quranm◉

Səhifə 562

Range
from 67:1 to 67:12
Surahs covered
Tərcümə
12 Tərcümə

◉

67:1

تَبَٰرَكَ ٱلَّذِي بِيَدِهِ ٱلۡمُلۡكُ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ﴿1﴾

Mülk Əlində Olan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır. O hər şe­yə qa­dir­dir.

67:2

ٱلَّذِي خَلَقَ ٱلۡمَوۡتَ وَٱلۡحَيَوٰةَ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلٗاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفُورُ ﴿2﴾

Əməl baxımından hansı­nızın daha yaxşı olduğunuzu sı­na­maq üçün ölümü və hə­ya­tı yaradan Odur. O, Qüdrət­li­dir, Ba­ğış­la­yan­dır.

67:3

ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗاۖ مَّا تَرَىٰ فِي خَلۡقِ ٱلرَّحۡمَٰنِ مِن تَفَٰوُتٖۖ فَٱرۡجِعِ ٱلۡبَصَرَ هَلۡ تَرَىٰ مِن فُطُورٖ ﴿3﴾

Yeddi göyü təbəqələr şək­lində qu­ran Odur. Sən Mər­hə­mətli Allahın ya­ratdı­ğın­da qə­tiyyən bir uyğunsuzluq tap­­maz­san. Bir ba­şı­nı qaldırıb göyə diq­qət ye­tir, heç onda bir çat görür­sənmi?

67:4

ثُمَّ ٱرۡجِعِ ٱلۡبَصَرَ كَرَّتَيۡنِ يَنقَلِبۡ إِلَيۡكَ ٱلۡبَصَرُ خَاسِئٗا وَهُوَ حَسِيرٞ ﴿4﴾

Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özü­nə tərəf dönə­cək.

67:5

وَلَقَدۡ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِمَصَٰبِيحَ وَجَعَلۡنَٰهَا رُجُومٗا لِّلشَّيَٰطِينِۖ وَأَعۡتَدۡنَا لَهُمۡ عَذَابَ ٱلسَّعِيرِ ﴿5﴾

Biz sizə yaxın olan göyü ulduz­larla bəzədik və onları şey­tan­la­ra atılan alov­lar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı ha­zırlamışıq.

67:6

وَلِلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡ عَذَابُ جَهَنَّمَۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ﴿6﴾

Rəbbinə qarşı çıxanlar Cə­hənnəm əzabına düçar olacaq­lar. Ora nə pis dö­nüş yeridir.

67:7

إِذَآ أُلۡقُواْ فِيهَا سَمِعُواْ لَهَا شَهِيقٗا وَهِيَ تَفُورُ ﴿7﴾

Onlar oraya atıldıqda onun dəh­şətli uğultuyla qay­na­dı­ğı­nı eşidə­cəklər.

67:8

تَكَادُ تَمَيَّزُ مِنَ ٱلۡغَيۡظِۖ كُلَّمَآ أُلۡقِيَ فِيهَا فَوۡجٞ سَأَلَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ نَذِيرٞ ﴿8﴾

Cəhənnəm, qəzəbindən az qala par­çalansın. Hər dəfə bir dəs­tə oraya atı­larkən Cəhənnə­min gözətçiləri onlardan soru­şa­caq­lar: “Mə­gər sizə xəbər­darlıq edən bir peyğəmbər gəl­məmişdi?”

67:9

قَالُواْ بَلَىٰ قَدۡ جَآءَنَا نَذِيرٞ فَكَذَّبۡنَا وَقُلۡنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا فِي ضَلَٰلٖ كَبِيرٖ ﴿9﴾

Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəl­miş­di. Amma biz onu ya­lan­çı sayıb: “Allah heç bir şey na­zil et­mə­yib, siz də ancaq bö­yük bir azğınlıq içindəsiniz”– demişdik.

67:10

وَقَالُواْ لَوۡ كُنَّا نَسۡمَعُ أَوۡ نَعۡقِلُ مَا كُنَّا فِيٓ أَصۡحَٰبِ ٱلسَّعِيرِ ﴿10﴾

Onlar deyəcəklər: “Əgər biz din­ləsəydik və ya anlasay­dıq alovlu od sa­kinlərinin içində olmazdıq!”

67:11

فَٱعۡتَرَفُواْ بِذَنۢبِهِمۡ فَسُحۡقٗا لِّأَصۡحَٰبِ ٱلسَّعِيرِ ﴿11﴾

Onlar öz günahlarını eti­raf edə­cəklər. Rədd olsun alov­lu od sa­kinləri!

67:12

إِنَّ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٞ ﴿12﴾

Həqiqətən, öz Rəbbin­dən Onu görmədikləri halda qor­xan­lar üçün ba­ğışlanma və böyük bir mükafat var.