أَعۡلَنتُمۡۚ وَمَن يَفۡعَلۡهُ مِنكُمۡ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ﴿1﴾

Ey iman gətirənlər! Mə­nim düş­mənimi də, öz düşmə­ninizi də özü­nü­zə dost tutma­yın! Onlar sizə gələn hə­qi­qəti inkar et­dik­lə­ri halda, siz on­la­ra mehri­banlıq göstərib sirrini­zi açıb de­yir­siniz. Rəb­biniz olan Allaha iman gə­tir­diyiniz üçün onlar Peyğəmbəri və si­zi yur­du­nuzdan qovub çıxardırlar. Əgər siz Mə­nim yolumda və Mə­nim razılığı­mı qa­zanmaq uğrunda cihada çıxmısı­nızsa, onlara giz­lində mehri­ban­lıq gös­tərir­si­niz. Mən sizin gizli saxla­dığınızı da, aş­kar etdi­yi­nizi də bili­rəm. Sizlər­dən kim bunu etsə, doğru yol­­dan sap­mış olar.

60:2

إِن يَثۡقَفُوكُمۡ يَكُونُواْ لَكُمۡ أَعۡدَآءٗ وَيَبۡسُطُوٓاْ إِلَيۡكُمۡ أَيۡدِيَهُمۡ وَأَلۡسِنَتَهُم بِٱلسُّوٓءِ وَوَدُّواْ لَوۡ تَكۡفُرُونَ ﴿2﴾

Əgər onlar sizi ələ keçir­sələr, sizə düşmən kəsilər, əl­ləri və dil­ləri ilə sizə pislik edər və sizin kafir olmanızı istə­yər­lər.

60:3

لَن تَنفَعَكُمۡ أَرۡحَامُكُمۡ وَلَآ أَوۡلَٰدُكُمۡۚ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يَفۡصِلُ بَيۡنَكُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ﴿3﴾

Nə qohumlarınız, nə də övladla­rınız sizə bir fayda ve­rə bilər. Qi­­yamət günü Allah sizi bir-birinizdən ayıracaq­. Allah nə et­diklə­ri­nizi görür.

60:4

قَدۡ كَانَتۡ لَكُمۡ أُسۡوَةٌ حَسَنَةٞ فِيٓ إِبۡرَٰهِيمَ وَٱلَّذِينَ مَعَهُۥٓ إِذۡ قَالُواْ لِقَوۡمِهِمۡ إِنَّا بُرَءَـٰٓؤُاْ مِنكُمۡ وَمِمَّا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ كَفَرۡنَا بِكُمۡ وَبَدَا بَيۡنَنَا وَبَيۡنَكُمُ ٱلۡعَدَٰوَةُ وَٱلۡبَغۡضَآءُ أَبَدًا حَتَّىٰ تُؤۡمِنُواْ بِٱللَّهِ وَحۡدَهُۥٓ إِلَّا قَوۡلَ إِبۡرَٰهِيمَ لِأَبِيهِ لَأَسۡتَغۡفِرَنَّ لَكَ وَمَآ أَمۡلِكُ لَكَ مِنَ ٱللَّهِ مِن شَيۡءٖۖ رَّبَّنَا عَلَيۡكَ تَوَكَّلۡنَا وَإِلَيۡكَ أَنَبۡنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ ﴿4﴾

İbrahim və onunla bir­lik­də olan­lar­da sizin üçün gözəl bir nü­munə var­. Onlar öz qövmünə dedilər: “Həqi­qətən, biz siz­dən və sizin Allahdan başqa tapın­dığınız şeylərdən uzağıq. Biz si­zi inkar edi­rik. Siz bir olan Allaha iman gəti­rin­cəyə qədər bizimlə si­zin ara­nız­da daim ədavət və nifrət ola­caq­!” Yal­nız İbra­hi­min öz atasına: “Mən sənin üçün müt­ləq bağışlanma diləyə­cə­yəm. Fə­qət Allahdan sənə gələn əza­bı dəf edə bilmərəm!”– de­məsi is­tis­na­dır. Onlar dedilər: “Ey Rəbbimiz! Biz yalnız Sənə tə­vəkkül edir və yal­nız Sənə üz tutu­ruq. Dönüş də yalnız Sə­nədir.

60:5

رَبَّنَا لَا تَجۡعَلۡنَا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ وَٱغۡفِرۡ لَنَا رَبَّنَآۖ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿5﴾

Ey Rəbbimiz! Bizi kafir­lər üçün sınaq etmə. Ey Rəbbi­miz, bi­zi bağışla. Həqi­qətən, Sən Qüdrətlisən, Müd­rik­sən!”