quranm◉

Səhifə 559

Range
from 65:6 to 65:12
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

65:6

أَسۡكِنُوهُنَّ مِنۡ حَيۡثُ سَكَنتُم مِّن وُجۡدِكُمۡ وَلَا تُضَآرُّوهُنَّ لِتُضَيِّقُواْ عَلَيۡهِنَّۚ وَإِن كُنَّ أُوْلَٰتِ حَمۡلٖ فَأَنفِقُواْ عَلَيۡهِنَّ حَتَّىٰ يَضَعۡنَ حَمۡلَهُنَّۚ فَإِنۡ أَرۡضَعۡنَ لَكُمۡ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ وَأۡتَمِرُواْ بَيۡنَكُم بِمَعۡرُوفٖۖ وَإِن تَعَاسَرۡتُمۡ فَسَتُرۡضِعُ لَهُۥٓ أُخۡرَىٰ ﴿6﴾

Onlara gözləmə müddət­ləri başa ça­tanadək imkanınız daxi­lində öz yaşadı­ğınız yerdə qal­mağa yer verin. Sıxışdır­maq məqsədilə on­la­ra zərər yetir­mə­yin. Əgər onlar hamilədir­lərsə, ha­milə­likdən azad ola­na qədər onlara malı­nızdan xərc­lə­yin. Sizin üçün uşaq əmiz­­di­rir­lərsə, onların haq­qını verin. Öz ara­nızda xoşluqla ra­zı­lı­ğa gə­lin. Bir-biri­nizi çətinliyə sal­sa­nız, uşağı əmiz­dir­məyi başqa bir qa­dı­na həvalə edin.

65:7

لِيُنفِقۡ ذُو سَعَةٖ مِّن سَعَتِهِۦۖ وَمَن قُدِرَ عَلَيۡهِ رِزۡقُهُۥ فَلۡيُنفِقۡ مِمَّآ ءَاتَىٰهُ ٱللَّهُۚ لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا مَآ ءَاتَىٰهَاۚ سَيَجۡعَلُ ٱللَّهُ بَعۡدَ عُسۡرٖ يُسۡرٗا ﴿7﴾

Var-dövlət sahibi öz va­rına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyin­dən xərcləsin. Allah heç kəsin üzərinə Özü­nün ona verdiyi ne­mətdən artıq yük qoymaz. Allah hər bir çə­tin­lik­dən sonra asanlıq verir.

65:8

وَكَأَيِّن مِّن قَرۡيَةٍ عَتَتۡ عَنۡ أَمۡرِ رَبِّهَا وَرُسُلِهِۦ فَحَاسَبۡنَٰهَا حِسَابٗا شَدِيدٗا وَعَذَّبۡنَٰهَا عَذَابٗا نُّكۡرٗا ﴿8﴾

Neçə-neçə məmləkətlər öz Rəbbi­nin və Onun elçilə­rinin əm­ri­nə asi oldu. Biz də onlarla sərt haqq-hesab çəkib on­ları dəhşətli əzab­lara düçar etdik.

65:9

فَذَاقَتۡ وَبَالَ أَمۡرِهَا وَكَانَ عَٰقِبَةُ أَمۡرِهَا خُسۡرًا ﴿9﴾

Onlar əməllərinin cəzası­nı daddı­lar və aqibətləri ziya­na uğ­ra­maq oldu.

65:10

أَعَدَّ ٱللَّهُ لَهُمۡ عَذَابٗا شَدِيدٗاۖ فَٱتَّقُواْ ٱللَّهَ يَـٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٱلَّذِينَ ءَامَنُواْۚ قَدۡ أَنزَلَ ٱللَّهُ إِلَيۡكُمۡ ذِكۡرٗا ﴿10﴾

Allah onlar üçün şiddət­li əzab hazırladı. Ey iman gə­tir­miş ağıl sahib­ləri, Allahdan qorxun! Allah sizə Zikr nazil etmiş

65:11

رَّسُولٗا يَتۡلُواْ عَلَيۡكُمۡ ءَايَٰتِ ٱللَّهِ مُبَيِّنَٰتٖ لِّيُخۡرِجَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ وَيَعۡمَلۡ صَٰلِحٗا يُدۡخِلۡهُ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ قَدۡ أَحۡسَنَ ٱللَّهُ لَهُۥ رِزۡقًا ﴿11﴾

və iman gətirib yaxşı iş­lər görən­ləri zülmətlərdən nu­ra çı­xart­maq üçün Allahın ay­dın ayələrini sizə oxuyan bir el­çi gön­dər­miş­dir. Hər kəs Allaha iman gətirib saleh əməl işləsə, Allah onu için­də əbədi qala­ca­ğı, ağacla­rı altından çay­lar axan cən­nətlərə da­xil edər. Allah ona gözəl ruzi nə­sib et­mişdir.

65:12

ٱللَّهُ ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ وَمِنَ ٱلۡأَرۡضِ مِثۡلَهُنَّۖ يَتَنَزَّلُ ٱلۡأَمۡرُ بَيۡنَهُنَّ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ وَأَنَّ ٱللَّهَ قَدۡ أَحَاطَ بِكُلِّ شَيۡءٍ عِلۡمَۢا ﴿12﴾

Yeddi göyü və yerdən də bir o qə­dərini yaradan Allah­dır. Vəhy onla­rın arasında ona görə nazil olur ki, Allahın hər şeyə qa­dir olduğunu və Alla­hın hər şeyi elmi ilə əhatə et­di­yini biləsiniz.