quranm◉

Səhifə 561

Range
from 66:8 to 66:12
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

66:8

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ تُوبُوٓاْ إِلَى ٱللَّهِ تَوۡبَةٗ نَّصُوحًا عَسَىٰ رَبُّكُمۡ أَن يُكَفِّرَ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَيُدۡخِلَكُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ يَوۡمَ لَا يُخۡزِي ٱللَّهُ ٱلنَّبِيَّ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥۖ نُورُهُمۡ يَسۡعَىٰ بَيۡنَ أَيۡدِيهِمۡ وَبِأَيۡمَٰنِهِمۡ يَقُولُونَ رَبَّنَآ أَتۡمِمۡ لَنَا نُورَنَا وَٱغۡفِرۡ لَنَآۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿8﴾

Ey iman gətirənlər! Alla­ha səmimi olaraq tövbə edin. Ola bil­sin ki, Rəb­biniz günah­la­rı­nızdan keçsin və sizi, Allah o Pey­ğəm­bə­ri və onunla bir­lik­də iman gə­tirənləri utandır­ma­ya­cağı gün­də, ağacları al­tından çaylar axan cən­nətlərə daxil etsin. Onların nuru ön­lə­rin­dən və sağ tərəflərindən ət­rafa ya­yılacaq. On­lar de­yə­cək­lər: “Ey Rəb­bimiz! Nuru­mu­zu bi­zim üçün tamamla və bi­zi ba­ğışla. Həqiqə­tən, Sən hər şeyə qadirsən!”

66:9

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ جَٰهِدِ ٱلۡكُفَّارَ وَٱلۡمُنَٰفِقِينَ وَٱغۡلُظۡ عَلَيۡهِمۡۚ وَمَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ﴿9﴾

Ey Peyğəmbər! Kafirlərə və mü­nafiqlərə qarşı vuruş! On­larla sərt dav­ran! Onların gedəcəkləri yer Cəhənnəm­dir. Ora necə də pis dö­nüş yeridir!

66:10

ضَرَبَ ٱللَّهُ مَثَلٗا لِّلَّذِينَ كَفَرُواْ ٱمۡرَأَتَ نُوحٖ وَٱمۡرَأَتَ لُوطٖۖ كَانَتَا تَحۡتَ عَبۡدَيۡنِ مِنۡ عِبَادِنَا صَٰلِحَيۡنِ فَخَانَتَاهُمَا فَلَمۡ يُغۡنِيَا عَنۡهُمَا مِنَ ٱللَّهِ شَيۡـٔٗا وَقِيلَ ٱدۡخُلَا ٱلنَّارَ مَعَ ٱلدَّـٰخِلِينَ ﴿10﴾

Allah kafirlərə Nuhun ar­vadı ilə Lutun arvadını misal çək­di. Onlar Bi­zim əməlisaleh qullarımızdan iki qulun ni­kahı altında idi­lər. Onlar ərlərinə xə­yanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bil­mədilər. Onlara: “Girənlərlə birgə ikiniz də oda gi­rin!”– de­yildi.

66:11

وَضَرَبَ ٱللَّهُ مَثَلٗا لِّلَّذِينَ ءَامَنُواْ ٱمۡرَأَتَ فِرۡعَوۡنَ إِذۡ قَالَتۡ رَبِّ ٱبۡنِ لِي عِندَكَ بَيۡتٗا فِي ٱلۡجَنَّةِ وَنَجِّنِي مِن فِرۡعَوۡنَ وَعَمَلِهِۦ وَنَجِّنِي مِنَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ ﴿11﴾

Allah iman gətirənlərə isə Firo­nun zövcəsini misal çək­di. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cən­nətdə bir ev tik. Mə­ni Firondan və onun əmə­lindən xilas et. Məni zalım adam­lar­dan qurtar!”– de­mişdi.

66:12

وَمَرۡيَمَ ٱبۡنَتَ عِمۡرَٰنَ ٱلَّتِيٓ أَحۡصَنَتۡ فَرۡجَهَا فَنَفَخۡنَا فِيهِ مِن رُّوحِنَا وَصَدَّقَتۡ بِكَلِمَٰتِ رَبِّهَا وَكُتُبِهِۦ وَكَانَتۡ مِنَ ٱلۡقَٰنِتِينَ ﴿12﴾

Həmçinin ismətini qoru­yan İm­ran qızı Məryəmi də mi­sal çək­di. Biz ona Öz ruhu­muz­dan (Cəbrail vasitəsilə) üfür­dük. O, Rəbbinin Söz­lərini və Onun Kitablarını təs­diq et­di və itaət edənlərdən ol­du.