quranm◉

Səhifə 560

Range
from 66:1 to 66:7
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

66:1

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ لِمَ تُحَرِّمُ مَآ أَحَلَّ ٱللَّهُ لَكَۖ تَبۡتَغِي مَرۡضَاتَ أَزۡوَٰجِكَۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ﴿1﴾

Ey Peyğəmbər! Zövcə­lə­ri­ni razı salmağa çalışaraq Alla­hın sə­nə halal et­diyi şeyi nə üçün özünə qadağan edir­sən?! Allah Ba­ğış­la­yan­dır, Rəhm­li­dir.

66:2

قَدۡ فَرَضَ ٱللَّهُ لَكُمۡ تَحِلَّةَ أَيۡمَٰنِكُمۡۚ وَٱللَّهُ مَوۡلَىٰكُمۡۖ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ ﴿2﴾

Allah, andlarınızdan kəf­fa­rə ver­məklə azad olmağı siz­dən ötrü qanuni­ləşdirmişdir. Allah sizin himayə­da­rı­nızdır. O, Bi­ləndir, Hik­mət sahibidir.

66:3

وَإِذۡ أَسَرَّ ٱلنَّبِيُّ إِلَىٰ بَعۡضِ أَزۡوَٰجِهِۦ حَدِيثٗا فَلَمَّا نَبَّأَتۡ بِهِۦ وَأَظۡهَرَهُ ٱللَّهُ عَلَيۡهِ عَرَّفَ بَعۡضَهُۥ وَأَعۡرَضَ عَنۢ بَعۡضٖۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتۡ مَنۡ أَنۢبَأَكَ هَٰذَاۖ قَالَ نَبَّأَنِيَ ٱلۡعَلِيمُ ٱلۡخَبِيرُ ﴿3﴾

Bir zaman Peyğəmbər öz zövcə­lə­rindən birinə sirr ver­di. O da bu­nu onun digər zövcə­sinə xəbər verdikdə və Allah da bu­nu Pey­ğəm­bərə aşkar et­dik­də, o, bunun bir qismini sirr verdiyi zöv­cəsinə bil­dirdi, digər qis­mindən isə vaz keçdi. Pey­ğəm­bər bunu ona bildir­dik­də zöv­cəsi dedi: “Bunu sənə kim xə­bər verdi?” O dedi: “Bunu mə­nə hər şeyi Bilən, hər şeydən Xəbərdar olan Allah xəbər verdi!”

66:4

إِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدۡ صَغَتۡ قُلُوبُكُمَاۖ وَإِن تَظَٰهَرَا عَلَيۡهِ فَإِنَّ ٱللَّهَ هُوَ مَوۡلَىٰهُ وَجِبۡرِيلُ وَصَٰلِحُ ٱلۡمُؤۡمِنِينَۖ وَٱلۡمَلَـٰٓئِكَةُ بَعۡدَ ذَٰلِكَ ظَهِيرٌ ﴿4﴾

Əgər ikiniz də Allaha töv­bə etsə­niz, yaxşı olar. Çünki hər iki­ni­zin qəlbi günaha meyl et­mişdir. Əgər Peyğəmbərə qarşı bir-biri­ni­zə dəstək versə­niz, bi­lin ki, Allah, Cəb­rail və əməli­saleh möminlər onun dostu və yar­dım­çısıdır. Bunlar­dan baş­qa mə­lək­lər də onun yar­dımçı­la­rıdır.

66:5

عَسَىٰ رَبُّهُۥٓ إِن طَلَّقَكُنَّ أَن يُبۡدِلَهُۥٓ أَزۡوَٰجًا خَيۡرٗا مِّنكُنَّ مُسۡلِمَٰتٖ مُّؤۡمِنَٰتٖ قَٰنِتَٰتٖ تَـٰٓئِبَٰتٍ عَٰبِدَٰتٖ سَـٰٓئِحَٰتٖ ثَيِّبَٰتٖ وَأَبۡكَارٗا ﴿5﴾

Əgər o sizi boşasa, Rəbbi sizin əvə­zinizə ona sizdən da­ha yax­şı zöv­cələr – müsəlman, mö­min, itaətkar, tövbə edən, iba­dət edən, oruc tutan dul qa­dın­lar və bakirə qızlar verə bi­lər.

66:6

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ قُوٓاْ أَنفُسَكُمۡ وَأَهۡلِيكُمۡ نَارٗا وَقُودُهَا ٱلنَّاسُ وَٱلۡحِجَارَةُ عَلَيۡهَا مَلَـٰٓئِكَةٌ غِلَاظٞ شِدَادٞ لَّا يَعۡصُونَ ٱللَّهَ مَآ أَمَرَهُمۡ وَيَفۡعَلُونَ مَا يُؤۡمَرُونَ ﴿6﴾

Ey iman gətirənlər! Özü­nüzü və ailə­nizi yanacağı in­san­lar və daş­lar olan od­dan qoru­yun! Onun başı üs­tündə Alla­hın onlara ver­diyi əmrlərə heç vaxt asi olma­yan, özlərinə bu­yu­rulanları ye­ri­nə yetirən aman­sız və güclü mələklər var­.

66:7

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ كَفَرُواْ لَا تَعۡتَذِرُواْ ٱلۡيَوۡمَۖ إِنَّمَا تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿7﴾

Ey kafir olanlar! Bu gün üzr dilə­mə­yin. Siz ancaq etdi­yiniz əməl­lərin cəza­sını çəkə­cəksiniz!