quranm◉

Səhifə 564

Range
from 67:27 to 68:15
Surahs covered
Tərcümə
19 Tərcümə

◉

67:27

فَلَمَّا رَأَوۡهُ زُلۡفَةٗ سِيٓـَٔتۡ وُجُوهُ ٱلَّذِينَ كَفَرُواْ وَقِيلَ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَدَّعُونَ ﴿27﴾

Kafirlər əzabın yaxın ol­duğunu gördükdə üzləri eybə­cər gör­kəm ala­caq və on­lara: “Sizin durmadan istədi­yiniz əzab bax bu­dur!”– deyilə­cək.

67:28

قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَهۡلَكَنِيَ ٱللَّهُ وَمَن مَّعِيَ أَوۡ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلۡكَٰفِرِينَ مِنۡ عَذَابٍ أَلِيمٖ ﴿28﴾

De: “Deyin görüm, əgər Allah məni və mənimlə bir­lik­də olan­ları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, bəs siz ka­fir­lə­ri ağrılı-acılı əzab­dan kim qurtara bilər?”

67:29

قُلۡ هُوَ ٱلرَّحۡمَٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيۡهِ تَوَكَّلۡنَاۖ فَسَتَعۡلَمُونَ مَنۡ هُوَ فِي ضَلَٰلٖ مُّبِينٖ ﴿29﴾

De: “O, Mərhəmətli Allah­dır! Biz Ona iman gətirib, Ona tə­vək­kül etmi­şik. Ki­min tam az­ğınlıq içində olduğu­nu tez­liklə bilə­cək­siniz.

67:30

قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَصۡبَحَ مَآؤُكُمۡ غَوۡرٗا فَمَن يَأۡتِيكُم بِمَآءٖ مَّعِينِۭ ﴿30﴾

De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allah­dan başqa kim sizə axar su gətirə bilər?”

68:1

نٓۚ وَٱلۡقَلَمِ وَمَا يَسۡطُرُونَ ﴿1﴾

Nun. And olsun qələmə və qələ­mə alınanlara!

68:2

مَآ أَنتَ بِنِعۡمَةِ رَبِّكَ بِمَجۡنُونٖ ﴿2﴾

Məhz Rəbbinin mərhə­mə­ti sayəsində sən dəli deyilsən.

68:3

وَإِنَّ لَكَ لَأَجۡرًا غَيۡرَ مَمۡنُونٖ ﴿3﴾

Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazır­lan­mış­dır.

68:4

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٖ ﴿4﴾

Həqiqətən də, sən böyük əxlaq sa­hibisən!

68:5

فَسَتُبۡصِرُ وَيُبۡصِرُونَ ﴿5﴾

Sən də görəcəksən, onlar da –

68:6

بِأَييِّكُمُ ٱلۡمَفۡتُونُ ﴿6﴾

hansınızın dəli olduğunu.

68:7

إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ﴿7﴾

Şübhəsiz ki, Rəbbin Onun yolun­dan azanları və haqq yol­da olan­ları daha yaxşı tanıyır.

68:8

فَلَا تُطِعِ ٱلۡمُكَذِّبِينَ ﴿8﴾

Elə isə haqqı yalan sayan­lara gü­zəştə getmə.

68:9

وَدُّواْ لَوۡ تُدۡهِنُ فَيُدۡهِنُونَ ﴿9﴾

Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə gü­zəşt et­sinlər.

68:10

وَلَا تُطِعۡ كُلَّ حَلَّافٖ مَّهِينٍ ﴿10﴾

İtaət etmə hər tez-tez and içənə, alçağa,

68:11

هَمَّازٖ مَّشَّآءِۭ بِنَمِيمٖ ﴿11﴾

qeybət edənə, dedi-qo­du yayana,

68:12

مَّنَّاعٖ لِّلۡخَيۡرِ مُعۡتَدٍ أَثِيمٍ ﴿12﴾

xeyrə mane olana, həddi aşana, günahkara,

68:13

عُتُلِّۭ بَعۡدَ ذَٰلِكَ زَنِيمٍ ﴿13﴾

daş ürəkliyə, bunlardan sonra da başqasının adını mə­nim­sə­yən fırıl­daq­çıya –

68:14

أَن كَانَ ذَا مَالٖ وَبَنِينَ ﴿14﴾

o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə.

68:15

إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ﴿15﴾

Ayələrimiz ona oxun­du­ğu za­man: “Bu, keçmişdəki­lə­rin əsa­tirlərin­dən­dir!”– deyər.