quranm◉

Səhifə 567

Range
from 69:9 to 69:34
Surahs covered
Tərcümə
26 Tərcümə

◉

69:9

وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ ﴿9﴾

Firon da, ondan əvvəl­ki­lər də, alt-üst olmuş kəndlər (Lut qöv­mü) də günah işlətmişdi­lər.

69:10

فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةٗ رَّابِيَةً ﴿10﴾

Onlar öz Rəbbinin elçi­si­nə asi ol­dular, O da onları şid­dəti ar­tan bir əzab­la yaxa­ladı.

69:11

إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ ﴿11﴾

Su aşıb-daşdıqda Biz si­zi üzən gə­midə daşıdıq.

69:12

لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةٗ وَتَعِيَهَآ أُذُنٞ وَٰعِيَةٞ ﴿12﴾

Sizə bir xatırlatma olsun və yad­da saxlayan qulaqlar onu yad­da saxlasın deyə belə etdik.

69:13

فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ ﴿13﴾

Sur bircə dəfə üfürülə­cə­yi,

69:14

وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ ﴿14﴾

yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı za­man –

69:15

فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ ﴿15﴾

həmin gün Vaqiə qopa­caq.

69:16

وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ ﴿16﴾

Göy yarılacaq və həmin gün o, süst olacaqdır.

69:17

وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ ﴿17﴾

Mələklər isə onun ətra­fında ola­caqlar. O gün sənin Rəb­bi­nin Ərşini sək­kiz mələk daşıyacaq.

69:18

يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ ﴿18﴾

O gün siz məhşərə gə­ti­ri­ləcəksiniz və heç bir sirriniz giz­lə­dil­mə­yəcək.

69:19

فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ ﴿19﴾

Kitabı sağ əlinə verilən deyəcək­: “Budur, oxuyun ki­ta­bı­mı!

69:20

إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ ﴿20﴾

Mən bilirdim ki, etdik­lə­rimin he­sabına qovuşaca­ğam”.

69:21

فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ ﴿21﴾

O, xoşbəxt həyat sürə­cək­ –

69:22

فِي جَنَّةٍ عَالِيَةٖ ﴿22﴾

uca bir Cənnətdə –

69:23

قُطُوفُهَا دَانِيَةٞ ﴿23﴾

elə bir Cənnətdə ki, onun meyvə­ləri lap yaxınlıqda ola­caq.

69:24

كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ ﴿24﴾

Onlara: “Keçmiş gün­lər­də etdiyi­niz əməllərə görə nuş­can­lıq­la yeyin-için!”– deyi­ləcək­.

69:25

وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ ﴿25﴾

Kitabı sol əlinə verilən kimsə isə deyəcək: “Kaş ki­tabım mə­nə veril­mə­yəydi!

69:26

وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ ﴿26﴾

Hesabımdan da xəbərim olma­yaydı!

69:27

يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ ﴿27﴾

Kaş ilk ölümüm həmi­şəlik olaydı!

69:28

مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ ﴿28﴾

Var-dövlətim məni əzab­dan qur­tarmadı.

69:29

هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ ﴿29﴾

Hökmranlığım da məhv olub getdi”.

69:30

خُذُوهُ فَغُلُّوهُ ﴿30﴾

Mələklərə deyiləcək: “Onu yaxa­la­yıb zəncirləyin!

69:31

ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ ﴿31﴾

Sonra da Cəhənnəmə atın!

69:32

ثُمَّ فِي سِلۡسِلَةٖ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعٗا فَٱسۡلُكُوهُ ﴿32﴾

Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!

69:33

إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ ﴿33﴾

Çünki o, Böyük Allaha iman gətirmirdi

69:34

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ ﴿34﴾

və heç kəsi kasıbı yedirt­məyə rəğ­bətləndirmirdi.