quranm◉

Səhifə 574

Range
from 73:1 to 73:19
Surahs covered
Tərcümə
19 Tərcümə

◉

73:1

يَـٰٓأَيُّهَا ٱلۡمُزَّمِّلُ ﴿1﴾

Ey libasına bürünüb ör­tünmüş pey­ğəmbər!

73:2

قُمِ ٱلَّيۡلَ إِلَّا قَلِيلٗا ﴿2﴾

Az bir hissəsi istisna ol­maqla ge­cə­lər namaza dur!

73:3

نِّصۡفَهُۥٓ أَوِ ٱنقُصۡ مِنۡهُ قَلِيلًا ﴿3﴾

Gecənin yarısını, yaxud on­dan bir az əskilt,

73:4

أَوۡ زِدۡ عَلَيۡهِ وَرَتِّلِ ٱلۡقُرۡءَانَ تَرۡتِيلًا ﴿4﴾

və ya ona artır. Quranı da aramla oxu!

73:5

إِنَّا سَنُلۡقِي عَلَيۡكَ قَوۡلٗا ثَقِيلًا ﴿5﴾

Həqiqətən Biz sənə ağır bir Söz – Quran vəhy edəcəyik.

73:6

إِنَّ نَاشِئَةَ ٱلَّيۡلِ هِيَ أَشَدُّ وَطۡـٔٗا وَأَقۡوَمُ قِيلًا ﴿6﴾

Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq da­ha mü­nasibdir.

73:7

إِنَّ لَكَ فِي ٱلنَّهَارِ سَبۡحٗا طَوِيلٗا ﴿7﴾

Şübhəsiz ki, gündüz sə­nin üçün uzun-uzadı işlər var.

73:8

وَٱذۡكُرِ ٱسۡمَ رَبِّكَ وَتَبَتَّلۡ إِلَيۡهِ تَبۡتِيلٗا ﴿8﴾

Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!

73:9

رَّبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱتَّخِذۡهُ وَكِيلٗا ﴿9﴾

O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa ibadə­tə layiq olan məbud yox­dur. Elə isə Onu özünə Hi­mayəçi götür!

73:10

وَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَٱهۡجُرۡهُمۡ هَجۡرٗا جَمِيلٗا ﴿10﴾

Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaq­laş.

73:11

وَذَرۡنِي وَٱلۡمُكَذِّبِينَ أُوْلِي ٱلنَّعۡمَةِ وَمَهِّلۡهُمۡ قَلِيلًا ﴿11﴾

Məni, ayələrimi yalan sa­yan var-dövlət sahibləri ilə tək bu­rax və onlara bir az möh­lət ver.

73:12

إِنَّ لَدَيۡنَآ أَنكَالٗا وَجَحِيمٗا ﴿12﴾

Həqiqətən, Bizdə onlar üçün qan­dallar və Cəhənnəm ha­zır­lan­mışdır,

73:13

وَطَعَامٗا ذَا غُصَّةٖ وَعَذَابًا أَلِيمٗا ﴿13﴾

boğazda tıxanıb keçmə­yən yemək və ağrılı-acılı bir əzab da vardır.

73:14

يَوۡمَ تَرۡجُفُ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ وَكَانَتِ ٱلۡجِبَالُ كَثِيبٗا مَّهِيلًا ﴿14﴾

O gün yer və dağlar tit­rəyəcək, dağ­lar səpələnən qum tə­pə­si­nə dönə­cək.

73:15

إِنَّآ أَرۡسَلۡنَآ إِلَيۡكُمۡ رَسُولٗا شَٰهِدًا عَلَيۡكُمۡ كَمَآ أَرۡسَلۡنَآ إِلَىٰ فِرۡعَوۡنَ رَسُولٗا ﴿15﴾

Həqiqətən, Biz Firona el­çi gön­dərdiyimiz kimi sizə də şa­hid­lik edə­cək elçi gön­dərdik.

73:16

فَعَصَىٰ فِرۡعَوۡنُ ٱلرَّسُولَ فَأَخَذۡنَٰهُ أَخۡذٗا وَبِيلٗا ﴿16﴾

Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla ya­xa­la­dıq.

73:17

فَكَيۡفَ تَتَّقُونَ إِن كَفَرۡتُمۡ يَوۡمٗا يَجۡعَلُ ٱلۡوِلۡدَٰنَ شِيبًا ﴿17﴾

Əgər küfr etsəniz, uşaq­ları ağ saç­lı qocalara çevirəcək gün­dən ne­cə qorunacaqsı­nız?

73:18

ٱلسَّمَآءُ مُنفَطِرُۢ بِهِۦۚ كَانَ وَعۡدُهُۥ مَفۡعُولًا ﴿18﴾

O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə ye­tə­cək­.

73:19

إِنَّ هَٰذِهِۦ تَذۡكِرَةٞۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا ﴿19﴾

Həqiqətən, bu, bir nəsi­hətdir. Kim istəsə, Rəbbinə tə­rəf yö­nə­lər.