quranm◉

Səhifə 585

Range
from 80:1 to 80:42
Surahs covered
Tərcümə
42 Tərcümə

◉

80:1

عَبَسَ وَتَوَلَّىٰٓ ﴿1﴾

Peyğəmbər qaşqabağını tökdü və üzünü çevirdi –

80:2

أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ ﴿2﴾

yanına korun gəldiyinə görə.

80:3

وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ ﴿3﴾

Nə bilirdin ki, bəlkə o gü­nahlardan təmizlənəcəkdi

80:4

أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ ﴿4﴾

və yaxud nəsihət dinlə­yib fayda­lanacaqdı.

80:5

أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ ﴿5﴾

Nəsihətə ehtiyacı olma­ya­na gəlincə isə,

80:6

فَأَنتَ لَهُۥ تَصَدَّىٰ ﴿6﴾

sən ona diqqət yetirirsən.

80:7

وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ ﴿7﴾

Onun təmizlənməməyi­nin sənə bir aidiyyəti yox­dur.

80:8

وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ ﴿8﴾

Səy göstərib sənin yanına gələn,

80:9

وَهُوَ يَخۡشَىٰ ﴿9﴾

Allahdan qorxan kimsəyə gəlincə,

80:10

فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ ﴿10﴾

sən ona məhəl qoymursan!

80:11

كَلَّآ إِنَّهَا تَذۡكِرَةٞ ﴿11﴾

Xeyr! Şübhəsiz ki, bu, bir nəsi­hətdir.

80:12

فَمَن شَآءَ ذَكَرَهُۥ ﴿12﴾

Kim istəsə, qoy onu xa­tırlayıb ibrət alsın.

80:13

فِي صُحُفٖ مُّكَرَّمَةٖ ﴿13﴾

Bu Quran kəramətli sə­hi­fələr­də -

80:14

مَّرۡفُوعَةٖ مُّطَهَّرَةِۭ ﴿14﴾

yüksək və pak səhifələr­də­dir.

80:15

بِأَيۡدِي سَفَرَةٖ ﴿15﴾

Bu səhifələr elçilərin əl­lə­rində –

80:16

كِرَامِۭ بَرَرَةٖ ﴿16﴾

möhtərəm və müti olan­ mələklərin əllə­rindədir.

80:17

قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ ﴿17﴾

Qoy ölsün kafir insan! O necə də nankordur!

80:18

مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ ﴿18﴾

Qoy baxıb görsün, Allah onu nədən yaradıb?

80:19

مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ ﴿19﴾

Allah onu nütfədən ya­ratdı və onu müəyyən şəklə saldı.

80:20

ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ ﴿20﴾

Sonra da onun yolunu asanlaş­dırdı.

80:21

ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ ﴿21﴾

Sonra onu öldürüb qə­bi­rə yerləş­dirdi.

80:22

ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ ﴿22﴾

Sonra da istədiyi vaxt onu yenidən dirildə­cək.

80:23

كَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ ﴿23﴾

Xeyr! O, hələ də Allahın ona bu­yurduğunu yerinə ye­tir­mə­miş­dir.

80:24

فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ ﴿24﴾

Qoy insan yediyinə diq­qət yetir­sin!

80:25

أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبّٗا ﴿25﴾

Həqiqətən, yağışı bol-bol Biz yağ­dırırıq.

80:26

ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقّٗا ﴿26﴾

Sonra da yeri çat-çat ya­rıb

80:27

فَأَنۢبَتۡنَا فِيهَا حَبّٗا ﴿27﴾

orada taxıl yetişdiririk.

80:28

وَعِنَبٗا وَقَضۡبٗا ﴿28﴾

Habelə üzüm və yonca,

80:29

وَزَيۡتُونٗا وَنَخۡلٗا ﴿29﴾

zeytun və xurma ağac­la­rı,

80:30

وَحَدَآئِقَ غُلۡبٗا ﴿30﴾

sıx-sıx bağlar,

80:31

وَفَٰكِهَةٗ وَأَبّٗا ﴿31﴾

meyvələr və otlar da bi­tiririk.

80:32

مَّتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ ﴿32﴾

Bu nemətlər sizin isti­fa­də­niz və mal-qaranızın fayda­lan­ması üçün­dür.

80:33

فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ ﴿33﴾

Qulaqbatırıcı bir səs gə­ləndə –

80:34

يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ ﴿34﴾

o gün insan qaçacaq öz qarda­şından,

80:35

وَأُمِّهِۦ وَأَبِيهِ ﴿35﴾

anasından, atasından,

80:36

وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ ﴿36﴾

həyat yoldaşından və övladla­rından!

80:37

لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ يَوۡمَئِذٖ شَأۡنٞ يُغۡنِيهِ ﴿37﴾

O gün onlardan hər biri­nin yetə­rincə işi olacaq­.

80:38

وُجُوهٞ يَوۡمَئِذٖ مُّسۡفِرَةٞ ﴿38﴾

O gün neçə-neçə üzlər par­layacaq,

80:39

ضَاحِكَةٞ مُّسۡتَبۡشِرَةٞ ﴿39﴾

güləcək və fərəhlənə­cək­.

80:40

وَوُجُوهٞ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٞ ﴿40﴾

O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq,

80:41

تَرۡهَقُهَا قَتَرَةٌ ﴿41﴾

onları zülmət bürüyə­cək­.

80:42

أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ ﴿42﴾

Məhz onlar kafirlər, gü­nah­kar­lardır!