quranm◉

Səhifə 55

Range
from 3:38 to 3:45
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

3:38

هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُۥۖ قَالَ رَبِّ هَبۡ لِي مِن لَّدُنكَ ذُرِّيَّةٗ طَيِّبَةًۖ إِنَّكَ سَمِيعُ ٱلدُّعَآءِ ﴿38﴾

Elə oradaca Zəkəriyya Rəb­­binə dua edib dedi: “Ey Rəb­bim! Öz tə­rəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən du­aları eşidənsən.”

3:39

فَنَادَتۡهُ ٱلۡمَلَـٰٓئِكَةُ وَهُوَ قَآئِمٞ يُصَلِّي فِي ٱلۡمِحۡرَابِ أَنَّ ٱللَّهَ يُبَشِّرُكَ بِيَحۡيَىٰ مُصَدِّقَۢا بِكَلِمَةٖ مِّنَ ٱللَّهِ وَسَيِّدٗا وَحَصُورٗا وَنَبِيّٗا مِّنَ ٱلصَّـٰلِحِينَ ﴿39﴾

Zəkəriyya mehrabda durub na­maz qılar­kən mələklər ona belə xitab etdilər: “Allah sə­ni, Allah tə­rəfindən olan Kəlməni təs­diq edən, qöv­mü­nün ağası, nəfsinə ha­kim və əməli­salehlərdən bir peyğəm­bər ola­caq Yəhya ilə müjdələyir.”

3:40

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَقَدۡ بَلَغَنِيَ ٱلۡكِبَرُ وَٱمۡرَأَتِي عَاقِرٞۖ قَالَ كَذَٰلِكَ ٱللَّهُ يَفۡعَلُ مَا يَشَآءُ ﴿40﴾

O dedi: “Ey Rəbbim! Qo­ca­lıq mə­ni haqladığı vaxt, zöv­cəm də, sonsuz ikən mənim ne­cə oğ­lum ola bilər?” Allah buyurdu: “Elədir, lakin Allah istədiyini edər.”

3:41

قَالَ رَبِّ ٱجۡعَل لِّيٓ ءَايَةٗۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَةَ أَيَّامٍ إِلَّا رَمۡزٗاۗ وَٱذۡكُر رَّبَّكَ كَثِيرٗا وَسَبِّحۡ بِٱلۡعَشِيِّ وَٱلۡإِبۡكَٰرِ ﴿41﴾

O dedi: “Ey Rəbbim! Mə­nim üçün bir əlamət təyin et.” Allah buyurdu: “Sənin əlamə­tin, üç gün, – işarə ilə danışmaq istisna ol­maqla, – insanlarla danış­mamağındır. Həmin vaxt­ Rəbbini çox yad et və səhər-ax­şam Onun şə­ninə təriflər de!”

3:42

وَإِذۡ قَالَتِ ٱلۡمَلَـٰٓئِكَةُ يَٰمَرۡيَمُ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰكِ وَطَهَّرَكِ وَٱصۡطَفَىٰكِ عَلَىٰ نِسَآءِ ٱلۡعَٰلَمِينَ ﴿42﴾

Bir zaman mələklər de­mişdilər: “Ey Məryəm, həqiqətən, Allah səni seçdi, tərtəmiz etdi və aləm­lərin qadınla­rından üstün etdi.

3:43

يَٰمَرۡيَمُ ٱقۡنُتِي لِرَبِّكِ وَٱسۡجُدِي وَٱرۡكَعِي مَعَ ٱلرَّـٰكِعِينَ ﴿43﴾

Ey Məryəm, Rəbbinə ita­ət et, səcdə qıl və rüku e­dən­lər­lə bir­­likdə rüku et!”

3:44

ذَٰلِكَ مِنۡ أَنۢبَآءِ ٱلۡغَيۡبِ نُوحِيهِ إِلَيۡكَۚ وَمَا كُنتَ لَدَيۡهِمۡ إِذۡ يُلۡقُونَ أَقۡلَٰمَهُمۡ أَيُّهُمۡ يَكۡفُلُ مَرۡيَمَ وَمَا كُنتَ لَدَيۡهِمۡ إِذۡ يَخۡتَصِمُونَ ﴿44﴾

Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərin­dən­dir. İsrail oğullarından hansı birinin Məryəmi himayə edə­cəyi ba­rədə qələm­lərini püşk at­dıq­la­rı za­man sən on­la­rın yanında de­yildin. Bir-biri­lərilə mübahisə et­dik­də də, sən onla­rın yanında de­yildin.

3:45

إِذۡ قَالَتِ ٱلۡمَلَـٰٓئِكَةُ يَٰمَرۡيَمُ إِنَّ ٱللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٖ مِّنۡهُ ٱسۡمُهُ ٱلۡمَسِيحُ عِيسَى ٱبۡنُ مَرۡيَمَ وَجِيهٗا فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَمِنَ ٱلۡمُقَرَّبِينَ ﴿45﴾

O zaman mələklər demişdi­lər: “Ey Məryəm, həqiqətən, Allah Öz tə­rəfindən bir kəlmə ilə səni müj­dələyir. Onun adı Mər­yəm oğlu İsa Məsihdir. O, həm bu dün­yada, həm də axi­rətdə şan-şöh­rətli və Alla­ha ya­xın­­ olanlardandır.