quranm◉

Səhifə 566

Range
from 68:43 to 69:8
Surahs covered
Tərcümə
18 Tərcümə

◉

68:43

خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٞۖ وَقَدۡ كَانُواْ يُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ وَهُمۡ سَٰلِمُونَ ﴿43﴾

onların baxışları yazıq görkəm alacaq­, özlərini də zi­llət bü­rü­yəcək­. Hərçənd ki, onlar dünyada ikən sağ-sala­mat halda səc­də qılmağa dəvət olu­nurdular.

68:44

فَذَرۡنِي وَمَن يُكَذِّبُ بِهَٰذَا ٱلۡحَدِيثِۖ سَنَسۡتَدۡرِجُهُم مِّنۡ حَيۡثُ لَا يَعۡلَمُونَ ﴿44﴾

Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz on­ları bil­mədikləri bir yöndən tədricən əzaba sü­rüklə­yirik.

68:45

وَأُمۡلِي لَهُمۡۚ إِنَّ كَيۡدِي مَتِينٌ ﴿45﴾

Hələlik Mən onlara möh­lət veri­rəm. Şübhəsiz ki, Mə­nim ka­fir­lər üçün qurduğum hiyləm çox güclüdür.

68:46

أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ ﴿46﴾

Yoxsa sən onlardan bir muzd is­təyirsən və onlar da ağır bir borca dü­şüblər?

68:47

أَمۡ عِندَهُمُ ٱلۡغَيۡبُ فَهُمۡ يَكۡتُبُونَ ﴿47﴾

Yoxsa qeyb onların əlin­dədir və onlar da ona baxıb is­tə­dik­lə­ri­ni yazırlar?

68:48

فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلۡحُوتِ إِذۡ نَادَىٰ وَهُوَ مَكۡظُومٞ ﴿48﴾

Sən öz Rəbbinin hök­mü­nə səbir et və balıq sahibi Yu­nus ki­mi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi.

68:49

لَّوۡلَآ أَن تَدَٰرَكَهُۥ نِعۡمَةٞ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلۡعَرَآءِ وَهُوَ مَذۡمُومٞ ﴿49﴾

Əgər Rəbbinin mərhə­məti ona yetişməsəydi, o, qı­nan­mış hal­da heç bir bitki bit­məyən boş yerə atılacaqdı.

68:50

فَٱجۡتَبَٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّـٰلِحِينَ ﴿50﴾

Lakin Rəbbi onu seçib əməlisa­lehlərdən etdi.

68:51

وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُواْ لَيُزۡلِقُونَكَ بِأَبۡصَٰرِهِمۡ لَمَّا سَمِعُواْ ٱلذِّكۡرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجۡنُونٞ ﴿51﴾

Həqiqətən, kafirlər bu Zik­ri eşit­dikləri zaman öz ba­xış­la­rı ilə az qala səni gözə gəti­rə­lər. Onlar çarəsizlikdən: “O, də­lidir!”– de­yirlər.

68:52

وَمَا هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ ﴿52﴾

Halbuki bu Quran aləm­lər üçün öyüd-nəsihətdən baş­qa bir şey deyil.

69:1

ٱلۡحَآقَّةُ ﴿1﴾

Haqq olan Qiyamət!

69:2

مَا ٱلۡحَآقَّةُ ﴿2﴾

Nədir haqq olan Qiya­mət?

69:3

وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ ﴿3﴾

Sən nə biləsən ki, nədir haqq olan Qiyamət?

69:4

كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ ﴿4﴾

Səmud və Ad tayfaları qəl­bləri qor­xuya salan Qiya­məti ya­lan say­dılar.

69:5

فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ ﴿5﴾

Səmud tayfası qorxunc bir səslə məhv edildi.

69:6

وَأَمَّا عَادٞ فَأُهۡلِكُواْ بِرِيحٖ صَرۡصَرٍ عَاتِيَةٖ ﴿6﴾

Ad tayfası isə hədsiz so­yuq və şid­dətli küləklə yox edildi.

69:7

سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٖ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومٗاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٖ ﴿7﴾

Allah onu yeddi gecə, sək­kiz gün fasilə vermədən onla­rın üs­tün­də əsdir­di. Sən orada olsaydın, o tayfanı xurma ağa­cının yıxılmış çü­rük gövdələri kimi yerə sərilmiş görər­din.

69:8

فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٖ ﴿8﴾

Sən onlardan qalan bir kim­səyə heç rast gəlmisənmi?