quranm◉

Səhifə 575

Range
from 73:20 to 74:17
Surahs covered
Tərcümə
18 Tərcümə

◉

73:20

إِنَّ رَبَّكَ يَعۡلَمُ أَنَّكَ تَقُومُ أَدۡنَىٰ مِن ثُلُثَيِ ٱلَّيۡلِ وَنِصۡفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٞ مِّنَ ٱلَّذِينَ مَعَكَۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيۡلَ وَٱلنَّهَارَۚ عَلِمَ أَن لَّن تُحۡصُوهُ فَتَابَ عَلَيۡكُمۡۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنَ ٱلۡقُرۡءَانِۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرۡضَىٰ وَءَاخَرُونَ يَضۡرِبُونَ فِي ٱلۡأَرۡضِ يَبۡتَغُونَ مِن فَضۡلِ ٱللَّهِ وَءَاخَرُونَ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنۡهُۚ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗاۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنۡ خَيۡرٖ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيۡرٗا وَأَعۡظَمَ أَجۡرٗاۚ وَٱسۡتَغۡفِرُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمُۢ ﴿20﴾

Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan səhabələrin bir qis­mi bəzən gecənin üçdə ikisinə yaxın qismini, bəzən ya­rı­sı­nı, bəzən də üçdə bi­rini iba­dət üçün du­rursunuz. Gecə və gün­düzü Allah öl­çüb mü­əy­­yən­­ləşdirir. O, sizin bunları he­sab­lamaqda çətin­lik çəkəcəyi­nizi bildiyi üçün, tövbələri­nizi qə­bul etdi. Elə isə na­maz qılar­kən Qu­ran­dan sizə asan gə­ləni oxu­yun! O bilir ki, bə­zi­ləriniz xəs­tə olacaq, di­gərlə­riniz Alla­hın mər­həmə­tindən ruzi əldə et­mək məqsədilə müx­təlif yer­lərə sə­fərə çıxacaq, bir qis­mi­niz də Allah yolunda vu­ru­şacaqdır. Buna görə namaz qı­larkən Qu­randan sizə asan olanı oxu­­yun! Na­maz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc ve­rin. Bu dünyada qabaq­cadan özü­nüzə hansı xeyirli əməl­ləri tə­da­rük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha bö­yük mü­ka­fatla əvəz olun­du­ğunu görəcəksiniz. Elə isə Allah­dan sizi əfv etməsini is­təyin! Şüb­həsiz ki, Allah Ba­ğışla­yan­dır, Rəhmlidir!

74:1

يَـٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ ﴿1﴾

Ey libasına bürünüb ör­tün­müş pey­ğəmbər!

74:2

قُمۡ فَأَنذِرۡ ﴿2﴾

Qalx və insanları xə­bər­dar et!

74:3

وَرَبَّكَ فَكَبِّرۡ ﴿3﴾

Təkcə Rəbbini uca tut!

74:4

وَثِيَابَكَ فَطَهِّرۡ ﴿4﴾

Geyimini təmiz saxla!

74:5

وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ ﴿5﴾

Pis şeyləri tərk et!

74:6

وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ ﴿6﴾

Yaxşılığı təmənna məq­sə­dilə etmə!

74:7

وَلِرَبِّكَ فَٱصۡبِرۡ ﴿7﴾

Rəbbin üçün səbir et!

74:8

فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ ﴿8﴾

Sur üfürülərkən –

74:9

فَذَٰلِكَ يَوۡمَئِذٖ يَوۡمٌ عَسِيرٌ ﴿9﴾

Çətin bir gün olacaq.

74:10

عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٖ ﴿10﴾

Həmin gün kafirlərə asan olma­ya­caq.

74:11

ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدٗا ﴿11﴾

Məni yaratdı­ğım kimsə ilə tək burax;

74:12

وَجَعَلۡتُ لَهُۥ مَالٗا مَّمۡدُودٗا ﴿12﴾

Mən ona bolluca var-dövlət ba­ğış­ladım,

74:13

وَبَنِينَ شُهُودٗا ﴿13﴾

qayğısına qalan oğullar verdim

74:14

وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدٗا ﴿14﴾

və onu hər cür imkan­larla təmin etdim.

74:15

ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ ﴿15﴾

Bunlara baxmayaraq, o, ye­nə də əlavə etməyimi arzu­layır.

74:16

كَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدٗا ﴿16﴾

Xeyr! Çünki o, ayələri­mizi inadla inkar edir.

74:17

سَأُرۡهِقُهُۥ صَعُودًا ﴿17﴾

Mən onu sərt bir yoxuşa sürük­lə­yəcəyəm.