quranm◉

Səhifə 584

Range
from 79:16 to 79:46
Surahs covered
Tərcümə
31 Tərcümə

◉

79:16

إِذۡ نَادَىٰهُ رَبُّهُۥ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوًى ﴿16﴾

O zaman Rəbbi onu mü­qəddəs Tuva vadisində səslə­yib de­miş­di:

79:17

ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ ﴿17﴾

“Fironun yanına yollan! O, həd­dini çox aşmışdır.

79:18

فَقُلۡ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ ﴿18﴾

De: “Günahlardan xilas ol­maq is­təyirsənmi?

79:19

وَأَهۡدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخۡشَىٰ ﴿19﴾

Səni Rəbbinə doğru yö­nəldimmi ki, On­dan qorxub çə­ki­nə­sən?”

79:20

فَأَرَىٰهُ ٱلۡأٓيَةَ ٱلۡكُبۡرَىٰ ﴿20﴾

Musa ən böyük möcü­zə­ni Firona göstərdi.

79:21

فَكَذَّبَ وَعَصَىٰ ﴿21﴾

O isə haqqı yalan sayıb asi oldu.

79:22

ثُمَّ أَدۡبَرَ يَسۡعَىٰ ﴿22﴾

Sonra da üz döndərib fəsad törət­məyə girişdi.

79:23

فَحَشَرَ فَنَادَىٰ ﴿23﴾

O, camaatını toplayıb on­lara hün­dür səslə müraciət edərək

79:24

فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلۡأَعۡلَىٰ ﴿24﴾

dedi: “Sizin ən uca rəb­biniz mə­nəm!”

79:25

فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلۡأٓخِرَةِ وَٱلۡأُولَىٰٓ ﴿25﴾

Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə ya­xa­la­dı.

79:26

إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّمَن يَخۡشَىٰٓ ﴿26﴾

Həqiqətən, bunda Allah­dan qor­xanlardan ötrü işarə var.

79:27

ءَأَنتُمۡ أَشَدُّ خَلۡقًا أَمِ ٱلسَّمَآءُۚ بَنَىٰهَا ﴿27﴾

Sizin yaradılışınız çətin­dir, yoxsa göyün? Allah onu qurdu,

79:28

رَفَعَ سَمۡكَهَا فَسَوَّىٰهَا ﴿28﴾

onun qübbəsini yüksəlt­di və dü­zəldib kamilləşdirdi,

79:29

وَأَغۡطَشَ لَيۡلَهَا وَأَخۡرَجَ ضُحَىٰهَا ﴿29﴾

gecəsini qaranlıq edib, səhərini də nurlandırdı.

79:30

وَٱلۡأَرۡضَ بَعۡدَ ذَٰلِكَ دَحَىٰهَآ ﴿30﴾

Sonra yeri döşəyib,

79:31

أَخۡرَجَ مِنۡهَا مَآءَهَا وَمَرۡعَىٰهَا ﴿31﴾

onda su və otlaq yaratdı,

79:32

وَٱلۡجِبَالَ أَرۡسَىٰهَا ﴿32﴾

dağları da yerə bərkitdi.

79:33

مَتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ ﴿33﴾

Bunlar sizin və mal-qa­ra­nızın fay­dalanmasından ötrü­dür.

79:34

فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلۡكُبۡرَىٰ ﴿34﴾

Ən böyük fəlakətin gəl­diyi zaman –

79:35

يَوۡمَ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ مَا سَعَىٰ ﴿35﴾

o gün insan törətdikləri­ni xatırla­yacaq.

79:36

وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِمَن يَرَىٰ ﴿36﴾

Cəhənnəm isə hər gör­mə qabiliy­yəti olan adama gös­tə­ri­lə­cək­.

79:37

فَأَمَّا مَن طَغَىٰ ﴿37﴾

Kim həddi aşmışsa,

79:38

وَءَاثَرَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا ﴿38﴾

dünya həyatını axirətdən üstün bilmişsə,

79:39

فَإِنَّ ٱلۡجَحِيمَ هِيَ ٱلۡمَأۡوَىٰ ﴿39﴾

şübhəsiz ki, onun gedəcəyi yer Cəhənnəmdir.

79:40

وَأَمَّا مَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفۡسَ عَنِ ٱلۡهَوَىٰ ﴿40﴾

Ancaq kim Rəbbinin hü­zuruna gələcəyindən qorxmuş və nəf­sinə ehti­rası yasaq et­miş­sə,

79:41

فَإِنَّ ٱلۡجَنَّةَ هِيَ ٱلۡمَأۡوَىٰ ﴿41﴾

həqiqətən, onun gedəcəyi yer Cənnətdir.

79:42

يَسۡـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرۡسَىٰهَا ﴿42﴾

Səndən o Saat barə­sin­də: “O nə vaxt qopacaq?”– deyə so­ru­şur­lar.

79:43

فِيمَ أَنتَ مِن ذِكۡرَىٰهَآ ﴿43﴾

Axı sən onu haradan bi­ləsən?!

79:44

إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ ﴿44﴾

Onu kamil bilmək sənin Rəbbinə aiddir.

79:45

إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخۡشَىٰهَا ﴿45﴾

Sən yalnız ondan qor­xa­nı xəbər­dar edənsən.

79:46

كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَهَا لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا عَشِيَّةً أَوۡ ضُحَىٰهَا ﴿46﴾

Onlar Qiyaməti gördük­ləri an dünyada yalnız bir ax­şam ça­ğı, yaxud bir səhər qə­dər qaldıqlarını güman edə­cəklər!